“Yaşıl enerji” birliyi genişlənir
11.12.2024 [10:41]
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” yeni tərəfdaşlarla yeni mərhələyə daxil olur
Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolunu təsdiq edilib. Energetika Nazirliyinə sənədin müddəalarının həyata keçirilməsinin təmin edilməsi barədə tapşırıq verilib. Bu, 4 ölkənin əsasını qoyduğu “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yeni mərhələyə qədəm qoyması üçün hüquqi-iqtisadi təminat deməkdir.
Qeyd edək ki, 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında yeni enerji ənəkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb. Əsas məqsəd “yaşıl enerji dəhlizi” layihəsinin texniki-fiziki reallaşdırılması üzrə işləri yerinə yetirməkdir.
Bolqarıstan da “Qara dəniz” kabelinə qoşulmaq niyyətindədir
“Qara dəniz” kabeli və ya “Yaşıl enerji dəhlizi” adlandırılan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” yaradıcısı olan 4 ölkə - Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yeni nəhəng marşrutun əsasını qoymaqla bölgədə geniş bir “yaşıl” ailə bloku formalaşdırıb. Digər region ölkələri, o cümlədən Avropa dövlətləri bu dəhlizin iştiraçısı olmaqda fəal təşəbbüskarlıq göstərməkdədir. Məsələn, Bolqarıstan “yaşıl dəhliz”də yer almaq niyyətini bəyan edib. Bolqarıstan “Qara dəniz kabeli”nə qoşulmaqla Azərbaycanın külək və günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin əldə edilməsinə nail ola bilər, eyni zamanda, Avropaya nəqlində tranzit ölkəyə çevrilir.
Digər ölkələrin tranzit zəncirinə qoşulmaq istəyi “yaşıl dəhliz”in daha böyük coğrafiyanı əhatə edəcəyindən və regional enerji habına çevriləcəyindən xəbər verir. Bunu Avropa İttifaqının Enerji komissarlığı da bəyan edib. Komissarlığın bəyanatında qeyd edilir ki, təmiz enerjiyə keçidin ən etibarlı qollarından biri olan “Yaşıl enerji dəhlizi” böyük bir bölgəni əhatə etməklə təmiz enerjiyə keçid strategiyasının prinsiplərinə uyğun olaraq rəqabətqabiliyyətli bazarın formalaşmasına və bərpaolunan mənbələrdən elektrik enerjisinin çoxşaxəli mübadiləsini təmin edəcək. Bu baxımdan layihənin Cənubi Qafqaz-Avropa platformasından çıxaraq digər regionları da qovuşduracağı istisna deyil.
Qazaxıstan-Özbəkistan-Azərbaycan koalisiyası
Qazaxıstan və Özbəkistan da “yaşıl koalisiya”da yer almaq niyyətindədir. COP29 sammiti çərçivəsində noyabrın 13-də Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşünün yekunu olaraq “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sazişin imzalanması Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutur ki, bu “Qara dəniz” kabelinə inteqrasiya deməkdir. Sənəd Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutur. Hazırda Xəzər dənizi bərpa olunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Eləcə də Qazaxıstan sektorunda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud Özbəkistanın Asiya çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səfərbər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın “yaşıl körpü”yə çevrilməsi istiqamətində səylər getdikcə artmaqdadır.
Cənub Qaz Dəhlizinin “yaşıl tranziti”...
Azərbaycan “Qara dəniz kabeli”ni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən Yaşıl Enerji Şurasının iclasında Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Beləliklə, Azərbaycanın 2 il əvvəl əsasını qoyduğu “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə qoşulan ölkələrin sırasını genişlənməsi rəsmi Bakının həmişə olduğu kimi enerji təşəbbüskarlığına beynəlxalq dəstəyi artırır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

