Bakıda AFFA-nın XXIV konfransı keçirilib
16.03.2017 [10:05]
Martın 15-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti - XXIV hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev konfransı açaraq ötən il ərzində ölkə futbolunun inkişafı məqsədilə qurum tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, görülən işlərin müsbət nəticələr verdiyini qeyd edib. Bildirib ki, ötən il Azərbaycan U-17 Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib. Futbol üzrə milli komandamız dünya çempionatının seçmə mərhələsinə uğurla başlayıb. “Qarabağ” və “Qəbələ” klubları avrokuboklarda azarkeşlərə xoş anlar yaşadıblar. Həmçinin “Avro-2020”nin bir neçə oyununa ev sahibliyi edəcək Bakının loqosu artıq təqdim olunub.
R.Abdullayev deyib ki, Bakının 2019-cu ildə UEFA Çempionlar Liqası və Avropa Liqası yarışlarının final oyununa ev sahibliyi etmək üçün namizədliyi irəli sürülüb. Ölkəmizin irimiqyaslı tədbirlərin yüksək səviyyədə təşkili istiqamətində böyük təcrübəsi var.
AFFA-nın ötən il ərzindəki fəaliyyəti haqqında videoçarxın nümayişindən sonra Assosiasiyanın baş katibi Elxan Məmmədov qurumun fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib.
AFFA-nın marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyevin və könüllülük proqramının direktoru Vüqar Rüstəmlinin çıxışlarından sonra AFFA-nın tərəfdaşlarından olan “UNICEF Azerbaijan”ın rəhbərinin müavini xanım Min Yuan çıxış edib. O, AFFA ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən ətraflı danışıb.
Sonra yeni hazırlanmış sosial xarakterli videoçarx nümayiş etdirilib.
AFFA-nın baş mühasibi Xalid Cavadov 2016-cı ilin maliyyə hesabatını təqdim edib. Daha sonra müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənilib.
Çıxışlar başa çatdıqdan sonra Elxan Məmmədov bildirib ki, Sahə Futbol Federasiyaları İctimai Birliyi Nizamnaməyə uyğun olaraq, AFFA-nın İcraiyyə Komitəsində iki üzvlə təmsil olunmalıdır. Ötən konfransda İcraiyyə Komitəsinin üzvü seçilən Mirkamil Rəhimov dünyasını dəyişdiyi üçün Sahə Futbol Federasiyaları İctimai Birliyinin İcraiyyə Komitəsində bir üzvlə təmsil olunması nəzərə alınaraq, həmin vakant yerə seçki keçiriləcək.
İcraiyyə Komitəsi üzvlüyünə bir nəfərin - Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun namizədliyi irəli sürüldüyü üçün seçki açıq səsvermə yolu ilə keçirilib. Səsvermə nəticəsində Zaur Axundov AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

