/ / Orxan Abbasov: Azərbaycan İslamiada ilə yüksək təşkilatçılıq qabiliyyətini bir daha dünyaya göstərdi
Orxan Abbasov: Azərbaycan İslamiada ilə yüksək təşkilatçılıq qabiliyyətini bir daha dünyaya göstərdi
06.06.2017 [09:38]
Azərbaycan digər istiqamətlərdə olduğu kimi, idman sahəsində də sürətlə inkişaf edərək mühüm uğurlar qazanır. Ölkəmiz mütəmadi olaraq, Avropa və dünya çempionatlarına, dünya kuboku yarışlarına və beynəlxalq turnirlərə ev sahibliyi edir. Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alan ali idman qurumları mötəbər turnirlərin təşkilini böyük həvəslə ölkəmizə həvalə edirlər. İki il əvvəl birinci Avropa Oyunlarının möhtəşəm təşkili bu yarışın standartlarının ölkəmizdə müəyyənləşməsi ilə dünya idman tarixində dərin iz qoydu. Bundan əlavə, paytaxtımızda keçirilən Formula-1 yarışı turistlərin ölkəmizdə cəlb olunması və Azərbaycanın təbliği istiqamətində mühüm addımlardan biridir.
Ötən ay Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq idman tədbirinə uğurla ev sahibliyi etdi. Əllidən çox müsəlman ölkəsindən üç mindən artıq atletin idmanın 20 növü üzrə mübarizə apardığı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları bütün dünyanın diqqət mərkəzində oldu. Azərbaycan idmançıları İslamiadada idmanın digər növlərində olduğu kimi, həndbol yarışında da uğurla çıxış etdilər. Azərbaycan Həndbol Federasiyasının birinci vitse-prezidenti Orxan Abbasov “Bakı-2017”nin ölkəmiz üçün əhəmiyyəti, eləcə də həndbolçularımızın uğurlu çıxışları barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
- Orxan müəllim, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan dəfələrlə irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin idmana yüksək diqqət və qayğısının bariz nümunəsidir. Ötən ay dünyanın diqqəti yenidən Azərbaycana yönəldi. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını mükəmməl təşkil etməklə bir daha öz qüdrətini dünyaya nümayiş etdirdi. Möhtəşəm açılış və bağlanış mərasimləri yerli idmansevərlərlə yanaşı, qonaqların da zövqünü oxşadı. Açılış mərasimində ölkəmizin tarixi və adət-ənənələrinin nümayişi, möhtəşəm işıq effektləri və şou hamının xatirəsində silinməz iz buraxdı. IV İslam Həmrəyliyi Oyunlarının təşkili ölkəmizin təbliği istiqamətində atılmış növbəti atdım oldu. Ümid edirəm ki, Azərbaycan bundan sonra da irimiqyaslı yarışları mükəmməl təşkil edərək digər ölkələrə nümunə göstəriləcək.
- Həndbol yığmamızın IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışı barədə nə deyə bilərsiniz?
- Ötən ilin dekabrında Azərbaycan Həndbol Federasiyasının rəhbərliyində dəyişiklik oldu. Saleh Məmmədov federasiyaya prezident seçildikdən sonra struktur dəyişikliyi aparıldı və konsepsiya müəyyənləşdirildi. Həmin vaxtadək idmanın bu növü ölkəmizdə durğunluq dövrünü yaşayırdı.
Ümumiyyətlə, Azərbaycanda həndbolun çoxillik uğurlu ənənələri var. Düşünürəm ki, idmanın bu növü üzrə Rəfiqə Şabanovanın və Lyudmila Şubinanın adlarını çəkmək kifayət edər. Son 15 ildə həndbola idmansevərlərin marağı azaldı. Federasiyada aparılan dəyişiklikdən sonra iki ay ərzində ölkə çempionatının keçirilməsinə nail olduq. Qarşıda bizi IV İslam Həmrəyliyi Oyunları gözləyirdi. “Bakı-2017”də qadın həndbolçuların qazındığı qızıl medal isə ölkəmizdə həndbol ənənələrinin mövcudluğunun göstəricisi oldu.
Komandamızın rəqiblərinə gəldikdə, çox güclü yığmalar ilə qarşılaşdıq. Türkiyə millisi ilə final oyunu gərgin idman mübarizəsi şəraitində keçdi və sonda sevinən tərəf Azərbaycan həndbolçuları oldu. Azərbaycan irimiqyaslı yarışda komanda növündə ilk qızıl medalını qazandı və həndbolçu qızlarımız tarix yazdılar. Kişi həndbolçularımız isə yarışı beşinci pillədə başa vurdular. Əslində, bunu da uğur kimi qiymətləndirmək lazımdır. Yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya federasiyamızın bütün kollektivi adından dərin təşəkkürümü bildirirəm.
- İdmanın bu növünün kütləviləşməsi istiqamətində federasiya tərəfindən hansı işlər görülür?
- Həndbolun inkişafı təkcə paytaxtla məhdudlaşmır. Federasiya rəhbərliyinin tapşırığı ilə həndbolun bölgələrdə yeniyetmələr arasında təbliği və kütləviləşməsi, onları idmanın bu növü ilə məşğul olmasına cəlb edilməsi üçün mühüm addımlar atılır. Göygöl, Gəncə, Qazax və İsmayıllıya səfər edərək orada komandalar yaratdıq. Orada təkcə yeniyetmələrdən deyil, kişi və qadınlardan ibarət komandalar da formalaşdırdıq. Çimərlik həndbolunun da inkişafı diqqət mərkəzindədir. Avqustda idmanın bu növü üzrə yarışın təşkil olunması nəzərdə tutulub. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır. Sentyabrda isə həndbol üzrə ölkə çempionatına start veriləcək. Artıq biz dörd komanda ilə kifayətlənmirik. Klubların sayını artırmışıq və növbəti ölkə birinciliyində 6 komanda qalib adı uğrunda yarışacaq.
IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarına maraq böyük idi. Bu, bizi çox sevindirdi. Azarkeşlərin milli komandamızı dəstəkləməsi onların uğur qazanmasında əsas amillərdən biri idi. Arenanın dolu olması idmançılarımız üçün əlavə üstünlük idi. Oyunlar zamanı biz kütləviliyi hiss edirdik.
Federasiya beynəlxalq əlaqələrin qurulmasına da böyük önəm verir. Belə ki, bir müddət əvvəl Parisdə Avropa konqresi keçirildi. Konqresdə Azərbaycan Həndbol Federasiyası da təmsil olundu. Tədbirdə həndbolun inkişaf yolları, yeniyetmələr arasında idmanın bu növünün populyarlığının artırılması istiqamətində müzakirələr aparıldı. Həmçinin bizim orada digər federasiyaların nümayəndələri ilə görüşlərimiz oldu və həndbolun inkişafı istiqamətində fikir mübadiləsi aparıldı.
Federasiyanın əsas hədəflərindən biri də peşəkar mütəxəssislərin cəlb olunması idi. Peşəkarlıq olan yerdə uğur qazanmaq daha asandır. Biz buna nail olduğumuzu deyə bilərik. Ölkəmizdə peşəkar mütəxəssislər fəaliyyət göstərirlər və yeni istedadların üzə çıxarılmasında onların imkanlarından istifadə edirik. Müxtəlif yaş qruplarından ibarət komandalarımızın uğur qazanması üçün mütəxəssislərimiz əllərindən gələni əsirgəmirlər. Ümid edirəm ki, bir müddətdən sonra peşəkar komanda işi sayəsində qazandığımız nailiyyətlərin sayı daha çox olacaq.
- Orxan müəllim, gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Azərbaycanın aparıcı qadın həndbol klublarından olan ABU-nun adı dəyişdirilərək “Azəryol” adlandırılıb. Ölkə həndbolu tarixində ilk dəfə Azərbaycan “Çağırış kuboku” yarışlarında iki klubla təmsil olunacaq. Bunlardan biri “Azəryol”, digəri isə XXIV Azərbaycan çempionatının qalibi olan Mingəçevirin “Nur” komandasıdır. Klublarımız mübarizəyə oktyabrın sonunda başlayacaqlar.
İyunda Bolqarıstanda gənc həndbolçular arasında turnir keçiriləcək. Hazırda komandamız bu yarışa hazırlaşır. Əsas diqqətimiz isə Azərbaycan çempionatına yönələcək.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45

