İqtisadi artım sürətlənir...
13.09.2024 [10:38]
Qeyri-neft sektorunda ÜDM-in 7 faiz artımı dayanıqlı inkişafı təmin etməkdədir
2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80,9 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. ÜDM istehsalının 37,9 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 18,9 isə faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib.
Sənayenin ÜDM-də payı 50 faizi ötüb...
Ölkədə yaradılan əlavə dəyərin strukturunda sənaye sektoru yenə də aparıcı yer tutmaqdadır. Belə ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin ötən 8 ayı ərzində 42,4 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Beləliklə, ÜDM-in strukturunda sənaye məhsullarını payı 50 faizdən də çox olub. Neft-qaz sənayesində məhsul istehsalı eyni səviyyədə qalsa da, qeyri neft sənayesində 7,8 faiz artım qeydə alınıb. Bu sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir. Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasında sənaye parklarının rolu getdikcə artır. Yeri gəlmişkən, bir müddət əvvəl isə Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılıb ki, bu müəssəsi də Azərbaycanın yeni sənayeləşmə siyasətinə əhəmiyyətli töhfə verəcək.
Ötən 8 ayın makroiqtisadi göstəriciləri təsdiqləyir ki, Azərbaycan iqtisadiyyatı üçün neft-qaz gəlirləri əhəmiyyətli mənbə olsa da, son dövrlərdə xüsusi artım nümayiş etdirən qeyri-neft sektorundakı mənbələr, o cümlədən qeyri-neft sənayesinin dayanıqlı inkişafı iqtisadi artımın neftə deyil, qeyri-neft sahələrinə əsaslandığını göstərir. ÜDM-in nominal artımı neft-qaz sahələrindəki əlavə dəyəri bir neçə dəfə üstələyir ki, bu da Azərbaycanıda əlavə dəyərin baza sütununun enerji sektoruna deyil, iqtisadi inkişafın əsas ağırlıq yükü və dayanıqlı sütunları olan qeyri-neft sektoruna söykəndiyini təsdiqləyir.
Qeyri-neft sektoru aparıcı inkişaf sütununa çevrilir
Qeyri-neft tsektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksələməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdənkənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müsəssisələrin yaradılmasıdır.
Onu da qeyd edək ki, hazırda Azərbaycanda ÜDM-in 4,3 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini sübut edir. Bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də qlobal iqtisadiyyat barədə ilkin proqnozlarını irəli sürərkən 2024-cü ildə qlobal iqtisadi artımın zəifləyəcəyinə diqqət çəkib. Xüsusilə də Avrozonada risklərin daha çox gözlənilən olduğuna diqqət çəkən agentlik Azərbaycanun sabit iqtisadi inkişafının qorunub saxlanılacağına dair nikbin proqnozlar verib. Qurumun yaxın dövr üzrə rəyinə əsasən, Azərbaycanın dayanıqlı maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmaqda davam edir.
2027-ci ildə qeyri-neft üzrə ÜDM 78,7 faizə çatacaq...
Digər maliyyə institutlarının, o cümlədən aparıcı tədqiqat mərkəzi olan Dünya Bankının proqnozları Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə təxmini olaraq üst-üstə düşür. Ölkəmizin iqtisadi blokunun yaxın və ortamüddətli dövr üzrə proqnozlarına əsasən, qeyri-neft ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacaq və real artım tempi 4,5 faiz intervalında olacaq. ÜDM-də qeyri-neft sektorunun payı 2024-cü ildə 71,1 faiz, neft-qazın payı isə 28,9 faiz təşkil edəcək.
2027-ci ildə neft-qaz sektorunun ümumi iqtisadi artımda payı daha da azalacaq və artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaqdır. Belə ki, 2027-ci ildə qeyri-neft ÜDM-i 78,7 faiz, neft sektorunun payı isə cəmi 21,3 faiz təşkil edəcək. Ortamüddətli dövrdə Azərbaycanın qeyri-neft gəlirlərinin yeni bir mənbəyi olan azad edilmiş ərazilərdəki iqtisadi potensiaın da əlavə dəyərdəki payını nəzərə alsaq, yaxın 4-5 ildə Azərbaycanın, ümumilikdə, artım proqnozu 5 faizi ötmüş olacaq. Bu bölgədə əsası qoyulmuş və fəaliyyətə başlamış aqroparklar və sənaye texnoparkları, eləcə də zəngin iqtisadi potensialı olan Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər, və Füzuli rayonlarındakı aqrar və turizm müəssisələrinin iqtisadi gəlirliliyi tez bir zamanda özünü göstərəcək. Bu isə iqtisadiyyata reinteqrasiyanın təmin edilməsi fonunda ÜDM-in nominal dəyərini də artıracaq.
İqtisadi artım əhalinin gəlirlərini də yüksəldir...
Qeyri-neft sektorundakı dayanıqlı artım həm də ölkədə iqtisadiyyatın müxtəlif sektorları, ələxsus da özəl bölmənin bütün sahələrində işgüzar fəallığın və əhalinin gəlir əldəetmə imkanlarının da yaxşılaşmasına səbəb olmaqdadır. Bu dinamika 2024-cü ilin ötən 8 ayı ərzində də müşahidə edilib. Qeyd edilən dövrdə həm əhalinin iş fəallığı artıb və iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1 milyard 759 min nəfər olub, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir. Bu, tən ilin müvafiq dövrünə nisbətən ən azı 5 faiz fərdi sahibkarlığın və biznesin işgüzarlığının artması deməkdir. Sözsüz ki, bu dinamika işçilərin əməkhaqlarının da artmasına səbəb olub. Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Ən mühüm məqamlardan biri əhalinin gəlirlərinin artım tempinin inflyasiya göstəricisini üstələməsidir. Belə ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3 faiz, qeyri-qida məhsulları üzrə 1,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz təşkil edib. İnflyasiya avqust ayında iyul ayına nisbətən isə cəmi 0,4 faiz artıb. 2024-cü ilin yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz qiymət artımı baş verib.
Beləliklə, əhalinin orta aylıq əməkhaqqı 8,3 faiz artmaqla inflyasiyanı 4-5 dəfə üstələyib. Bu, insanların sosial rifahının yaxşılaşması baxımından mühüm amil hesab edilə bilər. İlin sonunda inflyasiyanın 3-4 faiz civarında, əhalinin orta aylıq əməkhaqqı və real gəlirlərinin isə 10-11 faiz artması proqnozlaşdırılır ki, bu da insanların sosial imkanlarının yaxşılaşmasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19

