Banklardakı əmanətlərin həcmi rekord həddə çatıb
27.08.2024 [10:45]
Depozitlərin həcminin artması bankların daha çox və sərfəli şərtlərlə kredit vermə imkanlarını stimullaşdırır
Azərbaycanda fiziki şəxslərin banklara yerləşdirdiyi müddətli əmanətləri iyul ayı ərzində 4,1 faiz və ya 317 milyon manat artaraq ilk dəfə tarixində 8 milyard manatlıq həddi keçib. Eyni zamanda, banklarda manatla depozit qoyuluşunun faizi də yüksəlib və dollarlaşma faizi aşağı düşüb. Belə ki, fiziki şəxslərin əmanətlərinin 65,7 faizi milli valyutada, 34,3 faizi xarici valyutada yerləşdirilib. Hüquqi şəxslərin depozitləri 15,3 milyard manat olmaqla cəmi depozit portfelinin 74,3 faizini təşkil edib.
Bank depozitlərinin artım dinamikasına təsir edən əsas başlıca amillər Mərkəzi Bank tərəfindən yürüdülən siyasət, banklara depozit cəlbetmə imkanlarının yaxşılaşdırılması, eləcə də 2024-cü il yanvarın 1-dən etibarən vətəndaşların banklardakı əmanətlərinin faizlərinin gəlir vergisindən azad olunması bank depozitlərinin həcminin artmasına səbəb olub. Belə ki, MB-nin təşəbbüsü ilə Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əlavə və dəyişikliklər cari ildən qüvvəyə minib və yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən (10 faiz vergi) azad edilib. Bu isə əhalinin depozit bazarına marağını yüksəldib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin birinci yarısında depozitlərdə artım yox, əksinə azalma müşahidə edilmişdi. 2023-cü ilin ikinci yarısından sonra vətəndaşların banklardakı əmanətlərinin həcminin azalması tendensiyası bir qədər də artmışdı və ilin sonunda ölkə üzrə əmanət portfelinin həcmi 13 milyard milyon manat təşkil etmişdi. Faktiki olaraq hər ay depozitlər 140 milyon manat azalırdı, bu isə bankların böyük bir qisminin kapital ehtiyatlarının azalmasına səbəb olur. Çünki Azərbaycanda bankların böyük əksəriyyətinin maliyyə portfeli əmanətlərdən formalaşır və onlar əhalidən yığdıqları əmanətlərlə kredit verir, gəlirlərinin böyük bir hissəsini bu yolla təmin edir.
Ona görə də banklar Mərkəzi Bank qarşısında məsələ qaldıraraq əmanətlərə tətbiq olunan vergilərin ləğvini xahiş ediblər. MB isə bunu vergi orqanı ilə müzakirə edərək optimal yol tapmağı, daha doğrusu, vergiləri götürməyi məqsədəuyğun hesab etdikdən sonra vergi güzəştlərinin tətbiqi məqsəduyğun hesab edildi. Bundan sonra isə yenidən əmanət yığımları bank sektorunda dinamika üzrə davam etməyə başladı və artıq təkcə fiziki şəxslərin depozit portfeli 8 milyard manatlıq həddi keçib.
Bank depozitlərinin məbləğinin artmasında sözsüz ki, sığorta amili də müstəsna əhəmiyyət kəsb edir, əmanətlərin sığortalanması insanların banklara olan inamını artırır: Əmanətlərin Sığortalanması Fondu milli valyutada maksimum 12 faiz, dollar və avroda 2,5 faiz hədd müəyyənləşdirib. Bir nəfər üçün 100 min manat sığorta məbləği mövcuddur. Əmanətlərin Sığortalanması Fondunun iş mexanizmi onu göstərir ki, hansısa bir bank bağlansa da, qaydalara uyğun şəkildə əmanətlər vaxtında qaytarılır. Sığorta mexanizmi normal şəkildə işlədiyinə görə insanlar bilirlər ki, əmanət itirilməyəcək və qorunur. Gəlirlilik dərəcəsi də kifayət qədər normaldır. Milli valyutada 12 faiz gəlir əldə etmək mümkündür. Bu mexanizm vətəndaşların bank depozitlərini manatla yerləşdirməsində mühüm rol oynayır. Eləcə də xarici valyutada faizlərin əvvəlki illərlə müqayisədə 2,5 faizə artırılması dollar və avro yığımlarına üstünlük verən əmanətçiləri də arxayınlaşdırır, Bununla yanaşı, vəsaitlərin sığortalanmış hissəsinin kifayət qədər yüksək olması - 100 min manat limit müəyyən edilməsi də kiçik və orta yığım əmanətçiləri üçün faydalıdır.
Bank depozitlərinin həcminin artması ölkədə bank sektorunun kapital ehtiyatlarının dayanıqlılığını artırmaqla onların daha çox və sərfəli şərtlərlə kredit vermə imkanlarını da stimullaşdırır. Ona görə bank sektorunda rəqabətin güclənməsinə, xüsusən də konservativ siyasətdən mərhələli şəkildə daha liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Bir sıra xarici bankların, xarici kapitalın bank sektoruna gəlməsi rəqabətin güclənməsinə gətirib çıxara bilər. Mərkəzi Bank tərəfindən depozit faizləri ilə kredit faizləri arasında müəyyən asılılığın tövsiyə olunması da mümkündür. Hazırda Mərkəzi Bank da bu istiqamətdə çalışır. Maliyyə bazarlarına nəzarət sahəsində ciddi islahat aparılmalı, bank sektoruna nəzarət gücləndirilməlidir. Bunun üçün qanunvericilik bazası möhkəmləndirilməli, xarici təcrübədə olduğu kimi Bank Məcəlləsi qəbul edilməlidir.
ELBRUS
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

