IV İslam Həmrəyliyi Oyunlarında İordaniya 11 idman növü üzrə 74 atletlə təmsil olunacaq
14.04.2017 [09:20]
İordaniya Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına böyük əhəmiyyət verir.
Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu fikir səfir Sabir Ağabəyovun aprelin 13-də bu ölkənin Milli Olimpiya Komitəsinin baş katibi Naser Eymən əl-Məcali ilə görüşündə səslənib. Görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən razılıq ifadə olunub, əlaqələrin inkişafında Prezident İlham Əliyev ilə Kral II Abdullah arasında şəxsi dostluq münasibətlərinin müsbət rol oynadığı vurğulanıb.
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan səfir S.Ağabəyov ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi geniş fəaliyyətindən söhbət açıb, bu il mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının beynəlxalq əhəmiyyəti barədə danışıb. Səfir ölkəmizdə idmana göstərilən böyük dövlət qayğısı, təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün regionlarında inşa edilmiş müasir idman obyektləri, respublikamızın müxtəlif beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi, idmançılarımızın qazandıqları nailiyyətlər barədə ətraflı məlumat verib.
Baş katib Naser Eymən əl-Məcali IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. O, İordaniyanın bu Oyunlara böyük əhəmiyyət verdiyini, idmançıların yarışlara ciddi hazırlaşdıqlarını deyib. İordaniya idmançılarının beynəlxalq yarışlarda iştirakı barədə danışan Naser Eymən əl-Məcali IV İslam Həmrəyliyi Oyunlarında ölkəsindən 11 idman növü üzrə kişi və qadın olmaqla 74 idmançının iştirak edəcəyini bildirib. Baş katib deyib ki, o, Bakıya gedəcək 107 nəfərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək. O, ölkəsinin İslam Həmrəyliyi Oyunları tarixində indiyədək cəmi 9 medal (3 qızıl, 1 gümüş və 5 bürünc) qazandığını bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, münaqişə ilə bağlı son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri və həmin döyüşlər nəticəsində düşməndən azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxAnalitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41

