Qalibiyyətə gedən yol
29.10.2022 [12:20]
Günel ABBAS
Oktyabrın 27-də “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada “Nant” klubu ilə qarşılaşıb. “Bojuar” stadionundakı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matça fəal başlayan Ağdam klubu bu nəticədən 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan “Nant” isə 3-cü sırada qərarlaşıb.
Rəqib tribunalarda təxribat
Əslində oyunun gedişinə təsir edən amillər çox idi. Onlardan biri də rəqib azarkeşlərin tribunada Ermənistan bayrağını açması olub. Məhz bu məsələlərə görə “Qarabağ” azarkeşləri üçün qalibiyyət önəmli olsa da, komandamızın oyunçuları üçün bir o qədər çətin idi. Meydanda yaradılan şəraitin özü də komandanı ruhdan salmaq və fikirlərini yayındırmaq məqsədi daşıyırdı. Oyunda kapitanın zədələnməsi də gedişata tısir edən mənfi amillərdən biri idi.
Qalibiyyətə gedən yol...
Ancaq unutmaq olmaz ki, qalibiyyətə gedən yol bəzən büdrəməkdən keçir. “Qarabağ”ın “Nant”la oyundakı nəticəsini büdrəmək adlandırmağı daha düzgün hesab edərdim. Ölkəmizə ard-arda qalibiyyətlərlə geri qayıdan komandamızın uğurlarını heçə saymaq olmaz. Hər dəfə vurğuladığımız kimi, axı “Qarabağ” Azərbaycan futbolunun üzünü ağ edən komandadır. Bu baxımdan uğura gedən yolda bu cür büdrəyişlərin olması normal qəbul edilməlidir. Xüsusilə komanda oyunçularına qarşı yönələn ərkyana sitəmləri dayandırmaq lazımdır. Çünki özləri də oyunun nəticələrinə görə kədərli olduqlarını dilə gətirirlər və bu onların növbəti oyuna hazırlıq mərhələlərinə mənfi təsir edə bilər.
Ümumiyyətlə idmançının yüksək uğuru onun içində olduğu psixoloji atmosferdən asılıdır. Daxili atmosfer uyğun olarsa, təzyiq altında olmazsa, nəticə də müsbət olacaq. Əks halda idmançı öz bacarığını ortaya qoya bilməz. Matçda uduzmaq həm də az öncə sadaladığımız xarici amillərlə bağlıdır. Həm komanda, həm də azarkeşlər bilməlidirlər ki, oyuna zəif başlamaq zəif bitirmək anlamına gəlmir. Oyuna yaxşı başlamamaq çox vaxt kifayət qədər zehni hazırlığın nəticəsidir. Pis başlanğıc isə son deyil, başlanğıcdır. Əhəmiyyətli olan, bunu dərk etmək, mənfi şərtlənmədən azad olmaq və hadisənin ciddiliyini dərk etməkdir. İdmançı qaydaları və nəticəni meydanda müəyyən edir. Hər şey onun ətrafında fırlanır. Özünü saxlaya bilməyib ipləri əlinə ala bilmədikdə başqaları oyunu ələ alacaq. Bunun üçün qərar vermək lazımdır.
Ən nəhayətində isə matçı uduzduğumuz zaman heç nə sona çatmır. Uduzmaq bəzən son kimi görünə bilər, amma bu son deyil. Elə komandalar var ki, çoxlu görüşlərdə məğlub olub, qalib gəlib çempion olurlar. Bir matç itirildikdə səhvləri öyrənmək və tanımaq vacibdir. Bəzən qalib gəlmək belə xoşbəxtlik gətirmir. Bir müddət sonra müxtəlif səbəblərdən təbii eniş başlayır. Hətta arabir məğlubiyyət komandaya müsbət təsir edə bilər. Bir sözlə, heç kim həmişə uduzmur və həmişə qalib gələ bilməz.Əks halda hər şey mənasız olur.
Nəzərə almaq lazımdır ki, “Barselona” kimi klub evdə 0:3 uduzur və ÇL-dən kənarda qalır. Azarkeşlər isə onların ruhdan düşməyinə imkan yaratmır, daim dəstək və təşəkkürünü bildirir. “Qarabağ” isə hələ də qrupda 2-ci yerdə olarkən azarkeşlərin bir hissəsi yenə narazıdır. İstənilən halda “Qarabağ” Avropada Azərbaycanın yeganə təmsilçisidir. Bu mənada “Qarabağ”ın səfər oyunundakı hesabı gələcək uğurlara qapı açacaq. Komandamız bundan sonra daha güclü, daha qətiyyətli irəliləyəcək. Azarkeşlərin də dəstəyi ilə növbəti oyunlarda öz performansını tam şəkildə nümayiş etdirəcək. Biz buna inanır, “Qarabağ”a güvənirik!
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

