2021-ci ilin idman hadisələri
31.12.2021 [01:14]
İxtiyar Əsgərov
Artıq 2021-ci il yekunlaşmaq üzrədir. Azərbaycan idmançıları ötən il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, Qran-Pri və digər nüfuzlu beynəlxalq yarışlarda ümumilikdə, 519 medal qazanıblar. Onlardan 227-si Olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc) və 292-si qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.
“Yeni Azərbaycan” ilin ən yaddaqalan hadisələrini təqdim edir:
“Formula-1” yarışmasını Azərbaycana gətirməsi ilə xatırlanan gənclər və idman naziri Azad Rəhimov 2021-ci il aprelin 30-da ABŞ-da müalicə aldığı xəstəxanada, 57 yaşında dünyasını dəyişdi;
“Neftçi” Futbol Klubu 7 illik fasilədən sonra Azərbaycan çempionatının qızıl medallarına sahib çıxdı. Buna baxmayaraq, komandanın avrokuboklardakı çıxışı fiasko ilə başa çatdı;
Pandemiya səbəbindən 2020-ci ildə təxirə salınan futbol üzrə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda keçirildi. Azərbaycanın ən böyük arenasında A qrupunun Uels-İsveçrə, Türkiyə-Uels, İsveçrə-Türkiyə və 1/4 final mərhələsinin Çexiya - Danimarka görüşləri keçirildi;
Koronavirusa görə təxirə salınan dördilliyin ən mötəbər idman yarışı olan Tokio-2020 Yay Olimpiya Oyunları baş tutdu. “Gündoğar ölkə”də keçirilən Olimpiadanı Azərbaycan üçün uğurlu saymaq olmaz. Belə ki, yarışa yollanan 44 idmançımızdan heç biri fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilmədi. Yaponiya paytaxtında 3 gümüş və 4 bürünc medala sahib çıxan Azərbaycan yekun sıralamada 67-ci yeri tutdu;
Tokio-2020 Yay Paralimpiya Oyunlarında isə Azərbaycan yeni rekorda imza atdı. Yaponiyada 36 idmançı ilə təmsil olunan Azərbaycan 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla, yarışı 10-cu pillədə başa vurdu;
Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov sentyabrın 7-də gənclər və idman naziri təyin edildi;
“Qarabağ” Futbol Klubu yeni təsis edilən Konfrans Liqasında pley-off mərhələsinə yüksəldi. Təmsilçimiz “Bazel” (İsveçrə), “Omoniya” (Kipr) və “Kayrat” (Qazaxıstan) klubları ilə birlikdə H qrupunda mübarizə apardı. Topladığı 11 xalla qrupu ikinci pillədə başa vuran “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazandı. Komandamızın bu mərhələdə rəqibi Fransanın “Marsel” klubu olacaq;
Azərbaycan Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” klubunun üzvlərini qəbul etdi;
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi Azərbaycan yığması üçün uğursuz başa çatdı. Komandamız tsikli 1 xalla qrup sonuncusu kimi başa vurdu.
Bakıda keçirilmiş bədii gimnastika üzrə Dünya kuboku yarışlarında idmançılara medallar dronlarla təqdim edildi. Daha bir yenilik isə media ilə bağlı idi. Belə ki, jurnalistlər arenaya gəlmədən də onlayn qaydada istədikləri gimnastdan müsahibə almaq imkanı əldə etdilər.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

