/ / Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib
Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib
26.01.2021 [09:27]
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Yanvarın 25-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, federasiyanın Nizamnaməsinə əsasən, builki yığıncaq hesabat-seçki xarakteri daşıyıb.
Gündəlikdə duran məsələlərin müzakirəsindən əvvəl gimnastika ailəsinin ötən beş ildə dünyasını dəyişən üzvlərinin və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Gimnastika Federasiyasının son beş ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edən federasiyanın vitse-prezidenti Altay Həsənov Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, o cümlədən mötəbər yarışlarda gimnastika üzrə əldə olunan nailiyyətlər, “Tokio-2020” Yay Olimpiya Oyunlarına qazanılan lisenziyalar, Bakıda təşkil olunan beynəlxalq yarış və tədbirlər, gimnastikanın yeni növlərinin inkişafı və AGF-in beynəlxalq arenadakı uğurları barədə məlumat verib.
Hesabatın sonunda Altay Həsənov görülən bütün işlərin, əldə olunan nailiyyətlərin ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi və müdrik tövsiyələrinin bəhrəsi olduğunu vurğulayıb və Mehriban xanıma gimnastika ictimaiyyəti adından təşəkkür edib.
Sonra federasiyanın baş mühasibi Viktoriya Abuşova 2020-ci il üzrə maliyyə hesabatını təqdim edib.
Hesabatların təsdiqindən sonra İcra Komitəsinə seçkilər keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.
Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvü seçiliblər.
Səsvermə ilk dəfə olaraq elektron formatda əsas etibarı ilə yarışlar zamanı xalların hesablanmasında ixtisaslaşan Azərbaycan brendi olan “SmartScoring”in dəstəyi ilə təşkil edilib.
Sonda 2020-ci ildə mötəbər yarışlarda nəticə göstərmiş idmançı və məşqçilərə xatirə medalları təqdim olunub.
Ümumi yığıncaqdan sonra AGF-in yenidən seçilmiş rəhbərliyi İcra Komitəsinin 2021-ci ilin ilk, ümumiyyətlə isə 37-ci iclasını keçirib. İclasda son üç ildə AGF-in baş katibi olmuş Nurlana Məmmədzadə yenidən bu vəzifəyə təyin olunub. Federasiyanın İntizam Komitəsinin üzvləri Nazim Rəcəbov və Aytac Qasımova müvafiq olaraq həmin komissiyanın sədri və üzvlüyünə yenidən təyinat alıblar. Namiq Əliyevin isə ilk dəfə olaraq həmin komissiyanın üzvü olması qərara alınıb.
Elşad Nərimanov AGF-in Veteranlar Şurasının sədri seçilib. Uzun illər həmin şuranın sədri olmuş Arif Quliyev isə fəxri prezident seçilib.
Müzakirələrdən sonra gimnastika növləri üzrə baş məşqçilərin hesabatı, AGF-in bir neçə qaydalarına dəyişikliklər təsdiq olunub. Bundan əlavə, 2021-ci ildə yığma komandalara cəlb olunmuş gimnastların təmsil etdikləri klub, idman təşkilatları və şəxsi məşqçilərinin mükafatlandırılması üzrə siyahı təsdiqlənib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

