Bakıda Formula-2 yarışlarında maraqlı anlar yaşanıb
24.06.2017 [09:16]
İyunun 23-də Bakıda Formula-2 yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Formula-2 yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır.
Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində yürüşdə “Pertamina Arden” komandasının niderlandlı pilotu Nik de Vris bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54.187 saniyə göstərici ilə birinci yeri tutub.
Ən yaxşı ikinci nəticəni “MP Motorsport” komandasının britaniyalı pilotu Cordan Kinq (1 dəqiqə 54.308 saniyə), üçüncü nəticəni “Russian Time” komandasının italyan pilotu Luka Gyotto (1 dəqiqə 54.734 saniyə) göstərib.
Daha sonra komandalar sıralama yürüşünə qatılıblar. Bu mərhələdə ilk yerə “PREMA Racing” komandasının pilotu Şarl Lekler çıxıb. O, 1 dəqiqə 52.129 saniyəlik nəticə göstərib. İkinci yerdə “ART Grand Prix” komandasının pilotu Nobuharu Matsuşita (1 dəqiqə 52.697 saniyə), üçüncü yerdə “DAMS” komandasının pilotu Nikolas Latifi (1 dəqiqə 52.865 saniyə) qərarlaşıb.
Yarışda bir sürücü dəyişikliyi olub. Belə ki, Sergey Sirotkin 7 nömrəli bolidin sürücüsü Aleksandr Albonu əvəzləyib. Oliver Rouland üçüncü mərhələdən sonra Şarl Lekler ilə arasında olan xal fərqini 26-dan 3-ə endirib.
Monte Karloda baş tutan üçüncü mərhələdən sonra “PREMA Racing” komandası komandalararası çempionatda birinciliyi əldən verərək dördüncü yerdə qərar tutub. “DAMS” komandası hələlik ən çox podyum sayına sahibdir. Bu komanda 5 dəfə fəxri kürsüyə çıxıb. “Russian Time” 4, “PREMA Racing” 3, “ART Grand Prix” komandası isə 2 dəfə birinci olub.
Formula-2 üzrə ilk 6 yarışın qalibləri Şarl Lekler, Oliver Rouland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vriesdir. O.Rouland 6 yarış ərzində 4 dəfə podyuma çıxıb. Çempionatın lideri Ş.Lekler və O.Rouland arasında 3 xal fərq var. Komandalararası çempionatda “Russian Time” və “DAMS” komandaları arasında 14 xal fərq mövcuddur.
Qeyd edək ki, iyunun 24-də 29 dövrədən ibarət birinci, ertəsi gün isə 12 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

