Azad ərazilərdə azad sahibkarlıq
23.10.2024 [09:33]
Bölgədə çalışan biznes üzvləri güzəştli kreditlərlə təmin olunur
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi Şuşa şəhərində Xankəndi, Şuşa və Xocalıda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. Mikro və kiçik sahibkarlıq subyektlərinin iştirak etdiyi görüşdə işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi məqsədilə həyata keçirilən layihələr, tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin üzvü Emin Şirinov bildirib ki, 2024-cü ilin 9 ayında 4116 sahibkarlıq subyektinin investisiya layihəsinə 167,6 milyon manat güzəştli kredit ayrılıb ki, onlardan bir hissəsi azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznes icmasına verilib. Belə ki, işğaldan azad edilmiş ərazilərdə çalışan 10 sahibkarlıq subyektinin layihələri 23,8 milyon manat güzəştli kreditlərlə dəstəklənib ki, bu da güzəştli kredit portfelinin təxminən 15 faizi deməkdir. Bundan başqa, digər istiqamət sahibkarların işğaldan azad olunmuş ərazilərdə reallaşdıracaqları investisiya layihələrinə cəlb edəcəkləri kommersiya kreditləri üzrə zəmanətin verilməsidir. Bu çərçivəyə əsasən, İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən zəmanət subsidiya mexanizmi çərçivəsində azad ərazilərdə kredit tələbi 17,7 milyon manat olan 8 layihəyə 14 milyon manat məbləğində dövlət zəmanəti verilib.
İqtisadi stimullar və vergi təşviqləri biznesin sayını artırıb
Qeyd edək ki, 2023-cü ilin əvvəlindən etibarən 10 il müddətinə müvafiq ərazilərdə yaradılan və fəaliyyət göstərən müəssisələrə və sahibkarlara bir sıra vergi və fiskal güzəştlər tətbiq edilib, onlar gəlir, mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən, istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 10 il müddətində ƏDV-dən azad ediliblər. Habelə işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 10 il müddətində vergidən azad olunub. Qeyri-dövlət və qeyri-neft sahələrində fəaliyyət göstərən sahibkarların məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsi vəsaiti hesabına subsidiyalaşdırılır. Bütün bu güzəşt və stimullar sahibkarların istehsal xərclərinin azalmasına, yığım imkanlarının genişlənməsinə və təkrar investisiya üçün əlverişli maliyyə mənbələrinin yaradılmasına imkan verir, həmçinin istehsal olunan mal və xidmətlərin maya dəyərinin optimallaşdırılması yolu ilə rəqabət qabiliyyətinin dəstəklənməsini təmin edir. Azad ərazilərdə biznes üçün əlverişli imkanların yaradılmasında əsas məqsəd bu bölgədə çalışmaq istəyən sahibkarların sayını artırmaqdadır.
Bu motivasiyalar nəticəsində azad ərazilərdə fəaliyyət göstərən sahibkarların sayı artaraq 2024-cü ilin ötən 8 ayı ərzində 1700-ü ötüb. Hüquqi şəxslərin və yeni müəssisə və təşkilatların sayı isə 170-ə çatıb.
Sənaye və aqroparklarda yeni istehsal sahələri yaradılır
Sahibkarlığın İnkişafı Fondu və İqtisadi Zonaların İnkişafı Agentliyi bu bölgədə çalışan sənaye parklarının rezidentləri ilə də davamlı tədbirlər keçirərək onların maliyyə təminatı ilə bağlı məsələləri öyrənir, dəstək tədbirləri istiqamətində araşdırmalar aparılır. Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası”nda keçirilən görüşlərdə sahibkarların güzəştli kredit, zəmanət və subsidiya mexanizmləri ilə bağlı təkliflər dinlənilib və onların maliyyə qurumlarının vəsaitlərinə çıxışlarının asanlaşdırılması üçün əlavə addımların atılacağı bildirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya imkanlarının və biznes perspektivlərinin qiymətləndirilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Hazırda azad ərazilərdə kiçik və orta biznes təsərrüfatlarının yaradılması ilə yanaşı, iri müəssisələrin yaradılması işləri də sürətlənməkdədir. İki il əvvəl fəaliyyətə başlamış Zəngilandakı “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Bu ərazidə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı ümidverici göstəriclərlə yadda qalıb. Eləcə də Qubadlı və Zəngilanda taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri, heyvandarlıq təsərrüfatları, həmçinin, Kəlbəcər və Laçında arıçılıq təsərrüf?tları yaradılıb. Türkiyə, İsrail, Rusiya və digər ölkələrə məxsus sahibkarlar bir neçə investisiya layihəsi icra etməkdədir.
Bugünlərdə Cəbrayıl və Ağdam rayonunda bir neçə aqrar-sənaye müəssisisənin təməli qoyulub. Onlardan biri, Cəbrayıldakı “Hicaz quşçuluq” müəssisəsi böyük bir investisiya sahəsi olmaqla 150 daimi iş yerinin yaradılmasını nəzərdə tutur. Yaxud həmin rayonda təməli qoyulan “Azərsun Holdinq” MMC-yə məxsus alkoqolsuz içki məhsulları istehsalı kompleksi bu bölgədə yeyinti sənayesinin inkişafında mühüm rol oynayacaq, gələcəkdə 300-ə yaxın sakinin işlə təmin edilməsinə səbəb olacaq.
Xarici sərmayəçilərin təşəbbüskarlığı da yüksəlir
Hazırda, Cəbrayıldakı 200 hektarlıq sahədə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması işləri sürətlə davam etdirilir ki, həmin müəssislərdə 1000 nəfərin işlə təmin olunması mümkünləşəcək.
Bölgənin sənaye arxitekturasının əsas sütunlarından biri olan Ağdam Sənaye Parkında biznesin sayı durmadan artır. Bu sənaye zonasına ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə, 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Sentyabrın 19-da Ağdam Sənaye Parkında “BAFCO İnvest” “Eel Electric”, “Rail Trans Service”, “Mister Decor” və “Metkons” MMC-lərin açılışı ilə sənaye zonasında yeni imkanlar da böyüyüb və bu sənaye zonasında əlavə olaraq 400-dən çox iş yeri yaradılacaq.
Azad ərazilərdə özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunun artırılması istiqamətində də əhəmiyyətli dinamika nəzərə çarpmaqdadır. Sahibkarların maliyyə-kredit təminatı ilə bağlı tədbirlər çərçivəsində bir neçə sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilib, 12 kənd təsərrüfatı məhsullarının istehsalçısı dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyası ilə təmin olunub. Bölgədə biznes qurmaq istəyən sahibkarların maliyyə imkanlarına çıxışını asanlaşdırmaq üçün banklarla birgə mexanizm hazırlanır, eləcə də sahibkarların istehsal etdikləri məhsulun birbaşa dövlətin dəstəyi ilə alışının təşkili üzərində iş aparılır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

