/ / Formula 1 Azərbaycan Qran-Prisinin birinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb
Formula 1 Azərbaycan Qran-Prisinin birinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb
27.04.2019 [09:53]
Aprelin 26-da Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinə - SOCAR Azərbaycan Qran-Prisinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə pilotlar 6 kilometr uzunluğundakı Bakı şəhər halqasında sərbəst yürüşdə güclərini sınayıblar.
Birinci sərbəst yürüş “Williams” komandasının pilotu Corc Rassellin bolidinin drenaj lükünə ilişərək sıradan çıxması ilə əlaqədar ləğv edilib. İkinci sərbəst yürüşdə isə “Ferrari” komandasının pilotları fərqləniblər. Belə ki, Çarls Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü beşqat dünya çempionu Luis Hamilton (“Mercedes”) tamamlayıb.
İkinci sərbəst yürüşdə isə “Racing Point”dən Lens Stroll, “Toro Rosso”dan isə Daniil Kvyat qəza səbəbindən mübarizəni dayandırıblar.
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan Formula 2 yarışlarında sərbəst yürüş və sıralanma turu keçirilib.
Qırx beş dəqiqə davam edən sərbəst yürüş nəticəsində “UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub. “Carlin” komandasından Nobuhari Matsuşita sərbəst yürüşü ikinci, “MP Motorsport”un sürücüsü Cordan Kinq isə üçüncü yerdə başa vurublar.
“Carlin” komandasının pilotu N.Matsuşita Formula 2 yarışında sıralama turunun qalibi olub. “ART Grand Prix” komandasının sürücüsü Nik de Vries ikinci, “UNI-Virtuosi”nin pilotu L.Qiotti isə üçüncü yeri tutublar.
Aprelin 27-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2-də isə birinci yarış keçiriləcək. Aprelin 28-də isə Formula 1 SOCAR Azərbaycan Qran-Prisi, həmçinin Formula 2-nin ikinci yarışı təşkil olunacaq.
Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə təşkil olunan birinci yarışda - Formula 1 Avropa Qran-Prisində “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb. Ötənilki Qran-Pridə isə “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb.
Dünyanın məşhur pilotlarının mübarizə apardıqları Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə bilirlər. Layihənin müəllifi bütün müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir. Trekin ən geniş hissəsinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32

