Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılır
29.12.2019 [10:02]
Ekspertlərin fikrincə, ölkəmizdə yeni infrastrukturların yaradılması və uğurlu təbliğatın aparılması idmanın kütləviliyini təmin edir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələr kimi idman da uğurla inkişaf edir. Qeyd edək ki, dövlətimizin diqqət və qayğısı bu sahənin inkişafını təmin etməklə yanaşı, idman sahəsində çoxsaylı nailiyyətlərin əldə edilməsinə də təkan verib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Əldə olunan nəticələr də onu deməyə əsas verir ki, idman sahəsində inkişaf olduqca uğurlu gedir. Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində mühüm nəticələr əldə ediblər.
Eləcə də 2019-cu ildə ölkəmizdə idman infrastrukturunun yenilənməsi istiqamətində də əsaslı tədbirlər görülüb, addımlar atılıb. Beləliklə, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan idmanının inkişafı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, regionlarda idman infrastrukturlarının sayı gündən-günə artır. Bu isə ölkəmizin idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır.
Qeyd edək ki, 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev də bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: “Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, Dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.
Vurğulandığı kimi, bu gün ölkəmizdə idmanın kütləviliyi təmin edilir. Prezident İlham Əliyev bildirib ki, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik. Dövlət başçısı qeyd edib ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir: “Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır”.
Dövlət başçısı mərasimdəki çıxışında eyni zamanda tövsiyə edib ki, hər bir vətəndaş idmanla məşğul olsun: “Bizim idman şöhrətimizi yüksəklərə qaldıran görkəmli idmançılarımıza da tövsiyə edirəm ki, onlar da bu maarifləndirmə işlərində fəal iştirak etsinlər. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri, klublar idmanın kütləviliyini təmin etsinlər”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev bildirib ki, Azərbaycanın dünyada tanınmasında idman da özünəməxsus yer tutur. Millət vəkili deyib ki, ölkəmizdə idmanın inkişafının dayanıqlı xarakter alması beynəlxalq idman qurumları - Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar tərəfindən də yüksək qiymətləndirilir: “Bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, idmançılarımızın Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında yüksək nəticələr qazanması, əldə etdikləri uğurlu nəticələr müstəqil Azərbaycanın dünyadakı nüfuzuna müsbət təsir göstərib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində bəyan etdiyi kimi, bu baxımdan, bu il də əlamətdar il olmuşdur: “Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar”. Onu da deyim ki, ölkəmizdə reallaşan müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışları və irimiqyaslı tədbirlərin - bədii gimnastika üzrə Dünya Kuboklarının, “Formula 1” üzrə Azərbaycan Qran-prisinin, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkili, Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının keçirilməsi Azərbaycana dünyada göstərilən etimadın təzahürüdür”.
N.Həmzəyevin sözlərinə görə, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsindəki çıxışında əhalinin sağlamlığının möhkəmləndirilməsinin dövlət siyasətinin strateji vəzifələrinə daxil olmasına toxunaraq, ölkədə idmanın inkişafının həm də əhalinin sağlamlığına xidmət etdiyini qeyd edib. Onun sözlərinə görə, sağlam həyat tərzinin formalaşması həm də gələcəyin sağlam nəslinin etibarlı təminatıdır
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi qəbul edilir və idmançılarımızın qələbələri xalqımızı ürəkdən sevindirir. F.Umudovun sözlərinə görə, Azərbaycanda idman yüksək sürətlə inkişaf edir. Bu inkişaf özünü qazanılan uğurlarda aşkar göstərir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında ölkəmizin Olimpiya Hərəkatında əhəmiyyətli uğurlara imza atması da mühüm rol oynayır: “Hətta deyə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli var. 2019-cu ilin idman yekunları ilə bağlı mərasimdə çıxışında da Prezident İlham Əliyev bildirdi ki, idman sahəsində qazandığımız uğurlar təsadüfi xarakter daşımır: “Konseptual şəkildə ardıcıl işlər görülür, veteran idmançılara diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən mükafatlandırılırlar. İdman mütəxəssisləri çox gözəl şəraitdə işləyirlər, idmançılar üçün də bütün şərait yaradılıb. Onların təlim-məşq toplanışları, beynəlxalq yarışlarda iştirakı və idmanla məşğul olmaları üçün yaxşı şərait yaradılıb. Hazırda bizim ancaq bölgələrdə 45 Olimpiya İdman Mərkəzimiz var”. Təsadüfi deyil ki, Azərbaycan komandası Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında 10 qızıl, 7 gümüş, 6 bürünc olmaqla 23 medalla 4-cü yeri tutdu. Bu, olduqca böyük uğurdur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

