Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dövlət qeydiyyatına alınan qiymətli kağızların dəyəri açıqlanıb

Dövlət qeydiyyatına alınan qiymətli kağızların dəyəri açıqlanıb

15.05.2025 [14:01]

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təqdim olunmuş məlumatlara görə, cari ilin yanvar-mart aylarında ölkədə 7 milyard manat dəyərində dövlət istiqrazları, 1 milyard 80 milyon manat dəyərində Mərkəzi Bankın notları, 313,8 milyon manat dəyərində korporativ istiqrazları, 260,3 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 603,4 milyon manatlıq korporativ istiqrazları, 31,3 milyon manatlıq Mərkəzi Bankın notları, 6 milyon manatlıq səhmlər yerləşdirilib.

Bu ilin yanvar-mart aylarında nominal dəyəri 297,3 milyon manat olan korporativ istiqrazları, 193,1 milyon manatlıq dövlət istiqrazları, 51 milyon manatlıq səhmlər və 3,6 milyon manatlıq Mərkəzi Bankın notları tədavüldə olub.

Paylaş:
Baxılıb: 391 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31