Rəqəmsal iqtisadiyyat quruculuğunda yeni mərhələ
12.10.2024 [09:58]
“INMerge İnnovasiya Sammiti” rəqəmsal ekosistemin inkişafında yeni imkanlar açır
Azərbaycan innovasiyalar və rəqəmsal layihələrin həyata keçirilməsində qabaqcıl ölkələrlə sıx əməkdaşlıq edir, ən müasir elektron xidmət və bacarıqları mənimsəmək üçün birgə addımlar atır, eyni zamanda, onları ölkəmizə gətirərək rəqəmsal ekosistemin inkişafına töhfə verməyə səfərbər edir. Oktyabrın 10-11-də Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti” (INMerge Innovation Summit 2024) bu baxımdan rəqəmsal tərəfdaşlığın mühüm platforması kimi innovasiya ekosisteminin inkişafına töhfə verəcək tədbir hesab edilə bilər. Tədbir ölkədə fəaliyyət göstərən startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün yeni fürsətlər yaratmaq, rəqəmsal şirkətlər arasında fikir və təcrübə mübadiləsini inkişaf etdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Sammitdə fintex, telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq, rəqəmsal bacarıqlar üzrə qlobal tərəfdaşların qoşulması, o cümlədən “Youtube”, “Amazon”, “Waze” kimi nəhəng şirkətlərin nümayəndələrinin iştirak etməsi rəqəmsal sektorda yenilikçi ideyaların ərsəyə gəlməsində də təşviqedici rol oynayacaq.
Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq
“INMerge İnnovasiya Sammiti”nin əsas çağırışlarından biri süni intellekt üzrə imkanları artırmaq, tədris, təhsil və elmdə müasir vəhdəti formalaşdırmaqdır. Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, həmin prioritetlər üzrə yetərli infrastruktur qurulub və ali təhsil sistemində süni zəkanın təşviqi üzrə strateji baxışlar öz müsbət bəhrəsini verməkdədir. Bu strateji hədəfə uyğun olaraq elmin intellektual və rəqəmsal potensialını yüksəltmək üçün universitetlərin 70 faizində süni intellektin tədris olunması nəzərdə tutulur. Bu çərçivəyə əsasən, ölkəmizdə hazırlanmış süni intellekt strategiyası əsasında təhsil müəssislərində müxtəlif motivəedici tədbirlər icra olunacaq, universitetlərdən birində isə tamamilə süni intellekt əsaslı innovasiya mərkəzinin formalaşması hədəflənib. Bundan əlavə, özəl sektorda da süni intellektdən istifadə ilə bağlı ssenarilər hazırlanır.
Sammitdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov isə qeyd edib ki, Azərbaycanda 2017-ci ildən həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi bu il 650 min tələbəni əhatə edib ki, bu da rəqəmsal sahəyə xüsusi marağın ölçüsüdür. Halbuki ki, bu layihə pilot formada tətbiq ediləndə cəmi 35 min tələbəni əhatə edirdi. Bu sahəyə qoyulan investisiyalar öz səmərəsini verməkdədir və insan kapitalına əsaslanan yeni fəaliyyət çərçivəsində mütərəqqi innovator ola biləcək kadr korpusunun yetişdirilməsi planlaşdırılır.
“Startap Azərbaycan” platforması sərmayələr cəlb edir
Hədəflərə əsasən, “Startap Azərbaycan” platformasının imkanlarının daha da genişləndirilməsi, startaplar, investorlar, maliyyə fondları, yeni rəqəmsal alətlər üzrə fəaliyyət göstərən biznes komandasına müxtəlif stimullar, təşviqlərin verilməsi nəzərdən keçirilir. Buraya süni inellekt üzrə vergi təşviqlərinin, müxtəlif iqtisadi motivasiyalar da daxildir. Qeyd edək ki, hazırda “Startap” şəhadətnaməsi olan fiziki şəxs şəhadətnaməni aldığı tarixdən 3 il müddətinə və həmin startap şəhadətnaməsi üzrə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri vergidən azaddır.
Bu təşviq alətlərinin yüksək texnologiyalar sektorunun digər üzvlərinə, vençur qruplarına, inkubasiya və akselerasiya proqramı rezidentlərinə verilməsi də istisna deyil. Eləcə də rəqəmsal ideyalarda fəallıq göstərən gənclərə yeni bizneslərin yaradılmasına dəstək göstəriləcək. Məqsəd bu motivasiyalarla qlobal süni intellekt ailəsinə daxil olan Azərbaycan startaplarının xarici bazarlarda zəka məhsullarını daha çox genişləndirmək və bu sahəyə sərmayələrin həcmini artırmaq hədəflənir. Qeyd edək ki, son bir ildə startaplar 2,2 milyon dollar həcmində investisiya cəlb etməyə nail olub. Hədəf bu rəqəmi 4-5 dəfə artırmaq, yeni sərmayələr hesabına startap ideyaları üzrə inkubasiya proqramlarının sayını da genişləndirməkdir. Həmçinin, inkubasiya və akselerasiya proqramına qoşulanların sayını ən azı 500-ə çatdırmaq, aktiv innovativ mühiti təmin etməkdir.
“Rəqəmsal Körpü”yə özəl sektor da qoşulur
Elektron intibahın əsas predmeti həm də özəl və biznes sektorunun rəqəmsal ittifaqının möhkəmlənməsidir. Bu birliyin əsas atributu “Rəqəmsal Körpü”yə inteqrasiyadır ki, ölkəmizdə bu istiqamətdə də kifayət qədər irəliləyişlər nəzərə çarpır. İndiyə qədər bu elektron tranzitə 70-dən çox dövlət qurumu, 100-dən çox informasiya sistemi inteqrasiya olunub.
Hazırda icrası və əhatə dairəsi genişlənən “Rəqəmsal hökumət”də yer alan dövlət qurumları arasında məlumat mübadiləsinin güclənməsi özəl sektor üçün də təşviqedici rol oynayır, onların “Rəqəmsal Körpü”də birləşmə meyillərini artırır. Bu vahid rəqəmsal mübadilə isə iqtisadi və sosial sektorlar arasında transformasiyanı daha da sürətləndirəcək. Bu əlaqə, həmçinin hökumətin əsas hədəf prinsiplərindən biri olan təmiz ekoloji mühit niyyətlərinə xidmət etməklə, kağız emissiyasının sıfıra çatmasına səbəb olacaq. Çünki rəqəmsal sənəd dövriyyəsi sistemi sayəsində ağac və fiziki qənaətlər təmin edilmiş olur ki, bu da rəqəmsal inkişafın ən mühüm sütunlarından birinin formalaşması deməkdir.
BMT-nin Elektron Hökumətin İnkişaf İndeksində irəliləyiş...
Rəqəmsal innovasiyaların geniş tətbiqi ölkədə iqtisadiyyatın müasir vizyonunu da yeniləşdirir, rəqəmsal arxitekturanı möhkəmləndirir. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, rəqəmsallaşma prosesi yeni iş yerlərinin açılması, həyat keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına töhfənin verilməsi ilə iqtisadiyyata müsbət təsir göstərir. Bu baxımdan Azərbaycanın müasir iqtisadi manifesti rəqəmsal iqtisadiyyat quruculuğuna söykənir. Rəqəmsal istisadiyyat insanlar, müəssisələr, cihazlar, məlumatlar və proseslər arasında milyardlarla gündəlik internet bağlantısı nəticəsində ortaya çıxan, başqa bir deyimlə kompüter texnologiyalarına əsaslanan iqtisadi fəaliyyətdir.
Ölkəmizin əlverişli coğrafi mövqeyi və insan potensialı, habelə son illərdə qəbul edilmiş dövlət proqramları, fərman və sərəncamlar bunun üçün münbit şərait yaradır. Bu baxımdan, rəqəmsallaşmanın iqtisadiyyatımıza və cəmiyyətimizə müsbət təsirlərinin gücləndirilməsi və bu prosesin dayanıqlı şəkildə inkişaf etdirilməsi üçün qarşıda bir sıra mühüm vəzifələr dayanır. Azərbaycan indiyə qədər rəqəmsal infrastrukturları qurmaqla yeni iqtisadiyyatın mühüm alt-sistemləri və indeksləri üzrə kifayət qədər təcrübə əldə edib. BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi üzrə 2024-cü ilə dair beynəlxalq reytinqdə 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib.
Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya sənədi hazırlanır
Bu irəliləyiş, Azərbaycanın rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm addımlar atdığını göstərir. Ancaq rəqəmsal iqtisadiyyat daim artan qlobal rəqabət mühitində yenilikləri və davamlı innovasiya layihələrinin icrasını tələb edir. Azərbaycan bu sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilmək niyyətindədir. Həmin prioritetlərə çatmaq üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya sənədi hazırlanır. Strategiya rəqəmsal iqitsadi transformasiya və sənaye inqilabının inkişaf hədəflərini özündə ehtiva edir. 51 milli hədəf və təşəbbüsü özündə birləşdirən sənəddə başlıca prinsiplər rəqəmsal iqtisadiyyatın ehtiyaclarına uyğun insan kapitalının hazırlanması, innovasiyaların təşviqi və milli iqtisadiyyatda IV Sənaye İnqilabı texnologiyalarının, o cümlədən süni intellekt həllərinin tətbiqi imkanlarının genişləndirilməsi, idarəetmədə əməliyyat səmərəliliyinin daha da artırılması və rəqəmsal məhsullara əlçatanlığın asanlaşdırılmasıdır.
Hökumətin gözləntilərinə əsasən, strategiyanın icrası çərçivəsində rəqəmsal iqtisadiyyat ekosisteminin tam möhkəmlənməsi bizneslərin rəqəmsallaşma səviyyəsinin artmasına və yeni sahibkarlıq təbəqəsinin formalaşmasına imkan yaradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10

