Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Pekində yaşıl enerjinin sosial-iqtisadi tərəqqidə rolu ilə bağlı fikir mübadiləsi aparılıb

Pekində yaşıl enerjinin sosial-iqtisadi tərəqqidə rolu ilə bağlı fikir mübadiləsi aparılıb

12.09.2024 [15:44]

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndələri Pekin şəhərinə səfər ediblər.

AZSTANDART-dan Yeniazerbaycan.com-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları “Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində Rəqəmsal Ticarət və Əməkdaşlıq”, o cümlədən “Enerji əməkdaşlığı və enerjiyə qənaət. Enerji səmərəliliyinin artırılması” mövzularında seminarlara qatılıblar.

Hər iki seminarda “Bir kəmər, bir yol” layihəsində iştirak edən ölkələrin nümayəndələri təmsil olunublar.

Maarifləndirici tədbirlər çərçivəsində rəqəmsal ticarətin ölkə iqtisadiyyatlarına mümkün təsirləri, o cümlədən yaşıl enerjinin sosial-iqtisadi tərəqqidə rolu, karbon emissiyasının azaldılması, enerji səmərəliliyinin artırılması və bu sahələrdə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin praktiki hissəsində seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31