Ölkəmizdə idmanın inkişafı və kütləviliyinin təmin edilməsi diqqət mərkəzindədir
11.01.2020 [11:08]
Ekspertlərin fikrincə, Azərbaycan dövlətinin apardığı uğurlu idman və gənclər siyasəti sağlam gələcəyin formalaşdırılmasında vacib rol oynayır
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində digər sahələr kimi, idman sahəsində də çoxsaylı uğurlar əldə edilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmanın inkişafı istiqamətində atılan addımlar və əldə edilən uğurlar baxımından arxada qoyduğumuz 2019-cu il də yaddaqalan olub. Belə ki, Azərbaycan idmançıları 2019-cu ildə də iştirak etdikləri beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində mühüm uğurlar əldə ediblər.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ölkəmizdə idman infrastrukturunun yenilənməsi istiqamətində də davamlı tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlər isə Azərbaycanın idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır. Yeri gəlmişkən, 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: “Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.
Bununla yanaşı, bu gün ölkəmizdə idmanın kütləviliyi təmin edilir. Çıxışında həmin məqama toxunan Prezident İlham Əliyev bildirib ki, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik. Dövlət başçısı qeyd edib ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir: “Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır”.
Dövlət başçısı mərasimdəki çıxışında həmçinin ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində maarifləndirmə işlərində veteran idmançıların və mətbuat orqanlarının daha fəal rol oynamasını tövsiyə edib: “Bizim idman şöhrətimizi yüksəklərə qaldıran görkəmli idmançılarımıza da tövsiyə edirəm ki, onlar da bu maarifləndirmə işlərində fəal iştirak etsinlər. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri, klublar idmanın kütləviliyini təmin etsinlər”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Azərbaycanda ardıcıl, düşünülmüş idman siyasəti həyata keçirilir. O, irimiqyaslı idman yarışlarına ev sahibliyi etmək hüququnun ölkəmizə verilməsini dövlətimizin dünyadakı nüfuzunun göstəricisi kimi dəyərləndirib: “Bu, Azərbaycanın dünyada idman ölkəsi kimi qəbul edilməsinin əyani sübutudur. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinə gəldikdə isə, xüsusi olaraq deməliyik ki, bu gün Azərbaycanın Gənclər və İdman Nazirliyinin mövcudluğu, Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin, eləcə də parlamentdə gənclərlə bağlı komitənin fəaliyyət göstərməsi, Gənclər Fondunun təsis edilməsi bir daha gənclərə xüsusi diqqətin göstərildiyini sübut edir. Bu gün hər bir Azərbaycan gəncinin müraciət etməsi, təkliflərini səsləndirməsi, özünü realizə etməsi üçün kifayət qədər müvafiq strukturlar fəaliyyət göstərir. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan gəncləri dövlət strukturlarında, yerli icraedici və ya seçkili orqanlarda uğurla təmsil olunurlar”.
Prezident İlham Əliyevin 2019-cu ilin sonunda idman ictimaiyyəti ilə görüşünə də toxunan R.Abbasov dövlət başçısının həmin görüşdəki çıxışının həm də gələcək fəaliyyət üçün proqram xarakteri daşıdığını deyib. Onun sözlərinə görə, bu həm də növbəti hədəfləri və onların həlli yollarının istiqamətlərini müəyyən etdi: “Cənab Prezident çıxışında şəxsi nümunəsində hər bir Azərbaycan vətəndaşının sağlam həyat tərzi sürməsi, idmanla mütəmadi məşğul olmasını tövsiyə etdi. Ölkə başçısının bir xüsusi tapşırığı da idmana məsul aidiyyəti dövlət strukturları tərəfindən bölgələrdə, xüsusilə ucqar regionlarda idman yarışlarının sayının artırılması ilə bağlı oldu ki, bu da idmanın kütləviliyinə xidmət göstərəcək. Bu həm də bölgə gənclərinin sağlam həyat tərzinin təminatında xüsusi rol oynayacaq. Kütləviliyin təminatı məsələsində də cənab Prezident son zamanlar abadlaşan nümunəvi məhəllələri misal çəkdi və vurğuladı ki, yeni idman infrastrukturlarında idman yarışları təşkil olunmalıdır, yeni layihələr icra olunmalıdır”.
“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev isə ölkəmizdə idmanın kütləviliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü deyib. Q.Mehdiyev bildirib ki, ölkəmizdə idmanın inkişafı özünü qazanılan uğurlarda da aşkar göstərir: “Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında ölkəmizin Olimpiya Hərəkatında əhəmiyyətli uğurlara imza atmasının çəkisi çox böyükdür. Ölkəmizdə qısa müddətdə güclü idman infrastrukturu yaradılıb. Hətta bölgələrimizdə belə yüksək səviyyəli idman kompleksləri fəaliyyət göstərir. 2019-cu ilin idman yekunları ilə bağlı mərasimdə çıxışında da Prezident İlham Əliyev bildirdi ki, idman sahəsində qazandığımız uğurlar təsadüfi xarakter daşımır. Dövlət başçısı vurğuladı ki, bu istiqamətdə konseptual şəkildə ardıcıl işlər görülür, veteran idmançılara diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən mükafatlandırılırlar”.
Qabil Mehdiyev deyib ki, Prezident İlham Əliyev həmin görüşdəki çıxışında, eyni zamanda, idmanın kütləviliyinin təbliği ilə bağlı da öz tövsiyələrini verdi: “Təbii ki, idmanın, sağlam həyat tərzinin ölkəmizin gələcəyi, gənclərimiz üçün böyük faydası var ki, bunun təbliği istiqamətində də mühüm addımlar atılır. Məlum olduğu kimi, ölkəmizdə bir sıra idman nəşrləri dərc olunur, idmanla bağlı internet resursları fəaliyyət göstərir. Təbii ki, həmin nəşrlər və saytlar idmanın təbliği işində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Eyni zamanda, hesab edirəm ki, ölkəmizin mətbuat orqanları idmanın kütləviliyinin təmin olunması, maarifləndirmə işində daha fəal iştirak etməlidirlər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

