Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarının açılış mərasimi keçirilib
22.05.2021 [07:44]
Mayın 21-də Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə komandaların paradı olub.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə açılış mərasimində çıxış edərək aerobika gimnastikası ailəsinin üzvlərini Bakıda salamlayaraq deyib: “Ölkəmizdə aerobika gimnastikasının inkişafına 2013-cü ilin sonundan başlanıb. Bu qısa müddətdə gimnastlarımızın beynəlxalq arenada əldə etdikləri uğurlarla yanaşı, Bakıda bu gimnastika növü üzrə yarışlar da keçirilib. İlk dəfə aerobika gimnastikasının ulduzları bu arenada birinci Avropa Oyunları çərçivəsində çıxış ediblər. 2019-cu ildə ölkəmiz aerobika gimnastikası üzrə Avropa çempionatına ilk dəfə ev sahibliyi edib”.
N.Məmmədzadə AGF ilə uğurlu əməkdaşlıq etdiklərinə görə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəhbərliyinə, FIG-nin aerobika gimnastikası üzrə Texniki Komitəsinin prezidenti və üzvlərinə təşəkkürünü bildirib, gimnastlara uğurlar arzulayıb. O, gimnastların Bakıda onlar üçün yaradılmış şəraitdən bəhrələnərək gözəl çıxışlar nümayiş etdirəcəklərinə əminliyini bildirib.
FIG-nin İcra Komitəsinin üzvü Ali Al-Hitmi beynəlxalq qurumun adından yarışın bütün iştirakçılarını Bakıda salamlayıb. O, mövcud pandemiya şəraitində aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarının möhtəşəm təşkilinə və qonaqpərvərliyə görə yerli Təşkilat Komitəsinə və Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü ifadə edib. Yarışın təşkilində fəal iştirak edən könüllülərə, eləcə də azarkeşlərə minnətdarlığını çatdıran Ali Al-Hitmi turniri açıq elan edib.
Sonra məşqçilər, hakimlər və idmançılar ədalətli çıxış üçün and içiblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir. Mayın 23-dək davam edəcək turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar. Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aerodans proqramında da məharətlərini göstərəcəklər.
Turnirdə ölkəmizi Leyla Abdullayeva, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edirlər.
Xəbər lenti
Hamısına baxMüsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24

