İqtsadiyyatımız 4 dəfədən çox böyüyüb
24.05.2024 [10:04]
Cənubi Qafqaz iqtisadiyyatının 65 faizindən çoxu Azərbaycanın payına düşür
Son 20 ildə Azərbaycan iqtisadiyyatı əhəmiyyətli inkişaf mərhələsi keçib, 4 dəfədən çox böyüyüb. Mərkəzi Bankın (MB) sədrinin I müavini Rəşad Orucov bildirib ki, həmin illər ərzində ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, makroiqtisadi dayanıqlılıq, iqtisadi artımın inklüzivliyi təmin edilib, cəmiyyətin həyat səviyyəsi xeyli yüksəldilib, infrastruktur müasirləşdirilib, iqtisadiyyatımızın institusional mühiti xeyli yaxşılaşdırılıb. Azərbaycan maliyyə bazarları da son illər davamlı olaraq inkişaf edib, maliyyə sektorunun inkişafı dayanıqlı maliyyə axınları üçün ekosistemin inkişafına imkan yaradıb.
Sözsüz ki, artan maliyyə imkanları Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi ilə yanaşı, ölkənin bir nömrəli müqəddəs vəzifəsi olan işğaldakı torpaqların düşmən tapdağından azad edilməsində də əsaslı rol oynayıb. Belə ki, son 20 ildə təkcə hərbi-müdafiə xərcləri 35 dəfəyə yaxın artıb. 2003-cü ildə 150 milyon manat olan hərbi xərclərin büdcədəki payı 2023-cü ildə 5,3 milyard manatı üstələyib. Məhz bu güclü iqtisadi-maliyyə arxitekturası üzərində rəşadətli Ordu qurulmuş və 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanılmış, 2023-cü ilin sentyabr ayında bir günlük lokal antiterror əməliyyatları nəticəsində münaqişənin son akkordu da tamamlandı.
2003-cü ildən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatı həm struktur, həm də inkişaf meyarları baxımından yeni inkişaf mərhələsinə qədəm qoydu, regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə edilməsi kənd təsərrüfatı məhsullarının, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin istehsalına əhəmiyyətli təkan verdi. Eyni zamanda, Dövlət Proqramlarının icrası etibarilə biznes mühitinin möhkəmlənməsinə və milli sahibkarlıq təbəqəsinin artan gücü sayəsində ixracyönümlü məhsul istehsalının və qeyri-neft iqtisadiyatında əlavə dəyəri formalaşdıran mənbələrin böyüməsinə, bölgələrdə ən müasir rəqabətədavamlı istehsal, xidmət və emal müəssisələrinin sayının artırılması sayəsində əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və nəticə etibarilə sosial rifahın güclənməsinə və yoxsulluğun səviyyəsinin azalmasına səbəb olub.
Azərbaycan hazırda Cənubi Qafqaz iqtisadiyyatının lokomotividir. Bu regionda Azərbaycan ÜDM-in həcminə görə, lider və şəksiz söz sahibidir. Ölkəmizdə ÜDM 68 milyard dollar, Ermənistanda 16 milyard dollar, Gürcüstanda isə 19 milyard dollar təşkil edib. Cənubi Qafqaz iqtisadiyyatının ümumi həcmi 104 milyard dollar təşkil edir ki, onun 65 faizindən çoxu Azərbaycanın payına düşür. Maliyyə-büdcə ehtiyatlarının böyük əksəriyyəti də Azərbaycanın sərəncamındadır. 2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard dollar təşkil edir ki, onun 22 milyard dolları və ya 60 faizi Azərbaycanın, qalan 40 faizi 2 ölkənin payına düşür. Bu isə bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir.
Hazırda isə Azərbaycan yeni iqtisadi çağırışlar əsasında öz milli inkişaf hədəflərini müəyyən edib. 2030-cu ilə qədər müəyyən edilmiş sosial-iqtisadi inkişaf prioritetləri 5 sütuna söykənir.
1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. Dinamik, inklüziv və sosial ədalətəəsaslanan cəmiyyət;
3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Bu prioritetlərin gerçəkləşməsi üçün ölkə iqtisadiyyatının qarşısında yeni nəsil struktur islahatları, iqtisadi artımın qeyri-neft mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümlüyünün gücləndirilməsi əsas tələblərdəndir.
Buna ölkənin imkanları və iqtisadi potensialı adekvatdırmı?
Yaxın beşillik proqnozlara əsasən, Azərbaycan iqtisadiyyatında iqtisadi artımın əsas mənbəyi qeyri-neft gəlirləri olacaq və məhz həmin resurslar əsasında ÜDM-in həcminin 135,6 milyard manata çatacağı gözlənilir. Belə ki, ÜDM-də 2023-cü il üzrə qeyri-neft gəlirlərinin 77,6 milyard manat və ya 64,9 faiz, 2024-cü ildə 84,2 milyard manat və ya 71,1 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 78,7 faizə çatacağı proqnozlaşdırılır.
Bunun üçün əsas maliyyə yükü qeyri-neft sektorunun üzərinə düşür və neftin yerini dolduracaq dayanıqlı potensialların səfərbər olunması əsas xətt təşkil edir. Həmin mənbələrin dövriyyəyə gətirilməsi üçünsə “kölgə iqtisadiyyatı”nın təzahürləri olan qeyri-rəsmi yığım bloklarının dövriyyəyə cəlb edilməsi zərurridir. Ticarət, xidmət, turizm, tikinti sektorlarında hələ də on minlərlə şəxsin əmək müqaviləsi olmadan, qeyri-leqal çalışdığı bəllidir, son 5 ildə vergi və sosial müdafiə orqanları əmək bazarında iş yerlərinin rəsmiləşdirilməsi sayəsində 340 mindən çox əmək müqaviləsinin bağlanmasını təmin edib ki, bu da yuxarıda vurğuladığımız sektorlarda dövriyyələrin “ağardılması” və şəffaflıq sayəsində həm vergi, həm də sosial yığımların həcmini artırıb. Qeyri-neft sektorundan digər gəlir mənbələrindən biri kimi dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi və icarəyə verilməsindən daxilolmaların həcmini də artırmaq mümkündür. Eləcə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların da artımı üçün kifayət qədər mənbələr mövcuddur. Həmin sektordan illik büdcəyə yığım 550 milyon manat təşkil edir, halbuki bu müəssisələrin dividend ödənişlərinin məbləğinin ən azı 40-50 faiz artımı mümkündür.
Qarşıdakı dövrdə Azərbaycanın ümumi iqtisadi inkişafında və qeyri-neft sektoru üzrə gəlirlərin yüksək artımında əsas mənbələrdən biri kimi işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası da mühüm rol oyanayacaqdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

