UEFA: Bakı özünü beynəlxalq səviyyəli idman yarışlarının mərkəzi kimi təsdiq etməyi bacarıb
11.06.2019 [09:24]
Çox qısa bir müddətdə özünü beynəlxalq səviyyəli idman yarışlarının mərkəzi kimi təsdiq etməyi bacaran Bakı idman azarkeşlərinə və turistlərə unudulmaz və maraqlı anlar bəxş edən şəhərlər sırasına daxil ola bilib.
AZƏRTAC xəbər verir ki, bu fikir UEFA-nın rəsmi saytında yayımlanan “Gözəl Bakı” sərlövhəli məqalədə qeyd olunub.
Məqalədə Bakının 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək 12 şəhərdən biri olduğu bildirilib, paytaxtın bu oyunlara tam hazır olduğu vurğulanıb.
Həmçinin yazıda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovun “Avro-2020”nin dörd final oyununun keçirilməsi üçün assosiasiyanın planları, azarkeşləri Bakıda nələrin gözlədiyi barədə fikirləri də yer alıb.
“Biz Bakının gələcəkdə idman mərkəzinə çevrilməsi üçün strategiya hazırlamışıq və tədricən də bu məqsədə doğru irəliləyirik. Bakı idman mərkəzinə çevriləcək. “Avro-2020”nin oyunları futbolun inkişafına, daha çox insanın futbola cəlb olunmasına gətirib çıxaracaq. Futbol daim inkişaf edən idman növüdür. Son bir neçə ildə onun populyarlığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Əlbəttə, digər idman növləri də var ki, onlara da maraq artır. Amma futbol idman növləri içərisində ən populyarıdır. Bizim üçün həm ölkədə, həm də bütövlükdə regionlarda futbola olan marağın səviyyəsini qoruyub saxlamaq vacibdir. Bizim nailiyyətimiz o olacaq ki, gələcəkdə daha çox uşaq vaxtını kompüter arxasında deyil, məhz futbol oynayaraq keçirsin. Bu da ölkədə sağlam həyat tərzinin inkişafına və daha sağlam insanların böyüməsinə səbəb olacaq”, - deyə Elxan Məmmədov məqalədə qeyd edib.
AFFA-nın baş katibi bildirib ki, Bakı özündə qədimliyi və müasirliyin harmoniya təşkil etdiyi müasir şəhərdir. Son illərdə Bakının çox sürətlə inkişaf etdiyini və modernləşdiyini deyən Elxan Məmmədov şəhərin xarici turistlər üçün çox maraqlı və cəlbedici olmasından da danışıb. “Şəhərin tarixi-memarlıq abidələri ilə zəngin olan hissəsi ilə yanaşı, həm də müasir məkanları da bura gələn insanların diqqətini özünə cəlb edir. Burada müxtəlif bədii sərgilərin, müasir görməli yerlərin mövcudluğu şəhərin görünüşünə xüsusi rəng qatır”, - deyə o vurğulayıb.
Bakının müxtəlif beynəlxalq səviyyəli idman tədbirlərinin keçirildiyi idman mərkəzinə çevrildiyini söyləyən E.Məmmədov deyib: “Beləliklə də, turistlərin Bakıda olduqları müddətdə şəhərin bu üç əsas xüsusiyyətinə (tarixi-memarlıq abidələri ilə zənginliyinə, müasir attraksionların və sərgilərin, eləcə də müasir idman mərkəzlərinin olmasına) valeh olacaqlar. Bütün bu sadalanan obyektlər bir-birinə çox yaxın yerləşdiyindən onlara hətta piyada da çatmaq olur ki, bu da onları daha əlçatan və cəlbedici edir. 2020-ci ildə biz bütövlükdə Avropa çempionatının Bakıda və qonşu ölkələrdə bütöv futbol tarixini yazacağıq. Çünki, biz bütün regionda futbol azarkeşlərinə “Avro-2020”nin həyəcanını və xoş anlarını yaşatmaq istəyirik. Şəhərdə azarkeşlər və turistlər üçün müxtəlif diqqətçəkən tədbirlər keçiriləcək. Biz fan-zonaların aktiv olma müddətinin uzadılmasını planlaşdırırıq və inanırıq ki, bu da insanların ora gəlib həzz almalarına, sonra isə gedib öz komandalarına azarkeşlik etmələrinə şərait yaradacaq”.
Məqalənin sonunda AFFA-nın baş katibi futbol azarkeşlərini 30 gün davam edəcək möhtəşəm “Avro-2020” oyunlarından və oyunlar ərəfəsində keçiriləcək maraqlı əyləncəli tədbirlərdən zövq almağa çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

