Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Cüdoçumuz gümüş medal qazanıb

Cüdoçumuz gümüş medal qazanıb

24.10.2009 [10:35]

Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında təşkil olunan Dünya çempionatı davam edir. Yarışın ilk günü Azərbaycanın idman şərəfini qoruyan 9 cüdoçudan (6 oğlan və 3 qız) üçü tatami üzərinə çıxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev ilk mərhələdə avstriyalı Matias Hemeri ippon fəndinə salaraq məğlub edib. Cüdoçumuzun növbəti rəqibi erməni Qriqor İvanyan olub. Müşkiyev erməni idmançısına məğlubiyyət acısı yaşadaraq, 1/4 finala vəsiqə qazanıb. O, finala qədər irəliləsə də, həlledici oyunda yapon Toru Şişimeyə uduzub və gümüş medalla kifayətlənib. 60 kq-da çıxış edən Rasim Əsədullayev yarışı medalsız bitirib. İlkin mərhələdə yunan Dimokritos Manousaridislə qarşılaşan həmyerlimiz məğlubiyyət acısı yaşayıb. O, təsəlliverici mərhələyə də qatıla bilməyib. 48 kq çəki dərəcəsində yarışan xanım cüdoçumuz ülviyyə Vəliyeva da Rasimin aqibətini yaşayıb. O, ilk görüşündə avstriyalı Anna Denqə uduzub. Dünən Azərbaycan yığmasının daha 4 üzvü tatami üzərinə çıxıb.

Paylaş:
Baxılıb: 1338 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31