"Qarabağ"dan tarixi zəfər
07.08.2010 [12:26]
Avroliqada III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Turnirdəki yeganə təmsilçimiz olan Ağdamın “Qarabağ” klubu bu mərhələdə tarixi oyuna çıxmışdı. Tofiq Bəhramov adına Respublika stadionunda Polşanın “Visla” klubunu qəbul edən Qurban Qurbanovun yetirmələri Avroliqanın son təsnifat mərhələsinə vəsiqə qazanmağı hədəfləmişdi. Əgər Ağdam təmsilçisi bu işin öhdəsindən gəlsəydi bir mövsümdə 3 rəqibini mübarizədən kənarlaşdıran ilk Azərbaycan klubu kimi tarixə düşəcəkdi. Səfərdəki 1:0 hesablı qələbədən sonra buna nail olmaq üçün doğma publika qarşısında istənilən heç-heçə də yetərli idi. Ancaq “Qarabağ” Polşanın vitse-çempionuna səfərdə olduğu kimi, evdə də qalib gəlməklə həm azarkeşlərini sevindirməyi bacardı, həm də klub reytinqimizi daha da artırdı. Avroliqada cari mövsümdə məğlubiyyətsiz çıxış edən “Qarabağ” bunun davamını gətirməklə, ötən il olduğu kimi, qrup mərhələsinə düşmək üçün son mərhələyə yüksəldi. özü də Bakıdakı görüşün taleyi artıq ilk yarıda həll olundu. Fasiləyədək qonaqların qapısına 3 cavabsız qol vuran ağdamlılar cütün qalibinin adına erkən aydınlıq gətirdi. Təmsilçimiz buna 7 dəqiqə ərzində vurduğu qollarla nail oldu. Əvvəl Avroliqada 5-ci qolunu vuran Əfran İsmayılov, sonra isə Rauf Əliyevlə Rəşad Sadiqov “Visla”nı oyuna mərkəzdən başlamağa vadar etdilər. I hissədən sonra hamı matçın böyük hesablı qələbə ilə başa çatacağını gözləyirdi. Bu, indiyədək hər dəfə uduzduğumuz, acınacaqlı məğlubiyyətlər aldığımız polşalılardan qisas anlamına gələcəkdi. Lakin qonaqlar sonadək mübarizə aparıb əvvəl təsəlli qolunu vurdular, sonra isə fərqi minimuma endirdilər - 3:2. Bununla da “Qarabağ” məğlubiyyətsiz keçirdiyi 6 oyunda 4-cü qələbəsini qazandı. “Qarabağ” klubu ölkə futbolunun tarixində möhtəşəm səhifə yazmaqla yanaşı, yeni bir mərhələnin də başlanğıcını qoydu. Belə olmasaydı azarkeşlər, futbol mütəxəssisləri ötən il olduğu kimi, bu il də uğurun məhz “Qarabağ” klubundan gələcəyini gözləməzdilər. “Qarabağ” klubu artıq bizləri qələbəyə, əzmkar oyuna, son ana qədər mübarizə aparmağa, savaşmağa öyrəşdirib. Məhz bu şərt digər klublarımızın oyununda çatışmayan əsas amillərdir. “Qarabağ” klubunun heyətində oynayan futbolçuların əksəriyyətinin yerli futbolçular olması klubun qazandığı bu uğurun əhəmiyyətini bir qədər də artırmış olur. Gənc mütəxəssis Qurban Qurbanovun yerli futbolçulardan təşkil etdiyi bu komanda əsl kollektiv oyun nümayiş etdirir. Digər klublarımız xarici məşqçi axtarıb, gətirəndən sonra da onları “əlcək” kimi dəyişdirsələrdə heç cür uğur qazana bilmirlər. Amma “Qarabağ” və onun gənc mütəxəssisi Qurban Qurbanov sübut etdilər ki, yerli mütəxəssislərə və futbolçulara etibar etmək, onlara şans vermək lazımdır. “Qarabağ” klubunun rəhbərliyini bu baxımdan alqışlamaq lazımdır ki, həm kluba böyük diqqət ayırırlar, həm də məşqçiyə və futbolçulara etibar edirlər. “Qarabağ” klubu göstərdiyi oyun və Avropada qazandığı qələbələrlə bu etibarı şərəflə doğruldur. çox istərdik ki, digər klublarımız da Avropa meydanlarında əzmkar oyun göstərərək qələbə qazansınlar. Amma “Qarabağ”ın qələbə qazanmasını daha çox istəyirik, bu klubun qazandığı qələbə bizə daha çox lazımdır. çünki qazanılan qələbə “Qarabağ”a məxsusdur. Bu həm də Avropaya, dünyaya mesajdır ki, Qarabağ Azərbaycan torpağıdır və dünyanın müxtəlif arenalarında, idman yarışlarında o bölgəni məhz Azərbaycan klubu təmsil etməlidir və edir də. özü də qazandığı parlaq qələbələrlə. “Qarabağ” klubu cari Avrokubok mövsümündə 3 mərhələ adlamaqla yeni rekorda imza atıb. Ağdam təmsilçisi səfər meydançasında oynayarkən heç də zəif və qorxaq oyun nümayiş etdirmir. Əksinə, komandamızın futbolçuları səfərdə olsa belə, rəqibdən çəkinməyərək öz oyununu oynamağa çalışaraq istədiyi nəticəni əldə edir. Bəlkə də “Qarabağ”ın əldə etdiyi qələbənin əsasını elə bu amil təşkil edir. Digər klublarımız azarkeşləri məyus etdiyi halda “Qarabağ” yüzminlərlə futbol azarkeşini sevindirməkdə davam edir və artıq “Qarabağ” təkcə Ağdamın deyil, bütövlükdə Azərbaycanın şərəfli təmsilçisinə çevrilib. Azərbaycanda idmana və futbola dövlət tərəfindən yaradılan şərait, göstərilən diqqət və qayğı da komandamızın qazandığı qələbədə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev idmanın inkişafına xüsusi diqqət ayırır və futbolun da bu inkişafdan geri qalmaması üçün müxtəlif tədbirlər görülür. Futbolun inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi də bununla bağlıdır. Görülən işlər artıq öz nəticəsini verməyə başlayıb. “Qarabağ”ımız ölkədə idmana yaradılan şəraitdən maksimum şəkildə yararlanaraq azarkeşləri qazandığı qələbələrlə sevindirməkdə davam edir. Həm azarkeşləri sevindirir, həm Qarabağımızı təmsil edir, həm də ölkəmizin reytinqinə xallar yazır. Təşəkkürlər “Qarabağ”!!!!
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17

