Maliyyə naziri iqlim maliyyəsinə həsr olunmuş tədbirlərdə iştirak edib
25.10.2024 [22:34]
Maliyyə naziri Samir Şərifov Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi COP29-un nümayəndə heyəti ilə birlikdə iqlim maliyyəsi məsələlərinə həsr olunmuş bir sıra yüksək səviyyəli tədbir və görüşlərdə iştirak edib.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, BVF-də iqlim maliyyəsinin artırılması imkanlarının müzakirəsi məqsədilə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyanın birgə təşkilatçılığı ilə “Beynəlxalq Dayanıqlı Maliyyə Arxitekturası: COP-lar arasında nəticə əldə etmək üçün sürəti və ambisiyanı qorumaq” mövzusunda tədbir keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) icraçı katibi Saymon Stil və BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva ilə yanaşı, bir sıra dövlət nümayəndələrinin, beynəlxalq maliyyə institutlarının, fondların, beyin mərkəzlərinin və özəl maliyyə təşkilatlarının rəhbər şəxslərinin də iştirak etdiyi tədbirin açılış hissəsində çıxış edən nazir Samir Şərifov iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin tələblərinə cavab verəcək ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) cari ilin sonuna kimi qəbul edilməsinin vacibliyini vurğulayıb. O, G20 maliyyə nazirlərini NCQG mövzusunda birgə addımlar atmağa çağıraraq iqlim maliyyəsi üçün çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılmasının zəruriliyini qeyd edib.

İllik Toplantı çərçivəsində maliyyə naziri, həmçinin COP29-un nümayəndə heyəti ilə birlikdə BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva, Dünya Bankı Qrupunun prezidenti Acay Banqa, Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava və Dünya Bankı Qrupunun İnkişaf və Əməkdaşlıqlar üzrə baş icraçı direktoru Aksel Von Trotsenburq ilə görüşlər keçirərək COP29-un beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf banklarından gözləntiləri və iqlim maliyyəsinin artırılması imkanları ilə bağlı müzakirələrə qoşulub və Azərbaycanın cari ildə üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının 12-ci Nazirlər Toplantısında, habelə Braziliya İqlim və Ekoloji Transformasiya İnvestisiya Platformasının (BIP) təqdimat tədbirində iştirak edib.
Bununla yanaşı, nazir Samir Şərifov BVF və Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunmuş Körfəz Əməkdaşlıq Şurası və Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasına qatılıb. İclasda iki region arasında ticarət və maliyyə axınlarının mövcud vəziyyəti, əməkdaşlığa mane olan çətinliklər və bu çətinliklərin həlli yolları ilə bağlı müzakirə aparılıb. Maliyyə naziri öz çıxışında regionlar arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edərək ölkələr arasında investisiyaların və işçi qüvvəsinin sərbəst hərəkətinin qarşılıqlı təşviqinin, balanslı və yumşaq enerji keçidinin təmin olunması istiqamətində əməkdaşlığın gücləndirilməsinin və innovativ maliyyə alətlərinin tətbiq edilməsinin əhəmiyyətini vurğulayıb.
Vaşinqtona səfəri çərçivəsində maliyyə naziri Samir Şərifov, həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Serhat Köksal, Bolqarıstanın Baş nazirinin müavini və maliyyə naziri xanım Lyudmila Petkova və BVF-nin icraçı direktoru Marsel Piter və onun əvəzedicisi Patrik Loşevski ilə ikitərəfli görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14

