Rioda Azərbaycan paraolimpiyaçılarının medal sayı 9-a çatdı
16.09.2016 [13:42]
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paraolimpiya Oyunlarında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər. Paraolimpiyaçılarımız yarışların başa çatmasına 5 gün qalmış komanda hesabına artıq 9 medal toplaya biliblər. Qarşıdakı günlərdə də idmançılarımızın daha bir neçə medal qazanmaq şansı çox yüksəkdir. Bu isə o deməkdir ki, paraolimpiyaçılarımız ən azından Londondakı nəticəni təkrarlaya biləcəklər.
Qeyd edək ki, sentyabrın 8-də möhtəşəm “Marakana” stadionunda startı verilən XV Yay Paraolimpiya Oyunlarında paraolimpiyaçılar idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışırlar. Ümumilikdə götürdükdə isə Paraolimpiadada 4350 idmançı medallar uğrunda mübarizə aparır.
Xatırlatmaq yerinə düşər ki, bu, “London-2012” Yay Paraolimpiya Oyunları ilə müqayisədə 25 dəst çox deməkdir. Bundan əlavə, medal sayının artırılması yarışlarda qadın idmançıların geniş heyətlə çıxışı ilə əlaqədardır. Belə ki, Paraolimpiadada iştirak edən 4350 idmançıdan 1650-si qadındır. Bu, “London-2012”dən 9,9 faiz, “Atlanta-1996”dan isə iki dəfə çoxdur. Qadınlar 224 dəst medal uğrunda yarışacaqlar. Bu isə medalların 43 faizini təşkil edir.
Azərbaycan XV Yay Paraolimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparırlar. Sentyabrın 15-dək keçirilən yarışlarda paraolimpiyaçılarımızdan Ramil Qasımov (cüdo, 73 kq) çempion adını qazanıb. Yelena Çebanu (atletika, 100 m, uzunluğa tullanma), Bayram Mustafayev (cüdo, 66 kq), Kamil Əliyev (uzunluğa tullanma), Raman Saleh (üzgüçülük, arxasıüstə 100 m), Dmitri Saleh (uzgüçülük, 100 metr - brass) ikinci, Yelena Çebanu (atletika, 200 m), Rövşən Səfərov (cüdo, 81 kq) isə üçüncü yeri tutub. Bununla da Azərbaycan idmançılarının ölkəmizə qazandırdıqları medalların sayı 9-a (1 qızıl, 6 gümüş və 2 bürünc) çatıb və yığmamız komanda hesabında 38-ci yerdə qərarlaşıb.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ikiqat Paraolimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi, Azərbaycan milli paraolimpiya komandasının bayraqdarı İlham Zəkiyev Braziliyada fəxri kürsüyə çıxa bilməyib.
Xatırladaq ki, 2012-ci ildə Londonda keçirilən Paraolimpiya Oyunlarında milli komandamız 21 idmançı ilə təmsil olunmuşdu. Yarışlarda idmançılarımız 12 medal qazanmışdılar. Bunlardan 4-ü qızıl, 5-i gümüş, 3-ü isə bürünc olmuşdu. Komanda hesabında idmançılarımız 27-ci yerə çıxmışdılar.
Yeri gəlmişkən, ötən ay Rioda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanaraq ölkəmizin Olimpiya hərəkatında tarix yazdılar. Əminliklə söyləmək olar ki, paraolimpiyaçılarımız da onların bu tarixi nailiyyətlərindən ruhlanaraq, qarşıdakı günlərdə də əzmlə mübarizə aparacaq, ölkəmizə rekord sayda medallarla dönəcəklər, Azərbaycanın Paraolimpiya hərəkatı tarixinə yeni parlaq səhifə yazmış olacaqlar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

