Yeni enerji platforması
24.07.2024 [10:27]
Azərbaycan-Türkiyə-Türkmənistan enerji həmrəyliyi
Qlobal miqyasda, o cümlədən də Avrasiyada artan geosiyasi gərginliklər fonunda Xəzər - Qara dəniz hövzələri coğrafiyasında yerləşən Türkdilli ölkələr arasında genişlənən çoxtərəfli inteqrasiyanın perspektivləri kifayət qədər cəlbedici görünür. Türk dünyası geniş coğrafiya olmaqla yanaşı, həm də böyük iqtisadiyyat və zəngin resu?slardır. Aydın şəkildə dərk olunur ki, bu coğrafiyada inteqrasiyanın dərinləşdirilməsi yalnız Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələr üçün deyil, bütövlükdə, Avrasiya regionu üçün müstəsna önəm daşıyır. Xüsusilə də son vaxtlarda Türkiyə, Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türk dövlətləri arasında müxtəlif spektrlər üzrə dinamik enerji dialoqu, qaz tədarükü və tranziti ilə bağlı razılaşmaların əldə olunması Avropa üçün müstəsna önəm daşıyır.
“Qoca qitə”nin mavi yanacağa artan tələbatı
Rusiya ilə Ukrayna arasında məlum münaqişə başlayanadək Aropanın enerji təchizatı böyük dərəcədə şimal qonşumuzdan reallaşdırılan ixrac hesabına təmin olunurdu. Sonu görünməyən gərginliklər, o cümlədən də qarşılıqlı sanksiyalar fonunda fərqli mənzərə yaranıb. Gündəlik 5 milyon barel neft ixracatı həyata keçirən Rusiya bu həcmin 70 faizini ABŞ və Avropa bazarlarına ünvanlayırdı. “Qoca qitə”nin neftə olan tələbatının ödənilməsində şimal qonşumuz 25 faiz paya malik idi.
Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. Statistik məlumatlara görə, 2022-ci ilin əvvəlinədək Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə “qoca qitə”nin təbii qaza olan tələbatının 40 faizə qədərini qarşılayırdı. İndi bu ölkədən Aİ məkanına enerji məhsullarının ixracı əhəmiyyətli dərəcədə azalıb. Bütövlükdə, “qoca qitə”nin illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir.
Qarşılıqlı sanksiyalar səbəbindən azalan idxal həcmlərini Avropa digər mənbələrdən təmin etmək məcburiyyətində qalıb. Alternativ mənbələr sırasında Türkiyə, Azərbaycan və Mərkəzi Asiya regionu xüsusilə cəlbedici görünür. Bəhs olunan tədarük zəncirində Türkiyə daha çox tranzit, Azərbaycan həm istehsalçı, həm də tranzit, Mərkəzi Asiya dövlətləri isə daha çox dərəcədə istehsalçı ölkələr qismində çıxış edə bilərlər. Türkdilli ölkələr üçün yeni fürsət pəncərəsinin açılmasını şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Burada istehsalçı və tranzit ölkələrin Avropa coğrafiyasına məsafəcə yaxınlığı, öz aralarında tarixi bağlara əsaslanan yaxşı qonşuluq münasibətlərinin olmasını, inteqrasiyanın dərinləşməsinə dövlətlərin qətiyyətli siyasi iradə ortaya qoymaları və cəmiyyətlərdən buna güclü dəstək gəlməsi, TDT-də birləşmələri, bu günlərdə Şuşada daha sıx inteqrasiyanı, o cümlədən də enerji əməkdaşlığının genişləndirlməsini hədəfləyən Qarabağ Bəyannaməsinin imzalanması və resursların zənginliyi kimi cəhətləri önə çəkə bilərik.
Azərbaycanın moderatorluğu ilə yaradılan müasir nəql infrastrukturu
Enerji resurslarının zənginliyi heç də bütün hallarda ölkələrin xoşbəxtliyi anlamına gəlmir. Mövcud geosiyasi reallıqlar resurslarla yanaşı, nəql marşrutlarının yaradılmasının və onların şaxələndirilməsinin nə qədər önəmli olduğunu bir daha gündəmə gətirib. Açıq deyək, bu gün kəmərlər də siyasi təzyiq alətinə çevrilib. Bir sıra ölkələr var ki, məhz optimal marşrutların olmaması səbəbindən öz resurslarını istehlak məntəqələrinə çatdırmaqda çətinliklərlə üzləşirlər və buna görə də adekvat olmayan şərtləri qəbul etmək məcburiyyətində qalırlar. Azərbaycan rəhbərliyi strateji baxışları və yanaşmaları sayəsində ölkəmizin bu problemdən yan keçməsini təmin edib.
Qeyd etdiyimiz kimi, Azərbaycan Avropa üçün həm təchizatçı, həm də tranzit ölkədir. Xatırladaq ki, 2022-ci il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə, enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. Memorandumda tərəflərin Azərbaycandan “qoca qitə”yə 2027-ci ilədək qaz ixracının iki dəfə artırılması ilə bağlı niyyətləri də ifadə olunub. 2023-cü ildə Azərbaycan qazının Avropaya tədarükü əvvəlki illə müqayisədə 3,5 faiz artaraq 11,8 milyard kubmetr təşkil edib. Bu barədə energetika naziri Pərviz Şahbazov bildirib. 2022-ci ildə Azərbaycan qazının Avropa ölkələrinə ixracının həcmi 11,4 milyard kubmetr olub. Beləliklə, 2023-cü ildə ixracda 400 milyon kubmetr artım baş verib.
O cümlədən Azərbaycanın moderatorluğu ilə yaradılan müasir infrastruktur - Cənub Qaz Dəhlizi respublikamıza həm təchizatçı, həm də tranzit ölkə kimi böyük üstünlüklər qazandırır. Zamanında respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub.
Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropanın 10-dək ölkəsinə də qaz nəql edir. 2024-cü ilin əvvəlinədək bu kəmərlə Azərbaycandan istehlakçı ölkələrə 31 milyard kubmetrdən çox qaz ixrac edilib.
Azərbaycan,Türkiyə və Türkmənistan arasında qaz razılaşması
İndiki mərhələdə isə Türkmənistan qazının Avropaya ötürülməsi məsələsi gündəmə gəlib. Hazırda Türkmənistan qazının Avropaya çatdırılması üçün intensiv müzakirələr aparılır. Ən cəlbedici variantlardan biri isə heç şübhəsiz ki, Azərbaycan və Türkiyə üzərindən keçən marşrutdur. Cari ilin may ayında Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Qaz Boru Kəməri vasitəsilə qardaş ölkəyə nəql olunacaq. Bu saziş 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının birinci üçtərəfli Zirvə görüşü çərçivəsində imzalanmış sazişin davamı olmaqla regionda yeni trans-qaz marşrutunun yaradılmasına hüquqi zəmin formalaşdırır. Belə ki, Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni, Azərbaycanın Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən imzalanmış “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” baza sənədi olmaqla sözügedən qaz layihəsinin gerçəkləməsinə yol açır.
Hazırda əsas müzakirə mövzularından biri Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə necə çatdırlmasıdır. “Ankara Türkmənistandan təbii qazın Türkiyə vasitəsilə Avropaya nəqli üçün alternativləri araşdırır”. Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Enerji və İqlim Forumunda bildirib. Onun sözlərinə görə, Türkmənistan qazı uzun illərdir gündəmdə olan məsələdir: “Biz şəraitin yetişdiyi bir mərhələdəyik. Qazın çatdırılması üçün üç variant var. Bunlardan biri də türkmən qazının svop yolu ilə İran vasitəsilə Türkiyəyə ötürülməsidir.
Digər variant isə İran və Azərbaycan üzərindən mübadilə yolu ilə Türkiyəyə gəlməsidir. Alternativ olaraq, Türkmənistan qazı Xəzər dənizindən keçən boru kəməri vasitəsilə Türkiyəyə tədarük edilə bilər ki, bu da mahiyyət etibarilə daha uzunmüddətli, daha davamlı və daha böyük gücə malikdir”, - deyə nazir əlavə edib.
Mütəxəssislər hələlik mübadilə üsulunu məqbul sayırlar. Dənizin dibi ilə çəkiləcək yeni kəmər Azərbaycan ərazisində Cənub Qaz Dəhlizinə inteqrasiya ediləcək.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi gündəmdə
Azərbaycanın qaz ixracını artırmağı hədəfləməsi, həmçinin Türkmənistan qazının respublikamız üzərindən Avropaya ötürülməsi məsələsinin gündəmə gəlməsi Cənub Qaz Dəhlizinin günişləndirilməsini qaçılmaz zərurətə çevirib. Bundan ötrü müvafiq layihələrin icrası təmin edilməlidir.
Hazırda Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-ın illik ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Dəhlizin Avropa hissəsi adlandırılan TAP-ın isə illik ötürücülük imkanları 10 milyard kubmetrdir. Genişləndirmə layihələri həyata keçirildikdən sonra bu göstəricilər müvafiq olaraq 32 və 20 milyard kubmetrə çatdırılacaq. Azərbaycan mənbə və investor ölkə olaraq yeni sərmayə layihələrinə qoşulmağa hazırdır. Həmçinin bu layihəni Avropa Komissiyası da dəstəkləyir. Beləliklə, “xeyirli olsun” demək qalır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 19:32
YAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53

