Rəqabəti və azad biznes fəaliyyətini qoruyan Məcəllə
03.07.2024 [11:00]
İyulun 1-dən etibarən biznes sektorunun və vətəndaşların səbirsizliklə gözlədiyi Rəqabət Məcəlləsi qüvvəyə minib. 12 fəsil, 84 maddədən ibarət olan Məcəllə bir neçə ay əvvəl Milli Məclis tərəfindən qəbul olunub və dövlət başçısı tərəfindən təsdiq edilib. Sənəd azad rəqabət mühitinin təmin olunduğu qabaqcıl Avropa ölkələrinin mövcud təcrübəsinə əsaslanmaqla hazırlanıb. Sənəd hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.
Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyətində şəffaf və çevik nəzarəti təmin edən müddəalar əks olunub. Bununla yanaşı, bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları, habelə hökmran mövqenin yeni meyarları qeyd olunub. Sənəddə rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları, rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələblər, təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr, dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı müddəalar öz əksini tapıb. Məcəllənin layihəsində “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər hüquqi aktlar yeni, vahid sənəddə birləşdirilib.
Beləliklə, Məcəllə qeyd olunan qanunlarda və digər hüquqi aktlarda əks olunmuş bütün hüquqi məsələləri, eyni zamanda azad rəqabətlə bağlı yeni yanaşma və prinsipləri özündə əks etdirməklə vahid hüquqi sənədlər toplusu hesab edilir.
Məcəllə biznes icması və vətəndaşlar üçün hansı əhəmiyyət daşıyır?
Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına səbəb olacaq. Həmçinin ölkəmizin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasının təkmilləşməsində mühüm rol oynayacaq.
Məcəllə əsas etibarilə kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına xidmət edir. İlk növbədə biznesin maraqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli detallar öz əksini tapıb ki, bura ədalətli rəqabət mühitinin təmin olunması, inhisarçılığa qarşı təsirli mübarizə mexanizmlərinin tətbiqi, haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı hədəflər daxildir.
Məcəllənin 15-ci maddəsinə (Bazarda hökmran mövqe) əsasən, bir təsərrüfat subyektinin 50 faiz və daha çox bazar payı ola bilməz, əks halda o, hökmran mövqe, yəni inhisarçı hesab edilir. Eləcə də 2 və 3 təsərrüfat subyektinin birləşərək 50 faiz bazar payına sahib olmasına da icazə verilmir, bu da inhisarçılıqdır. Bununla yanaşı, bazarda 35 faiz payı olan, ancaq dolayı yollarla bazara digər təsir imkanları olan təsərrüfat subyekti də hökmran mövqe tutmuş və rəqiblərinin fəaliyyətini sıxışdırmış kimi hesab edilir.
İkincisi, istehlakçıların hüquq və mənafelərinin qorunmasına yönəlik tədbirlərdir. Belə ki, istənilən adda və növdə bir məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadəyə yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti, ümumiyyətlə, istehlakçını çaşdıran və ya aldadan bütün hallar qanunsuzluq hesab edilir və bununla bağlı müvafiq cərimə və cəza tədbirləri nəzərdə tutulur. Bundan başqa, elektron ticarət kanallarında, sosial şəbəkələrdə malın qiyməti və keyfiyyəti, xüsusiyyətləri barədə reklam üsullarından istifadə olunarkən aldadıcı məlumatların yayılması da məsuliyyət yaradan hal hesab edilir. Bunlar 19-cu maddədə (Haqsız rəqabətin formaları) əks olunmuş müddəalardır.
Məcəllədə satıcı şirkət və müəssisə tərəfindən müştərinin heysiyyatına toxunmaq, onun təkliflərinə qeyri-etik davranış sərgiləmək və s. hallar da məsuliyyət yaradır. Əgər satıcı və ya tədarükçü müştərilərə qarşı aqressiv davranış nümayiş etdirərsə, vətəndaşın həmin şəxs barəsində şikayət etmək hüququ vardır (Maddə 20. Müştərilərə qarşı aqressiv davranış).
Vətəndaşları ən çox düşündürən mağaza və ticarət şəbəkələri tərəfindən bazar qiymətlərinin qoyulmasıdır. Hazırda istehlakçıların ən çox gileyləndiyi məsələ də məhz süni qiymət artımlarıdır. Məcəllənin 17-ci maddəsində (Aşağı və yüksək inhisar qiymətləri) qiymətin aşağı və ya yüksək inhisar qiyməti meyarları müəyyənləşib. Belə ki, ticarət müəssisəsi satdığı məhsulun qiymətini gömrük rüsumları, vergi və digər tariflər nəzərə alındıqdan sonra müəyyən edilmiş gəlirlilik marjasından yuxarı təyin edə bilməz. Yəni məhsulun bütün meyarlar nəzərə alınmaqla maya dəyəri xərcləri, tutalım ki, 1 manata başa gəlirsə, onun satışı 1 manat 25 qəpikdən çox olmamalıdır. Əks halda bu, inhisar qiyməti hesab edilir.
Rəqabət Məcəlləsində qanun pozuntuları ilə bağlı təsbit olunmuş maliyyə sanksiyaları və cərimələr ciddi xarakter daşıyır. Belə ki, rəqabət mühitini pozan şəxslər Rəqabət Komissiyası tərəfindən maliyyə sanksiyaları ilə üzləşəcək. Sanksiyanın məbləği əldə edilmiş qanunsuz gəlirin məbləğinin 50 faizi həcmində nəzərdə tutulub. Yəni hansısa aptek müəssisəsi, yaxud market malın satışından nəzərdə tutulmuş satış qaydalarından kənara çıxaraq 500 manat gəlir əldə edibsə, ona birinci dəfə 250 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Növbəti dəfə sanksiyanın məbləği mütənasib olaraq artırılacaq. Bütün bunların isə əsas qayəsi ölkədə azad biznes mühitini və şəffaflığı qorumaq, rəqabətliliyə kölgə salan bütün halların qarşısını almaqdır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

