Odina Əliyeva yığmamızdan imtina edib?
11.01.2022 [16:35]
“İndi bu sualı cavablandırmaq asan deyil”
“Mənim yenidən İndoneziya çempionatında çıxış etməyim, irəli və ya geri addım atmaqla bağlı deyil”. Bu sözləri “Yeni Azərbaycan”a milli komandamızın voleybolçusu Odina Əliyeva deyib.
31 yaşlı voleybolçu ötən yay Braziliyanın “Sesi” klubu ilə 1 il müddətinə müqavilə bağlasa da, az öncə İndoneziyadan aldığı təklifi müsbət dəyərləndirdi. “Cakarta Elektrik”lə müqavilə bağlayan milliləşdirilən idmançı 2021/22 mövsümünün sonunadək Asiya ölkəsində çıxış edəcək.
Cənubi Amerikadan Asiyaya köçməsi barədə danışan Əliyeva bildirib ki, aldığı təklifdən imtina etmək olmazdı: “Bu təklifi rədd edə bilməzdim. Ümumiyyətlə, bu ölkəni çox sevirəm”.
Azərbaycan yığması ötən il Avropa çempionatında uğursuz çıxışla yadda qaldı. Millimiz 24 komandanın qatıldığı final mərhələsini sonuncu yerdə başa vurdu. Əliyeva həmin vaxt heyətə dəvət olunsa da, onu yığmamızın heyətində görə bilmədik. Bu səbəbdən Odinanın Azərbaycan yığmasından imtina etdiyi barədə söhbətlər dolaşırdı.
Əslində isə buna səbəb imtina yox, başqa amillər imiş: “Son illərdə milli komandada olmamağımın bəzi səbəbləri oldu. Bunlardan biri də səhhətimlə bağlı idi. Bu, o demək deyil ki, mən artıq milli komandada çıxış etməyəcəm və ya imtina edirəm. Hazırda bununla bağlı planım yoxdur. Bunu zaman göstərəcək”.
Azərbaycan yığması Qızıl Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq ki, qrupdakı rəqiblərimiz Macarıstan, Ukrayna və Rumıniya milliləri olacaq. Avropa çempionatında fiasko ilə yadda qalan komandamızın bu dəfə qrupdan çıxmaq şansı varmı?
Əliyeva bildirib ki, hazırda qarşıdakı yarışlar haqqında fikir bildirmək çətindir: “İndi bu sualı cavablandırmaq asan deyil. Çünki milli komandaya hansı oyunçuların cəlb olunacağı haqqında dəqiq məlumatım yoxdur. Milli komandamızın heyəti tam müəyyən olunduqdan sonra bu sualı cavablandırmaq daha rahat olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33

