Rusiya qazının Avropaya nəqli dayanır
29.11.2024 [09:57]
Ukrayna hökumətinin “Qazprom”la qaz sazişinin müddətini uzatmamaq qərarı Aİ-ni yeni qaz mənbələrinə üz tutmağa vadar edir
Gələn ayın sonunda Rusiya ilə Ukrayna arasındakı qaz tranzitinə dair dövlətlərarası sazişin hüquqi qüvvəsi başa çatır. Rəsmi Kiyev 5 il əvvəl “Qazprom” ilə “Naftoqaz” arasında imzalanmış sazişin müddətinin uzadılmayacağını bəyan edib. Ancaq Avropa İttifaqının (Aİ) bəzi rəsmiləri sazişin müəyyən dövrə artırılması məsələsində Ukraynanı fikirləşməyə dəvət edir. Çünki Rusiyanın Ukrayna üzərindən Avropaya ildə 40 milyard kub.metr təbii qaz tranzitini təmin edən kəmərin dayandırılması Avropanın 10-a yaxın ölkəsinə qaz nəqlinin də qapanması demək olacaq. Ona görə də, qaz nəqlinin davam edə biləcəyinə dair ehtimallar da ortada qalmaqdadır.
Avropanın Azərbaycan qazına tələbi daha da artır
Avropanın qaz anbarlarında kifayət qədər resurslar yığılsa da, mövcud ehtiyatların qış mövsümü üçün yetərli olacağı, sonrakı dövrdə yeni təminat mənbələrinə ehtiyacın artacağı bildirilir. Aİ-nın enerji məsələləri üzrə komissarı Kadri Simson vurğulayıb ki, qısamüddətli perspektivdə təbii qaz anbarlarının səviyyələri aşağı düşəcək, sıxılmış qaz ehtiyatı da nəzərəçarpacaq həcmdə deyil, alternativ resurslar formalaşdırmağı indidən düşünmək lazımdır. Ona görə də, Aİ-nin daxilində Rusiya qazının alışının davam etdirilməsinə dair fikir ayrılıqları davam edir. Avropa ölkələrinin bir çoxu Ukrayna-Rusiya qaz kəmərinin fəaliyyətinin məhdudlaşdırılmasını məqsədəuyğun hesab etmir, Macarıstan, Slovakiya, Avstriya, Bolqarıstan öz ölkələrinin enerji təhlükəsizliyinin çətin vəziyyətə düşəcəyindən narahatdır. Digər Mərkəzi Avropa ölkələri də qaz bazarındakı mürəkkəb şəraiti nəzərə alaraq tranzit kəmərinin tam qapadılmasına qarşıdır.
Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak isə qaz tranzitində Kremlin tərəfdaş ölkələrlə əlaqələrinin müxtəlif sxemlər üzrə diversifikasiya olunacağını xatırladaraq təbii qazın Ukrayna üzərindən Avropaya nəqlinə davam etməyə hazır olduqlarını da bildirib. O, həmin kəmərin işinin dayanacağı təqdirdə belə Avropaya digər marşrutlarla qaz çatdırılmasının mümkünlüyünü diqqətə çatdırıb. Belə ki, Rusiya qazının alternaiv variantlar kimi “Balkan axını” qaz kəməri və “Cənub-Qərb” boru kəmərləri ilə Avropa bölgəsinə çatdırılması nzərdən keçirilir.
Ancaq bu nəql sxemi müəyyən çətinliklər yaradır. Çünki Avropanın müxtəlif bölgələrinə Ukraynadan yan keçən nəql sisytemlərini birləşdirmək üçün inftastrukturlar yenilənməli, qazötürücü şəbəkələr və kollektorlar birləşdirilməlidir. Bunlar isə əlavə texniki-maliyyə xərcləri tələb edir. Bu vəziyyətdə isə Avropa üçün ən işlək və asan qaz təminatı sistemi TAP kəməri hesab edilir.
10 ayda 20,7 milyard kubmetr qaz ixrac edilib
Bütün baş verən proseslər, mürəkkəb siyasi situasiyalar Azərbaycan qazının Avropaya nəql həcmlərinin artırılmasını daha aktiv fazaya keçirir. Aİ yeni çağırışlar fonunda Azərbaycandan nəql edilən qazın ən azı 2 dəfə artırılmasını istəyir. 2020-ci ilin sonlarından Aİ bölgəsində qaz nəqlini təmin edən TAP-la hazırda Avropanın 10 ölkəsinə ildə təxminən 11 milyard kub.metr yanacaq ixrac olunur. Bu nəql imkanı cari ilin ötən dövrlərində bir qədər də artıb. 2024-cü ilin yanvar-oktyabr ayları üzrə respublikamızda 41,5 milyard kub.metr təbii qaz hasil edilib ki, onun 10,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 22,9 milyard kubmetri “Şahdəniz”, 1,3 milyard kubmetri “Abşeron”, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən hasilat 1,4 milyard kub.metr artıb.
Nəticədə Azərbaycanın qaz nəqli də yüksəlib. Belə ki, hesabat dövründə xaricə qaz satışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Avropaya 10,6 milyard kub.metr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Aİ ölkələrinə nəql edilən qazın aylıq həcmi təxminən 1,1 milyard kubmetrə yaxındır ki, bu da ilin sonunda cəmi ixracın 12 milyardı keçməsinə səbəb olacaq. Yəni, Azərbaycan 2024-cü ildə Avropaya əlavə olaraq 1 milyard kubmetrdən çox qaz göndərəcək.
2027-ci ildə Aİ-yə ixracın həcmi 20 milyard kubmetrə çatacaq
Azərbaycanın qaz hasilatı hazırda hər il artımla müşahidə edilir və 2027-ci ildə ümumi hasilatı səviyyəsinin 50 milyard kub.metri ötəcəyi proqnozlaşdırılır. Həmin yanacağın təxminən 20 milyard kub.metri yerli əhalinin və sənayenin tələbatına, 10 milyard kub.metri Türkiyə və Gürcüstana nəql olunacaq, qalan 20 milyard kub.metr qaz isə Avropaya nəql olunacaq. Beləliklə, Azərbaycan Avropa Komissiyası ilə 2022-ci ildə imzalanmış sazişin tələblərinə uyğun olaraq 2027-ci ildə ixracın həcmini 20 milyard kubmetrə çatdırmaqla öz öhdəliyini tam həcmdə yerinə yetirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56

