Çoxtərəfli Konvensiyaya qoşulmaq nə vəd edir?
26.06.2024 [10:00]
Azərbaycan qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınmasında öz iradəsini nümayiş etdirməkdədir
Prezident İlham Əliyev “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nı təsdiq edib. Qeyd edək ki, Konvensiya ikitərəfli vergi müqavilələrinin yenilənməsi və transmilli şirkətlər tərəfindən vergidən yayınma imkanlarının azaldılması üçün dünyanın aparıcı alətidir. Konvensiyanın məqsədi vergi sazişlərindən sui-istifadə edilməsinin qarşısının alınması, daimi nümayəndəlik yaratmamaq üçün strategiyalara qarşı tədbirlərin görülməsi və uyğunsuzluqdan sui-istifadə imkanlarının məhdudlaşdırılmasıdır.
“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” nədir və Azərbaycanın vergi administrasiyası üçün hansı əhəmiyyət kəsb edir?
Qloballaşma şəraitində milli iqtisadiyyatların və bazarların inteqrasiyası yeni və daha təkmil beynəlxalq vergi standartlarının tətbiqi aktuallaşdığından “Böyük İyirmilər” qrupu (G20) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən ölkələrin gəlir mənbələrini qorumaq üçün beynəlxalq müstəvidə yeni standartlar hazırlanıb. Bu baxımdan “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) çərçivəsi qlobal miqyasda getdikcə artan və dərinləşən vergi problemlərinə çox spesifik və vahid yanaşmanı ehtiva edir və vergi administrasiyaları BEPS-in əlverişli platforma kimi bu strateji məqsədlərə çatmaqda roluna xüsusi önəm verir.
BEPS layihəsinə qoşulmuş ölkələrdən biri kimi Azərbaycan da ötən dövr ərzində vergi qanunvericliyində müvafiq dəyişikliklər edib. Transfer qiymətinin müəyyən edilməsi və vergiləndirilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq müddəalar əlavə edilib və onun inzibatçılığı ilə bağlı qaydalar təsdiq olunub. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsi çərçivəsində “Nəzarət olunan xarici müəssisənin vergiyə cəlb edilməsi” ilə bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilib. Sözügedən dəyişikliklər çərçivəsində həmin qaydalarda göstərilən müvafiq arayışların və bildirişlərin vergi orqanına elektron formada təqdim edilməsi mexanizmi də qurulub.
Həmçinin Azərbaycanın vergi administrasiyası ölkələr arasında vergidən yayınma və mənfəətin köçürülməsinin qarşısının alınması istiqamətində bilik və təcrübə mübadiləsinin asanlaşdırılması, müvafiq tədbirləri həyata keçirən ixtisaslaşmış vergi orqanı əməkdaşlarından ibarət şəbəkənin yaradılması, onların iş keyfiyyətinin artırılması, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, praktiki təlimat və yanaşmalarda da yaxından iştirak edib.
Azərbaycan İƏİT çərçivəsində qoşulduğu vergi məsələlərini tənzimləyən Çoxtərəfli Konvensiyalardan irəli gələn digər öhdəlikləri də yerinə yetirib, vergi standartları, eləcə də BEPS fəaliyyətləri üzrə əlavə öhdəlikləri icra edib. “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə qarşı” layihənin 13-cü Fəaliyyətin icrası məqsədilə 2021-ci ildə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”ə qoşulub və 2022-ci ildə ilkin mübadilə həyata keçirilib. Sənədin tətbiqi ilə bağlı Vergi Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilib. Bütün bunlar Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq vergi ailəsində öz partyorları ilə əlaqələrini daha da inkişaf etdirib və bu faktor, həm də vergi administrasiyasının nüfuzunun artmasına imkan verib. 2023-cü ilin noyabr ayında İƏİT-in nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiyanı” imzalayıb və vergitutma məsələlərində daha rəqabətyönümlü iqtisadi mühitin formalaşdırılması, beynəlxalq vergi reytinqinin yüksəldilməsi ilə bağlı daha yeni imkanlar qazanıb.
Beləliklə, Çoxtərəfli Konvensiyanın təsdiqlənməsi ölkəmizin vergi inzibatçılığının beynəlxalq standartların tələblərinə uyğun daha da təkmilləşdirilməsi istiqamətində son illərdə aparılan islahatların mühüm nəticəsi hesab edilə bilər. Konvensiyaya tərəfdar çıxmaqla Azərbaycan qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesində aktiv yer alaraq öz iradəsini nümayiş etdirir.
Bu mötəbər platformada yer almaqla ölkəmiz bir çox vergi məsələlərində faydalar əldə etmək şansı qazanır. Belə ki, Konvensiya ölkəmizin vergitutma bazasının məhdudlaşdırılmasına yönələn vergi planlamasının qarşısının alınması və vergitutma bazasının genişləndirilməsinə, beynəlxalq vergitutma prinsipləri nəzərə alınmaqla gəlirlərin vergiyə cəlb edilməsinin təmin olunmasına, vergi administrasiyaları arasında vergi qanunvericiliyi və inzibatçılığına münasibətdə vahid koordinasiyanın qurulmasına öz mühüm töhfəsini verəcək.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

