Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Şahmatçılarımız qələbə qazanıb

Şahmatçılarımız qələbə qazanıb

04.09.2009 [10:01]

İtaliyanın Fermo şəhərində keçirilən gənc şahmatçıların Avropa çempionatında 3-cü turun görüşləri olub. Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticə gösrətən Günay Məmmədzadə (10 yaş) növbəti qələbəsini qazanaraq 3 xalla 5-ci pilləyə yüksəlib. 18 yaşlılar qrupunda mübarizə aparan Vüqar Rəsulov, Ayaz Məmmədov və Gülnar Məmmədova 2,5 xal, Orxan Hüseyn və Zaur Məmmədov (16 yaş) 2 xal, Səbinə İbrahimova və ülviyyə Fətəliyeva (14 yaş) 2,5xal, Elxan Bayramov (12 yaş) 2,5 xal, Zaur Abbasov (10 yaş) 2,5 xal toplayıblar. Xatırladaq ki, ölkəmizi qitə birinciliyində 28 şahmatçı təmsil edir. Yarışa sentyabrın 9-da yekun vurulacaq.
Hindistanın Kəlküttə şəhərində keçirilən açıq beynəlxalq şahmat turnirində isə 2 tur oynanılıb. Azərbaycan şahmatçılarından yalnız Rauf Məmmədov (2626) və Eltac Səfərli (2587) görüşlərini qələbə ilə başa vurub. Turnirin ən yüksək reytinqli iştirakçılarından olan Şəhriyar Məmmədyarov (2721) və Qadir Hüseynov (2667) isə bu turda yalnız heç-heçə ilə kifayətləniblər.

Paylaş:
Baxılıb: 1317 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31