Avropa İttifaqı ilə daha bir sahədə əməkdaşlıq
24.10.2012 [01:01]
Dünən Bakıda Tvinninq layihəsi çərçivəsində “Torpağın Avropa İttifaqının (Aİ) qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək” adlı tədbir keçirilib. Tədbirdə Tvinninq layihəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) ilə birgə reallaşdıracaq Latviya və İsveçdən olan qonaqlar, müvafiq qurumların rəhbərləri, həmçinin, həmin ölkələrin Azərbaycandakı səfirləri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, layihənin benefisiarı ölkədə dövlət torpaq kadastrını (həmçinin, bu kadastrın aparılması ilə müəyyən edilən məlumatların dövlət torpaq reyestrini) aparan, eləcə də, bu kadastrın aparılmasını təmin edən geodeziya, topoqrafiya və kartoqrafiya işlərini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq DTXK müəyyən edilib: “Layihə üzrə işlər Aİ ölkələrinin və Azərbaycanın mütəxəssisləri tərəfindən birgə həyata keçirilir. Aİ tərəfindən maliyyələşən 18 aylıq Tvinninq layihəsi DTXK, İsveçin Lantmeteriet (Kadastr, Xəritəçəkmə və Daşınmaz əmlakın qeydiyyatı hüququ üzrə dövlət orqanı) və Latviyanın Dövlət Torpaq Xidməti ilə birgə həyata keçiriləcək. Təxminən 865.000 manat dəyəri olan Tvinninq layihəsi çərçivəsində aşağıdakı üç komponent üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulub: İnstitusional və institutlararası analiz və hüquqi sistemin təhlili daxil olmaqla müvafiq strukturların gücləndirilməsi; torpağın qiymətləndirilməsi metodologiyası və dövlət torpaq kadastr sisteminə inteqrasiyası; dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı və kənd/şəhər dövlət torpaq kadastrı məlumat sistemi”.
Q.Məmmədov Tvinninq layihəsinin başlanması üçün Aİ-yə üzv ölkələrdən olan İsveç və Latviya kimi bu sahədə təcrübəli ölkələrin dəstəyinin layihənin uğurla başa çatdırılmasına əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb. O, əlavə edib ki, Tvinninq layihəsinin uğurla həyata keçirilməsinə DTXK-nin texniki dəstəyi və nəzarəti altında respublikanın xüsusi seçilmiş ərazilərində 37 ədəd Peyk Geodeziya Stansiyalarının qurulması da öz töhfəsini verəcək.
Tvinninq layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, proqram Aİ-nin təşəbbüsü ilə 1998-ci ildən Aİ-nin genişləndirilməsi məqsədi ilə fəaliyyətə başlayıb və hazırda namizəd olan ölkələrin inzibati və hüquqi potensialının gücləndirilməsinə kömək məqsədilə yaradılmış alətdir. Aİ-yə yeni üzv olmuş dövlətlərdə 1998-ci ildən 2007-ci ilə qədər 1800 Tvinninq layihələri həyata keçirilib. Aİ-yə qonşu dövlətlərdə də bu layihənin tətbiqinə başlanılıb, 2003-cü ilin sonlarından isə Tvinninqin yeni müstəqillik qazanmış dövlətlərdə fəaliyyətinə imkan yaradılıb. Aİ-nin genişləndirilməsi məqsədilə 2004-cü ilin may ayından etibarən təşkilatın şərq və cənub qonşuları ilə münasibətləri də Avropa Qonşuluq Siyasəti çərçivəsində müəyyən olunur. Belə ki, Avropa Qonşuluq Siyasətinin əsas məqsədi siyasi və iqtisadi islahat prosesinin asanlaşdırılması, birgə iqtisadi inteqrasiya, hüquqi və texniki yaxınlıq və davamlı inkişafdır.
Eyni zamanda, komitə sədri xatırladıb ki, Avropa Qonşuluq Siyasətinin inkişafının dəstəklənməsi məqsədilə 2007-ci ildən yeni alət - Avropa qonşuluq və əməkdaşlıq alətinin tətbiqinə başlanılıb. Həmin alət çərçivəsində Tvinninq proqramına geniş yer verilib. 2006-cı ilin mart ayından Azərbaycanda Tvinninqin başlanması istiqamətində müvafiq tədbirlər görülüb. Ölkənin ilk Tvinninq layihəsi müəyyən olunub və İqtisadi İnkişaf Nazirliyində bu layihənin həyata keçirilməsi məqsədilə ofis yaradılıb. 2011-ci ilin yanvar ayında Azərbaycanda 7 Tvinninq layihəsi həyata keçirilib və 8 layihə üzrə isə işlər müqavilələrin hazırlanması mərhələsindədir. Tvinninq - Avropa İttifaqına üzv olan dövlətlərin və benefisiar ölkə hesab edilən Azərbaycanın dövlət orqanları arasında tərəfdaşlıq və əməkdaşlığa əsaslanan institusional quruculuq alətidir. Tvinninq çərçivəsində Aİ ölkələri qanunvericilik və ölkə siyasəti sahəsində uzunmüddətli dəyişikliklərin həyata keçirilməsi məqsədilə təcrübəli mütəxəssislərlə təmin edir.
SEVİNC
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24

