Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb
16.05.2025 [19:13]
Naxçıvan Muxtar Respublikasında 2023-cü il yanvarın 1-dən 2025-ci il aprelin 1-dək 3492 yeni iş yeri açılıb. Bu göstərici 2020–2022-ci illərlə müqayisədə (1217 iş yeri) təxminən 2,9 dəfə artım deməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin şöbə müdiri Rəhim Əsgərov deyib.
O qeyd edib ki, son iki ildə açılan yeni iş yerlərinin 1535-i dövlət, 1957-si isə özəl sektorun payına düşür. Bu da göstərir ki, özəl sektor daha sürətli şəkildə inkişaf edir. Bu balans isə regionda həm sosial dayanıqlığın, həm də iqtisadi rəqabətin qorunmasına xidmət edir. Xüsusilə 2024-cü il bu sahədə dönüş ili kimi qiymətləndirilə bilər. Həmin ildə 2191 yeni iş yeri yaradılıb, bunun da 1205-i dövlət, 986-sı isə özəl sektor tərəfindən açılıb.
Rəhim Əsgərov vurğulayıb ki, muxtar respublikada yeni açılan iş yerlərinin böyük hissəsi dövlət sektorunda aparılan struktur islahatları, dövlət orqanlarına verilmiş əlavə funksiyalar, həmçinin rəqəmsallaşma və xidmət sektorunun inkişafı nəticəsində yaranıb. Özəl sektorda isə artım daha çox biznes mühitinin şəffaflaşdırılması, sərbəst rəqabət imkanlarının genişləndirilməsi, eləcə də investisiya mühitinin yaxşılaşdırılması ilə izah olunur. Naxçıvanda özəl sektorun inkişafı üçün son illərdə vergi güzəştləri, sahibkarlara dəstək proqramları və investisiya təşviqləri istiqamətində əhəmiyyətli iş aparılır.
"Görülən tədbirlər nəticəsində kiçik və orta sahibkarlığın rolu artmağa başlayıb. Önümüzdəki illərdə daha yüksək nəticələr gözləyirik. Coğrafi bölgü baxımından Naxçıvan şəhəri 2892 yeni iş yeri ilə liderlik edir. Bu da regionun inzibati və iqtisadi mərkəzi kimi rolunu bir daha sübut edir. Ərazi bölgüsü üzrə digər rayonlar isə belə sıralanır: Şərur 219, Babək 177, Ordubad 57, Kəngərli 46, Culfa 37, Sədərək 34, Şahbuz 30. Bu fərqlər əsasən əhalinin sıxlığı, sənaye və kənd təsərrüfatı potensialı, həmçinin rayonların logistika imkanlarının da təmərküzləşməsi ilə bağlıdır. 2025-ci ilin ilk rübündə 207 yeni iş yerinin açılması isə məşğulluq imkanlarının genişləndiyinin göstəricisidir", - deyə komitə rəsmisi əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

