IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri ağacəkmə aksiyasında iştirak ediblər
05.04.2017 [09:54]
Aprelin 4-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin və BP şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Uğurlu gələcək” könüllülərin inkişaf proqramı çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, aksiya Oyunları təbliğ etmək, “Bakı-2017” könüllülərinin fəallığını artırmaq, eləcə də onları ətraf mühitin mühafizəsi məqsədilə yaşıllaşdırma işlərinə cəlb etmək məqsədilə keçirilib.
Ceyranbatan su anbarının ərazisində keçirilən ağacəkmə aksiyasına 70-i könüllü olmaqla, ümumilikdə 100 nəfər qatılıb. Könüllülər tərəfindən 500 ağac əkilib.
Aksiyada könüllülərlə yanaşı, IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran Hüseynov, “Bakı-2015” birinci Avropa Oyunlarının, həmçinin yüngül atletika üzrə yeniyetmələr arasında Avropa çempionatının qızıl mükafatçısı Nazim Babayev, boksçular Aynur Rzayeva və Leyla Cavadova da iştirak ediblər.
Belə tədbirlərin əhəmiyyətindən danışan Hacı Nuran deyib: “Ətraf mühitin mühafizəsi üçün sosial tədbirlərin həyata keçirilməsi təşəbbüsü təqdirəlayiq haldır. IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri olaraq, belə mühüm aksiyaya dəstək verməkdən məmnunluq duyuram. Bu gün burada ağacların əkilməsi sağlam gələcək üçün zəmin yaradır”.
IV İslam Həmrəyliyi Oyunlarının könüllüsü Rauf Hüseynov isə aksiyada iştirakdan məmnunluğunu vurğulayaraq qeyd edib: “Ağacəkmə aksiyasında iştirak etdiyim üçün çox sevinirəm. Könüllülər bu aksiyada böyük həvəslə iştirak edirlər. Biz bu aksiyaya qoşulmaqla həm Oyunların təbliğinə, həm də ətraf mühitin mühafizəsinə töhfə vermiş oluruq”.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19

