TDT-nin gələcəyə yönələn “Yaşıl Baxış”ı
09.07.2024 [10:15]
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın qlobal iqlim çağırışlarına məsuliyyətlə yanaşaraq regionun müasir enerji landşaftının formalaşmasında təşəbbüskarlığı bir daha diqqətə çatdırıldı. Türk dövlətlərinin liderlərinin çıxışlarında Azərbaycanın noyabrda COP29-a uğurla sədrlik edəcəyinə, eyni zamanda ölkəmizin fəallığı sayəsində iqlim maliyyələşməsinin əhəmiyyətli dərəcədə irəliyə aparılacağına əminlik ifadə olundu. Ələlxüsus da, COP29 ili çərçivəsində yürüdülən uğurlu siyasətin tərkib hissəsi kimi Azərbaycanın bərpaolunan enerji mənbələrinə sərmayələrin cəlb edilməsi istiqamətində TDT-yə üzv dövlətlərlə birgə layihələrin həyata keçirilməsində çağırışları təqdir olundu.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın COP29-a sədrlik edən ölkə kimi bütün dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcəyini bəyan etdi, xüsusilə də TDT-nin enerji sahəsində strateji tərəfdaşlığını yüksək dəyərləndirərək bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığın yeni istiqamətlərinin anonsunu verdi. Şuşada TDT tərəfindən imzalanan Qarabağ Bəyannaməsi isə Türk Dövlətləri Təşkilatının gələcəyə yönələn “Yaşıl Baxış”ının konseptual huquqi-iqtisadi əsasını müəyyən etməklə, regional yaşıl enerji hubu formalaşdırmaq qətiyyətini ifadə edir.
Bəyannamədə bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın artırılması, Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsinin (Yaşıl dəhliz) inkişaf etdirilməsi, bərpaolunan geniş enerji potensialının üzv dövlətlərə və üçüncü ölkələrə ixracı və ticarəti üçün geniş enerji sistemlərinin yaradılması, enerji inteqrasiyası və qarşılıqlı əlaqələrin koordinasiyası üzrə çağırışlar öz əksini tapıb.
Bu, TDT-nin “yaşıl enerji” infrastrukturlarının qurulması və şaxələndirilməsindəki qətiyyətli siyasətinin təsdiqi olmaqla, dünyanın gündəliyində ön plana çıxan “yaşıl iqtisadiyyat” quruculuğunda fəal mövqeyini və dünya ölkələrini sülhə və əməkdaşlığa töhfə verən müasir enerji siyasətindəki həmrəylik, humanizm meyarlarını nümayiş etdirir. Bu, TDT tərəfindən beynəlxalq enerji icmasına və ekoloji tədqiqat mərkəzlərinə ətraf mühit mühafizəsi standartlarının qorunması, təmiz ekoloji mühitin yaradılması, “yaşıl enerji”yə keçidin sürətlənməsi proseslərində aparıcılıq missiyasını üzərinə götürməsinə işarə edən çağırış kimi də qiymətləndirilə bilər.
Aydındır ki, türk dövlətlərinin qlobal miqyasda iqtisadi potensialı enerji resursları ilə yanaşı, həm də “yaşıl resurslar” üzrə də zəngindir, onların bərpaolunan enerji mənbələri üzrə proqnozları kifayət qədər ümidvericidir. Xəzərdə və azad edilmiş ərazilərdə böyük potensiallar var. Təkcə Xəzər dənizində külək sayəsində enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Azərbaycan hökuməti “yaşıl” iqtisadiyyatın inkişafına tam sadiqdir və “yaşıl hidrogen”i gələcəyinin əsas hissəsi kimi görür. Ölkə artıq onu qlobal təmiz enerji bazarında mühüm oyunçuya çevirə biləcək iddialı “yaşıl hidrogen” istehsalı və ixracı layihələrini həyata keçirmək üçün addımlar atır. Uran hasilatında lider olan Qazaxıstanda da Günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Özbəkistanın da geniş çöllərində Günəş enerjisi üçün resurslar xeyli böyükdür. Azərbaycan bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payını 2026-cı ilədək 24 faizə, 2028-ci ilə qədər isə 30 faizə çatdırmağı planlaşdırır. Qazaxıstan isə 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır, 2050-ci ilə qədər isə bərpaolunan enerjinin ümumi enerji istehlakının azı yarısını təşkil etməlidir. Qazaxıstanın külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, Günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Özbəkistan hökuməti isə 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 25 faizə, çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 QVt, Günəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir.
Beləliklə, 3 qardaş ölkənin bərpa olunan enerji potensialları bölgədə yeni “yaşıl” enerji dəhlizinin yaradılmasına zəmin yaradır və bu ölkələr Avropanı təmiz, etibarlı və sərfəli enerji ilə təmin edərək qitənin enerji keçidinin lokomotivinə çevrilə bilər. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əldə olunmuş razılaşmalar dünya birliyində bu türk dövlətlərinin mövqeyinin möhkəmlənməsi, Avropa ilə əlaqələrin güclənməsi üçün dərin təminat deməkdir.
Qarabağ Bəyannaməsində qeyd edildiyi kimi TDT ölkələri günəş, külək və su elektrik enerjisi kimi təmiz enerji mənbələrinin inteqrasiyasına diqqət yetirməklə dayanıqlı inkişafın təşviq edilməsi və rəqəmsal infrastrukturun yaradılması çərçivəsində bütün səylərini birləşdirəcək. Bəyannamə, eyni zamanda, ötən il beynəlxalq enerji koalisiyasının dəstəyi ilə hüquqi-iqtisadi əsası yaradılan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Asiya və türk dövlətləri ilə birləşdirilməsini də reallaşdıracaq. Nəzərə alsaq ki, bu dəhlizdə Rumıniya və Macarıstan da yer alır, bu baxımdan TDT həm də Avropa ölkələrini də öz ailəsinə qoşmuş olacaq.
Həmçinin, TDT-nin İqlim və Yaşıl Rəqəmsal Platformasının və İqlimə Davamlı Kəndlər Forumunun yaradılması təşəbbüsü də irəli sürülüb ki, bu da yaşıl arxitekturanın coğrafiyasını daha da genişləndirəcək. Belə ki, bu ideya türk dövlətlərinin bərpaolunan enerji mənbələrinin vahid bir platformada daha da sıx birləşdirilməsi, Avropa ilə Asiya arasında magistral Yaşıl İpək Yolunun işə düşməsini təmin edəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 19:32
YAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53

