“S&P” xəsislik etsə də...
19.02.2025 [10:31]
Nüfuzlu təşkilatlar 2025-ci ildə ölkəmizdə daha yüksək iqtisadi artım proqnozlaşdırır
Dünyanın iqtisadi institutlarından biri olan “S&P Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyi yeni qlobal hesabatını açıqlayıb. Hesabatda qeyd olunub ki, 2024-cü ildə Qafqaz və Mərkəzi Asiya regionunda ümumi daxili məhsul (ÜDM) istehsalı gözləntiləri üstələyib. 2025-ci ildə həmin regionda ÜDM artımı ilə bağlı proqnozlar yüksək fərz edilsə də, nisbi artımın 2024-cü ilin səviyyəsindən aşağı olacağı gözlənilir. Təşkilat hesab edir ki, 2025-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 2 faiz səviyyəsində olacaq, 2026-cı il üçün isə artım dinamikası üzrə gözləntilər 1,5 faizdən 2 faizə yüksələcək.
2025-ci ildə artım tempinin 3,5-4 faiz olacağı fərz edilir
“S&P Global Ratings”in ölkəmizlə bağlı iqtisadi proqnozları xəsislik gözləntiləri üzərində tərtib olunsa da, digər iqtisadi təşkilatların hesabatlarında ÜDM-lə bağlı daha yüksək rəqəmlərə rast gəlinir. Belə ki, “Moody`s” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın real ÜDM artımı 4 faiz təşkil edəcək. “Fitch Ratings”in proqnozlarında isə bu rəqəmin 3,4 faiz, Niderlandın “ING” təşkilatının hesabatında isə 2,8-3 faiz nisbətində olacağı gözlənilir. Asiya İnkişaf Bankının ötən ilin sonlarında açıqladığı “Asian Development Outlook” icmalında Azərbaycanda ÜDM-in cari il üzrə illik artım proqnozu 4-4,2 faiz intervalında qərarlaşdırılıb.
Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatında qeyd edilir ki, Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 4 faiz təşkil edəcəyi ehtimal olunur. Fondun, həmçinin ötən il dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 3,5-4 faiz olacağı fərz edilir.
Dünya Bankı (DB) qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnoz-xülasəsində vurğulanır ki, böyük həcmdə dövlət investisiyaları sayəsində hazırda əlavə dəyərin həcmi davamlı şəkildə böyüyür. Bu dinamikanın 2025-ci ildə ÜDM-in 3,9 faizi ötməsində əsaslı rol oyanayacağı vurğulanır.
Hökumətin proqnozları da ümidvericidir
Azərbaycan hökumətinin makroiqtisadi proqnozları da yuxarıda adları çəkilən təşkilatların əksəriyyətinin gözləntilərinə uyğundur. Belə ki, İqtisadiyyat Nazirliyinin 2025-ci il üzrə artım proqnozu 3,5 faiz, Mərkəzi Bankın ehtimalları isə 3,3 faiz nisbətində müəyyənləşib.
Hazırda Azərbaycanda ÜDM-in 4,1 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini təsdiqləyir. Bu tempin ilin sonunda və növbəti ildə də davam edəcəyi, qeyri-neft ÜDM-nin orta artımının 7-8 faiz təşkil edəcəyi gözlənilir.
Azərbaycan hökumətinin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin həcmi 92,2 milyard manat təşkil edəcək. Milli məhsulda neft sektorunun payı 28,6 faiz, qeyri-neft-qaz ÜDM-nin payı isə 71,4 faiz ehtimal edilir. 2026-cı ildə ÜDM-in həcmi 133,8 milyard manata, qeyri-neft ÜDM-nin həcmi isə 100 milyard manata çatacaq. 2027-ci ildə ÜDM 142,9 milyard manat, o cümlədən qeyri-neft sektoru üzrə əlavə dəyərin həcmi 108,3 milyard manata bərabər olacaq. 2028-ci ildə isə ÜDM-in cəmi dəyəri 150,8 milyard manata çatacaq ki, onun 117,2 milyard manatının və ya 77,7 faizinin qeyri-neft ÜDM-i olacağı fərz edilir. Beləliklə, ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi isə 5 faiz olacağı proqnozlaşdırılır.
Ölkədə iqtisadi inkişafın sosial sahələrə də təsirləri əhəmiyyətli dərəcədə nüfuz edəcəyi gözlənilir. Belə ki, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir. Orta aylıq əməkhaqqını nominal həcmi 2025-ci ildə 1080 manat, 2026-cı ildə 1156 manat, 2027-ci ildə 1237 manat, 2028-ci ildə isə 1327 manat təşkil edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

