AQEM-Azərbaycan platforması sahibkarlara yeni imkanlar qazandıracaq
22.05.2025 [09:56]
Təşkilatın 10-cu biznes-forumunda sahibkarlar yeni imkanları qiymətləndirib
Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci iclası mühüm hadisələrlə yadda qalıb. Tədbirdə iştirak edən ölkələrin nüfuzlu iqtisadi qurumları, biznes icması və şirkətlərin nümayəndələri iqtisadi, ticari və investisiya məsələləri ilə bağlı əhəmiyyətli razılaşmalar əldə ediblər. Ən mühüm tədbirlərdən biri isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AQEM Katibliyinin təşkilatçılığı ilə 10-cu biznes-forumun keçirilməsi və iş adamları arasında yeni fürsətlər üzrə müsbət qərarların qəbul edilməsi hesab oluna bilər. Qeyd edək ki, AQEM Nazirlər Şurasının qərarına əsasən, 2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir. Azərbaycanın təşkilata rəhbərliyi çərçivəsində isə Biznes Şurasına sədrlik KOBİA tərəfindən həyata keçirilir.
KOB-lar rəqəmsallaşma və “yaşıl transformasiya”da birləşir
Biznes-forumda AQEM-ə üzv dövlətlər arasında sənaye sahəsində əməkdaşlıq, KOB-ların qlobal dəyər zəncirində iştirakı, rəqəmsallaşma, qadın sahibkarlığının inkişafı, KOB-ların “yaşıl” keçidi, sərhədlərarası ticarət və e-ticarət, KOB-ların investisiyalarını dəstəkləyən institusional çərçivələr, biznes sahəsində çağırışlar və imkanlar müzakirə edilib. Müzakirələr zamanı AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri inkişaf etdirmək niyyətləri ifadə olunub. Həmçinin tərəflər KOB-ların rəqəmsallaşdırılması, sənaye əməkdaşlığı, qadın sahibkarlığı, “ağıllı şəhər” təşəbbüsləri və “yaşıl transformasiya” kimi məsələlər ətrafında gələcək əməkdaşlıq yollarını müəyyənləşdirib.
Əməkdaşlığın yeni ekosisteminin yaradılması
Qazaxıstan, Rusiya, Tailand, Türkiyə, Çin, Hindistan, Qırğızıstan, Fələstin və Özbəkistanın sənaye və ticarət palatalarının, investisiyaların təşviqi agentliklərinin, sahibkarlıqla bağlı təşkilatlarının nümayəndələri tərəfindən sənaye əməkdaşlığı və KOB-ların qlobal dəyər zəncirində iştirakı, rəqəmsallaşma, AQEM-ə üzv dövlətlər arasında qadın sahibkarlığının inkişafı, KOB-ların yaşıl keçidi, sərhədlərarası ticarət və e-ticarət, KOB-ların investisiyalarını dəstəkləyən institusional çərçivələr mövzularında təqdimatlar keçirilib.
AQEM-in baş katib Kayrat Sarıbay çıxışında AQEM Biznes Şurasının üzv ölkələr arasında iqtisadi əməkdaşlıq, əlaqələrin genişləndirilməsi imkanları baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb. Bildirib ki, AQEM ölkələri arasında əməkdaşlıq ekosisteminin yaradılması regional inkişafın yeni üfüqlərini açacaq və daha inklüziv, rəqəmsal və dayanıqlı iqtisadi gələcəyin formalaşmasına kömək edəcək.
AQEM-in Biznes Şurasının sədri və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, forum kiçik və orta bizneslərin iqtisadi artımını sürətləndirmək və AQEM regionu üzrə iqtisadi əlaqələri gücləndirmək üçün yeni qapılar açacaq. KOB-lar öz bilik və bacarıqların, rəqəmsal transformasiya və dayanıqlı inkişaf sahələrində təşəbbüslərini AQEM ölkələrinin biznes icması ilə əlaqələndirməkdə yeni nəticələr əldə etmək imkanı qazanacaq.
Kiçik və orta biznes üçün yeni fürsətlər
Biznes-forum çərçivəsində Azərbaycan KOB-larının istehsal etdiyi qida və qeyri-qida məhsullarından ibarət kiçik sərginin təşkili isə milli ixracın təşviqi baxımından yeni imkan kimi dəyərləndirilə bilər. Bu, həmçinin Azərbaycanın qeyri-neft məhsullarının Asiya bazarlarına çıxışı, KOB-ların yeni bazar müştəriləri tapması üçün təşviqedici və stimulyaradıcı alət deməkdir. Nəzərə alsaq ki, Asiya böyük imkanlara malik regiondur və iqtisadi bazar payı ildən-ilə artır, zəngin insan kapitalı, innovasiya potensialı və güclü iqtisadi bazası genişlənir, bu baxımdan Azərbaycanın regional iqtisadi əməkdaşlıq və dialoqda rolunun möhkəmlənəcəyi istisna deyil. Hazırda Azərbaycanın AQEM-ə üzv ölkələr ilə ixracının dəyəri 1,2 milyard dollar, ümumi ticarət dövriyyəsi isə 4,6 milyard dollar təşkil edib. Bu rəqəmlər iqtisadiyyatlarımız arasındakı əlaqələrin genişləndiyini göstərir. Ona görə də, AQEM-Azərbaycan platforması sahibkarlar, investorlar və innovatorlar arasında birgə iqtisadi mübadilələrin artması iqtisadi artımn və gələcək rifahın da yaxşılaşmasına öz töhəfəsni verəcək.
Biz sözlə, biznes-forum azərbaycanlı kiçik biznes icmasının üzvlərinin AQEM ölkələrinin sahibkarları ilə əlaqələrinin qurulması, koordinasiyalı fəaliyyətinin təmin edilməsi üçün əlavə fürsətlər yaradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

