IV İslam Həmrəyliyi Oyunlarında komanda idman növləri üzrə yarışların püşkü atılıb
07.04.2017 [09:56]
Aprelin 6-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının komanda idman növləri üzrə yarışlarının püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarında beş komanda idman növü - futbol, voleybol, basketbol 3x3, həndbol və su polosu üzrə yarışlar keçiriləcək. “Bakı-2017”də iştirakçı ölkələrin sayından asılı olaraq, komandalar hər idman növü üzrə yarışlarda fərqli formatlarda mübarizə aparacaqlar. Basketbol 3x3, voleybol, su polosu və qadınlar arasında həndbol üzrə qrupların tərkibi artıq beynəlxalq idman federasiyalarının reytinqlərinə əsasən müəyyən olunub. Buna görə də püşkatma mərasimi futbol və kişilər arasında həndbol yarışları üzrə keçirilib.
Püşkatma mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 36 gündən sonra Azərbaycan dörd qitəni təmsil edən 50-dən çox ölkədən idmançıların mübarizə aparacağı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın ölkəmizdə əsrlər boyu mövcud olan mədəniyyətlər və dinlər arası dialoqun inkişafına diqqət və qayğısını nümayiş etdirir. Azərbaycan IV İslam Həmrəyliyi Oyunları vasitəsilə yüksək qonaqpərvərliyini, qədim ənənələrə sadiqliyini, zəngin mədəniyyətini dünyaya nümayiş etdirəcək. Bu Oyunlar idman vasitəsilə İslam ölkələri arasında qarşılıqlı əməkdaşlığın və həmrəyliyin inkişafına töhfə verəcək. Oyunların təşkilində könüllülərin rolunu xüsusi vurğulayan nazir onların bilik və bacarıqlarının, təcrübələrinin artırılması istiqamətində Əməliyyat Komitəsi tərəfindən bir sıra proqram və layihələrin həyata keçirildiyini bildirib.
Sonra püşkatma mərasiminə start verilib.
IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışı səkkiz komanda arasında keçiriləcək. Ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda yarışacaqlar. Azərbaycan millisi ev sahibi olduğu üçün avtomatik olaraq “A” qrupunda yer alıb. Püşkün nəticələrinə əsasən, “A” qrupunda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri olub. “B” qrupunda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yığma komandaları yer alıblar.
Futbol yarışında hər qrupda birinci və ikinci yeri tutan komandalar yarımfinala çıxacaqlar. Yarımfinalda məğlub olan komandalar üçüncü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Komandaların heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alacaq. Futbol üzrə Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.
Kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və Əfqanıstan komandaları yarışacaqlar.
Həndbol üzrə qadınların mübarizəsində beş komanda - Kamerun, Özbəkistan, Kot d İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər.
Basketbol 3x3 üzrə həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparacaq. Qruplarda ilk dörd yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışacaqlar. Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan “A” qrupunda, İndoneziya, Qətər, Kot d İvuar, Mali, İordaniya yığmaları isə “B” qrupunda yer alıblar.
Voleybol üzrə qadınların yarışında beş komanda - Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda ilk dörd yeri tutan komanda yarımfinalda çıxış edəcək.
Kişilərin yarışında isə on komanda iki qrupda gücünü sınayacaq. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər. “A” qrupunda Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və Fələstin, “B” qrupunda İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri yer alıblar.
“Bakı-2017”nin su polosu yarışı kişi idmançılar arasında keçiriləcək. Yarışda beş komanda - İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan və İndoneziya bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaq. Dairəvi sistem üzrə yarışın yekununda qalib və mükafatçılar müəyyən olunacaq.
Püşkatma mərasimində IV İslam Həmrəyliyi Oyunlarının ulduz və idmançı səfirləri yarışlara hazırlıqla bağlı fikirlərini bildiriblər.
IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək keçiriləcək. Oyunlarda 57 ölkədən üç mindən çox idmançı çıxış edəcək. “Bakı-2017”nin açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44

