Qarabağ və Şərqi Zəngəzurda sahibkarların sayı artır
18.07.2024 [10:20]
2024-cü il iyulun 1-ə olan tarixə qədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 4 978, fərdi sahibkarların sayı isə 91881 təşkil edib. Sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 3791 mikro, 186 kiçik, 84 orta və 7 iri sahibkarlıq subyekti qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda 835 mikro, 50 kiçik, 20 kiçik və 5 iri sahibkarlıq subyekti fəaliyyət göstərib. Beləliklə, Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 86373, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5508 olub.
İnvestisiya təşəbbüsləri dayanmadan artır
Bu statistika ona dəlalət edir ki, artıq Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi dəyər yaradan saəhlər formalaşır və biznesin ilk addımları öz müsbət səmərəsini göstərməyə başlayır. İki il əvvəl fəaliyyətə başlamış Zəngilandakı “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Bu ərazidə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı ümidverici göstəriclərlə yadda qalıb. Yaxud, Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Sənaye Parkının yeni formalaşan sənaye potenisalının imkanları böyüyür. Bu bölgədə Rusiyanın “Kamaz”, İtaliyanın “İveco” markalı avtomobilləri üçün servis mərkəzi yaradılıb və rezidentlərin sayı artmaqdadır. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb və investisiya təşəbbüsləri dayanmadan artır.
Eləcə də Qubadlı və Zəngilanda taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri, heyvandarlıq təsərrüfatları, həmçinin, Kəlbəcər və Laçında arıçılıq təsərrüftları yaradılıb. Türkiyə, İsrail, Rusiya və digər ölkələrə məxsus sahibkarlar bir neçə investisiya layihəsi icra etməkdədir. Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə artıq sərmayə proqramlarının icrasına başlayıbdır. Türkiyənin “Eti Bakır A.Ş.” şirkəti Qaşqaçay filiz yatağında, “Artvin Maden A.Ş.” şirkəti Elbəydaş və Ağduzdağ filiz yataqlarında neçə aydır ki, fəaliyyət göstərir. Ağdam Sənaye Parkında işlərə start verilib.
Maliyyə yardımı ödənilir
Bütün bu amillər Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının ilk iqtisadi artımının nümayişidir və bölgə artıq məhsul buraxlışı üçün hərəkətə gətirilib və işğaldan azad edilmiş ərazilər iqtisadi güc mənbəyi kimi ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılmasına inteqrasiya olunur.
Qeyd edək ki, azad edilmiş ərazilərdə yaşayan sakinlərin biznes fəaliyyəti üçün də lazımi hüquqi-iqtisadi əsaslar yaradılmaqdadır. Hökumət onların biznes fəaliyyəti ilə məşğul olmaları üçün bir çox iqtisadi-vergi güzəştləri tətbiq etməkdədir. Belə ki, onlar 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub, məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, yəni sığorta vergisini dövlət özü ödəyir.Bundan başqa, bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir. Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizdək, olan biznes kreditlərinin 90 faizlik hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.
Sosial layihələrin icrası davam edir
Sahibkarlıq sektorunun azad ərazilərdə fəaliyyətinin təmin edilməsi bu bölgəyə qayıdan sakinlərin məşğulluğuna da müsbət təsir göstərməkdədir. Ötən müddət ərzində Zəngilan rayonunun Ağalı kəndində inşa edilmiş ilk “Ağıllı” kəndinə, Füzuli şəhərinə, Laçın şəhərinə və Zabux, Sus kəndlərinə, Suqovuşana, eləcə də Şuşa və Xocalıya qayıdan insanların məşğulluq imkanları ilə bağlı nəzərdə tutulan plan üzrə tədbirlər həyata keçirilib. Zəngilanın Ağalı kəndinə köç edən ailələr işlə təmin olunur. Ötən dövr ərzində həmin kəndlərdə, ələxsus da Ağalıda geniş məşğulluq infrastrukturları yaradılıb. “KapitalBank”ın filialı, “Asan” və “Dost” Xidmət mərkəzləri, orta məktəb və uşaq bağçalaırında, tikiş müəssisəsində, çörəkbiçirmə sexlərində, mağaza və marketlərdə yüzlərlə iş yeri yaradılıb. Hökumət bu kəndlərdə həm yaşayış üçün ən müasir şəraiti təmin edib, həm də sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan sosial layihələrin icrasını davam etdirir.
Yeni infrastruktur
İşğaldan azad olunmuş ərazilərin zəngin turizm potensilları mövcuddur. Artıq bölgədə hotel və turizm obyektlərinin əsası qoyulub, bir neçə hotel istifadəyə verilib. Şuşada “Qarabağ” və “Xarıbülbül” hotelləri, Xankəndində “Qarabağ” və “Palace” hotelləri istifadəyə verilib, fəaliyyət göstərir, Suqovuşanda böyük turizm istirahət kompleksinin yaradılması işləri davam etdirilir, eləcə də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilib. Bütün bunlar həmin bölgədə məskunlaşan insanların iş yerləri ilə təminatında mühüm rol oynamaqdadır. Təkcə, hotel və istirahət mərkzələrində 300-dən çox insanın məşğulluğu təmin edilib. Bundan başqa, Füzuli və Laçına, Zabuxa qayıdan sakinlərin ənənəvi məşğulyyətinin bərpa olunması, heyvandarlıq məqsədilə kiçik ailə təsərrüfatlarının, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq və s. fərdi və kiçik ailə bizneslərinin yaradılması məqsədilə hökumət tərəfindən müvafiq layihələrin icrasına başlanılıb.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08

