Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıda 74 ölkədən azarkeşlər olub
02.05.2019 [09:20]
Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində yarış sessiyalarını yerində canlı izləməyə, həmçinin həftəsonunda “Baku Crystal Hall”da dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərinə ümumilikdə 85 min tamaşaçı gəlib.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, bu il ötənilki qədər bilet satılıb. Xaricdən alınan biletlərin nisbəti 22 faiz təşkil edib. Ötən illə müqayisədə bu il yarış həftəsonu ərzində yarış məkanına gələnlərin sayında bir qədər azalma müşahidə olunub. Buna səbəb əvvəlcədən iştirakı nəzərdə tutulan britaniyalı ulduz Sem Smitin yarışa çox az vaxtın qaldığı bir ərəfədə xəstələndiyi üçün Bakı konsertini ləğv etməsi olub.
Çox sayda xarici azarkeşin rəğbət göstərdiyi yarışda qələbəni “Mercedes” komandasının pilotu Valtteri Bottas qazanıb. Onu komanda yoldaşı Luis Hamilton və “Ferrari”nin sürücüsü Sebastian Fettel izləyiblər. Bottasın zəfər sevinci ötən il yarışın sonuncu dövrələrində qələbəyə gedərkən yaşadığı uğursuz qəzanın verdiyi kədəri tamamilə unutdurub. Onun qələbəsi tribunalarda əyləşən minlərlə azarkeş tərəfindən böyük coşqu ilə qarşılanıb.
Yarışı izləməyə 74 ölkədən azarkeş gəlib. Bu ölkələr arasında Rusiya, Böyük Britaniya, Avstriya, Niderland və Gürcüstandan xüsusilə fərqləniblər.
BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışı izləməyə gələnlərin statistik göstəriciləri ilə bağlı bildirib: “Son 4 il ərzində Azərbaycanda Formula 1 yarış həftəsonunun möhtəşəm şəkildə keçirilməsində böyük irəliləyiş əldə etmişik. Avropadan gələn azarkeşlərin sayının artması ilə əsas Formula 1 izləyicilərinin Bakını seçməsi bizi xüsusilə sevindirir. Buna misal olaraq, yarışı izləmək üçün ölkəyə səfər edənlərin sayında 41 faiz artımla Böyük Britaniya, 28 faizlə Avstriyanı və 26 faizlə Niderlandı göstərə bilərik. Bundan başqa, Çin və Türkiyədən gələnlərin sayında da müvafiq olaraq 22 və 11 faiz artım qeydə alınıb. Tribuna biletlərinin hamısı satılıb və cümə günü axşam konsertinin olmamasına, həmçinin Sem Smitin şənbə günü keçirilməsi nəzərdə tutulan çıxışının son anda ləğv olunmasına baxmayaraq, ümumilikdə bilet satışı 2018-ci ildəkinə bərabər olub. Xüsusən gənclər arasında yarışa maraq ilbəil artır və nəticədə hər ötən il yerli azarkeşlərin sıraları daha da genişlənir. Bu, bizi yüksək səviyyədə həvəsləndirir. Düşünürəm ki, hazırda tutduğumuz mövqe olduqca güclüdür və 2020-ci ildə də azarkeşlər üçün daha bir möhtəşəm Formula 1 yarış həftəsonu keçirmək üçün əlimizdən gələni edəcəyik”.
Builki yarış son iki yarış qədər dramatik anlara səhnə olmasa da, Formula 1 azarkeşləri həyəcan dolu anlarla yadda qalan sıralanma turundan və Formula 2 yarışlarından böyük zövq alıblar.
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi tamaşaçıların zövqünə uyğun təklif etdiyi zəngin məzmunlu müxtəlif əyləncə proqramı ilə də avtoidman sevərlərin könüllərini fəth edib. Yarış həftəsonunda dünya musiqisinin məşhur iki ulduzu axşam saatlarında “Baku Crystal Hall”da səhnəyə çıxaraq azarkeşlərə möhtəşəm əyləncə şousu təqdim edib. Şənbə günü sıralanma turundan sonra keçirilən konsertdə Cessi Cey ən sevilən mahnılarını ifa edib, bazar günü isə Kardi B möhtəşəm performansı ilə yarış həftəsonunun bağlanış konsertinə öz damğasını vurub.
Bundan başqa, bu il ilk dəfə olaraq BŞH-nin təşkilatçılığı ilə yarış həftəsonu ərzində “Bakı şəhərinin sədaları” adı altında gecə əyləncə proqramları təşkil olunub. “Elektra Events Hall”da keçirilən proqramda dünyanın məşhur DJ-ləri çıxış ediblər. Aprelin 26-da səhnəyə Ciqan və Mahmut Orhan, ertəsi gün Robin Şulz və ayın 28-də “Lost Frequencies” çıxıb. Biletləri Formula 1 yarışlarından ayrıca satılan bu əyləncə proqramlarında Bakıya Azərbaycan Qran-Prisini izləməyə gələn yüzlərlə xarici avtoidman azarkeşi ilə yanaşı, çox sayda paytaxt sakini də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

