Kəlbəcər - “yaşıl investisiyalar” üçün cəlbedici zona
30.04.2024 [11:08]
Kəlbəcər Ermənistanın işğalından azad edildikdən sonra böyük quruculuq meydanına çevrilmiş rayonlarımızdan biridir. Bu bölgədə nəhəng infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir. Ötən 3 il ərzində Kəlbəcərdə tunel-körpü və magistral yolların inşası sürətlə aparılıb, bir çox obyektlərin istifadəyə verilməsi mümkün olub. Rayonda 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), eləcə də 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işləri yekunlaşıb və kəndlərin tikintisinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası təmin olunmaqdadır. Bu, Kəlbəcərin Böyük Qayıdış Proqramı çərçivəsində yaxın vaxtlarda öz sakinlərinə qovuşacağından xəbər verir. Ümumilikdə, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcəkdir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda bərpa olunan enerji mənbələrinin istifadəsinə xüsusi diqqət yetirilir və indiyə qədər “AzərEnerji” 6 yerdə kiçik su elektrik stansiyası (SES) yenidən quraraq istismara verib. Belə ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” istismara verilib ki, Lev çayı üzərində inşa olunan bu stansiya “Yaşıl enerji” zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edir və Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Bundan başqa, 2023-cü ildə istifadəyə verilmiş 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik SES-ləri də tam rəqəmsallaşmış enerji gücləridir. Bu isə istehsal olunan elektrik enerjisinin maya dəyərinin aşağı düşməsinə və iqtisadi sərfəlilik baxımından ən əhəmiyyətli enerji infrastrukturları deməkdir. Eləcə də “Soyuqbulaq” və digər SES-lər Avropa istehsalı olan yaşıl sertifikatlı ekoturbin, generatorlar, idarəetmə və avtomat panellər quraşdırılmaqla ən müasir enerji gücləri kimi diqqəti cəlb edir.
Həmçinin, rayon işğaldan azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksək gərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündürlüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.
Hazırda Kəlbəcər rayonunda 4 yerdə kiçik SES-lərin tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq stansiyaların 2024-cü ildə istismara verilməsi planlaşdırılıb. Nəticədə bu enerji güclərinin istismarı sayəsində 2024-cü ildə Kəlbəcər rayonunda 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat/saat olan 10 kiçik su elektrik stansiyasının tam işlək vəziyyətə gətiriləcəyini şərtləndirir.
Kəlbəcər rayonu termal sularla da kifayət qədər zəngindir. Bölgədə hidroenerji, termal suların, çay sularının mənbələrinə görə, ölkə üzrə resursların ən azı 30 faizinə malikdir. Eyni zamanda, Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 1000 MVt-dan çox texniki potensialının olduğu proqnozlaşdırılır. Hazırda həmin rayonların ərazisində 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsi reallaşmaqdadır, digər stansiyaların tikintisi üzrə qiymətləndirmələr davam edir. Proqnozlara görə, Kəlbəcər rayonu ümumi gücü 180 MVt olan “yaşıl enerji”yə malikdir: Bu, ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi kiçik su elektrik stansiyalarının əsas ünvanlarından biri olan Kəlbəcərin strateji əhəmiyyətinin göstəricisi olmaqla rayona “yaşılinvestisiyaların” nə qədər cəlbedici olmasını əsaslandırır.
Bütün bunlar rayonun potensial güc mənbəyi kimi “yaşıl enerji” zonasının əsas mərkəzlərindən birinə çevriləcəyini şərtləndirir. Hazırda Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi işğaldan azad olunmuş ərazilərdə “Yaşıl iqtisadiyyat” quruculuğunda iştirak edir. İtaliya, Cənubi Koreya, Türkiyənin şirkətləri ilə də bərpa olunan enerji gücləri üzrə danışıqlar davam etdirilir. Türkiyə şirkətləri Kəlbəcər rayonunda bərpa olunan enerji layihələrinin iqtisadi əsaslandırma planını hazırlayıb və külək elektrik stansiyalarının inşası başlanacaq.
Beləliklə, azad edilmiş ərazilərin sırasında öz zəngin iqtisadi potensialı olan böyük bir coğrafi ərazi olan Kəlbəcər yaxın illərdə “yaşıl enerji” hubu formalaşdırmaqla 2026-2027-ci illərdə bərpa olunan enerjinin və hidrogenin Avropaya nəqlində mühüm yer tutacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52

