Asiya Bankının yeni Tərəfdaşlıq Strategiyası
29.04.2025 [10:58]
Bank ölkəmizdə “yaşıl layihələrdə” əsas donor olacaq
Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor olan Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Kapital portfelinin böyük bir hissəsi Çinin maliyyəsi ilə formalaşan bu institut ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən etibarlı və dayanıqlı maliyyə təchizatçısı kimi tanınır. Bank növbəti mərhələdə ölkəmizdə digər layihələrdə də dayanıqlı maliyyə dəstəkçisi olacağını bəyan edib.
Azərbaycanın maliyyə naziri, AİB-nin Rəhbərlər Şurasının üzvü Sahil Babayevin bankın Direktorlar Şurasının Azərbaycan üzrə icraçı direktoru, xanım Raçel Thompsonla görüşündə 2025-2029-cu illərə dair Ölkə Tərəfdaşlığı Strategiyası, gələcək kreditləşdirmə proqramları ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı, gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən Bakı metrosunun genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Sunniya Durrani-Camal ilə keçirilən görüşdə isə nazir Sahil Babayev bankın Azərbaycandakı nümayəndəliyinin ölkəmizin ehtiyaclarını müəyyənləşdirmək və əməkdaşlığı əlaqələndirmək sahəsindəki rolunu yüksək qiymətləndirib. Durrani-Camal AİB-nin mühüm və etibarlı tərəfdaşı kimi Azərbaycanla bundan sonra da əməkdaşlığı genişləndirməyə, ölkənin inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib.
25 illik maliyyə etimadına söykənən əməkdaşlıq...
Asiya Bankı 25 ilə yaxındır ki, ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən yaxın tərəfdaş kimi təmsil olunmaqdadır. 2024-cü il 1 aprel tarixinə Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində 4,2 milyard dollar həcmində maliyyələşdirmə proqramları həyata keçirilib. Həmin layihələr sırasında dəmir yolu infrastrukturunun müasirləşdirilməsi də xüsusi yer tutur. AİB Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün ölkəmizə 150 milyon dollar kredit ayırıb, layihənin başa çatdırılması üçün əlavə tələb olunan 131,5 milyon dollar məbləğində maliyyələşməni təmin edib. Bununla yanaşı, dəmir yolu sektorunun maliyyə davamlılığının artırılması üzrə həyata keçirilən islahatların dəstəklənməsi məqsədilə 2017-ci ildə bank tərəfindən “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində kredit vəsaitləri ayrılıb.
2025-2029-cu illərə dair yeni prioritetlər
2025-2029-cu illər ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq əsasən bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrini əhatə edəcək. Bu istiqamətdə, AİB tərəfindən növbəti illər ərzində regional nəqliyyat sistemləri vasitəsilə əməkdaşlığın gücləndirilməsi, habelə “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında hökumətə dəstək verilməsi nəzərdə tutulur.
Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava ötən il ölkəmizə səfəri çərçivəsində hökumət üzvləri ilə görüşdə faydalı əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni səhifənin açılması üçün yaxşı imkanlar yarandığını vurğulayıb. M.Asakava tərəfindən qarşıda yeni hədəf və layihələr sırasında AİB-in müasir nəqliyyat qovşaqlarının maliyyələşdirilməsində əsas maliyyə dayağı olacağı diqqətə çatdırılıb.
AİB “Maneəsiz Rəqəmsal Dəhliz”i maliyyələşdirir
AİB son dövrlərdə Orta Dəhlizin maliyyə donoru kimi də aktiv fəaliyyət göstərir. Bank həmin nəqliyyat ekosisteminin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridorunun (Digital Trade Corridor) yaradılmasını maliyyələşdirib ki, bu da “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında mühüm rol oynamaqdadır. Asiya Bankının kapital portfelinin böyük bir hissəsinin Çinin maliyyə donorluğu əsasında formalaşmasını nəzərə alsaq “Bir kəmər, bir yol”un müəllifi kimi rəsmi Pekinin Orta Dəhlizdəki rəqəmsal infrastrukturların müasirləşməsinə böyük marağını başa düşmək mümkündür. Bu baxımdan AİB-in dəhliz üzərində yerləşən ölkələrə, o cümlədən Azərbaycana dəmir yollarının rəqəmsallaşmasına dəstəyi də prioritet təşkil edir.
Asiya Bankı tərəfindən Azərbaycanın nəqliyyat sektoruna və dəmir yolunun rəqəmsallaşdırılmasına verilən maliyyə dəstəyi ölkəmizin qlobal tranzitlərdə müasir infrastrukturların inkişafına səbəb olacaq. Bu isə nəticədə Orta Dəhliz konseptinin yeni prioritetlərindən birinin - rəqəmsallaşmanın genişlənməsinə imkan yaradacaq.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

