Yeni hədəflər müəyyənləşdirliir
06.06.2025 [10:28]
2025-2029-cu illərə dair Tərəfdaşlıq Strategiyasına dair müzakirələr aparılıb
Azərbaycan hökuməti Asiya İnkişaf Bankı (AİB) ilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində birgə əməkdaşlığı müzakirə edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov bankın Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanq ilə görüşdə nüfuzlu beynəlxalq maliyyə qurumlarından olan AİB ilə münasibətlərin inkişafına önəm verdiyini diqqətə çatdırıb, yeni imkanları nəzərdən keçirib. Tərəflər kiçik və orta sahibkarlığın inkişafı və maliyyə resurslarına çıxışının artırılması, sənaye ilə bağlı inkişaf planları, həmçinin bank tərəfindən hazırlanmış, Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyasına dair müzakirələr aparıb.
Qeyd olunub ki, bank müxtəlif istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində ölkəmizə dəstək göstərir. Azərbaycanda əlverişli işgüzar mühit, həyata keçirilən iqtisadi layihələr, işğaldan azad olunmuş ərazilərimizdə aparılan iqtisadi reinteqrasiya tədbirləri haqqında məlumat verilib, AİB ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı və Orta Dəhliz üzrə işbirliyi məsələləri nəzərdən keçirilib.
25 ildə 4,2 milyard dollar investisiya
Dünyanın nüfuzlu maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor kimi tanınan Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan arasında əməkdaşlığın təməli təxminən 25 il əvvəl qoyulub. Ötən illər ərzində ?ank ölkəmizdə həyata keçirilən layihə və proqramların maliyyələşdirilməsində 3,2 milyard dollar vəsait ayırıb. Dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş kreditlər əsasında həyata keçirilən layihə və proqramlara 928,5 milyon dollar, bilavasitə özəl sektorun maliyyələşdirilməsinə 61,6 milyon dolları və əvəzsiz maliyyə vəsaitləri - qrantlar və texniki yardımlar üzrə isə 36 milyon dollar yönəldib. Ümumilikdə, Asiya Bankının bu müddət ərzində ölkəmizə ayırdığı maliyyə portfelinin həcmi 4,2 milyard dollar təşkil edib.
Asiya Bankı ölkəmizdə maliyyə sabitliyinin möhkəmlənməsində də öz töhfəsini əsirgəməyib, 2014-cü ildən etibarən xam neft qiymətlərinin kəskin azalması fonunda Azərbaycanın əsas ticarət tərəfdaşlarında müşahidə olunan iqtisadi gərginlikdən qaynaqlanan mənfi fəsadların aradan qaldırılmasında və 2015-ci ildə dövlət büdcəsinin icrasına təzyiqlərlə bağlı maliyyə kəsirinin örtülməsində təchizatçı kimi aktiv rol oynayıb, “Kontrtsiklik Dəstək Proqramı” çərçivəsində 500 milyon dollar kredit vəsaitləri yönəldilib.
Cənub Qaz Dəhlizində tərəfdaşlıq
Həmçinin dövlət maliyyə idarəçiliyinin gücləndirilməsi, dövlət borcunun idarə edilməsi üzrə ortamüddətli strategiya sənədinin hazırlanması, dövlət müəssisələrinin idarə edilməsində şəffaflığın və effektivliliyinin artırılması, eləcə də dövlət büdcəsinin fiskal qayda və orta müddətli fiskal çərçivə əsasında hazırlanaraq təqdim olunması məqsədilə hökumət tərəfindən həyata keçirilən islahatların dəstəklənməsinə AİB tərəfindən 500 milyon dollar məbləğində kredit vəsaitləri ayrılıb.
Asiya İnkişaf Bankı Azərbaycanın regional enerji layihələrinin maliyyələşdirilməsində də donor kimi fəal rol oynayıb, Cənub Qaz Dəhlizi layihəsinə dəstək verən ilk beynəlxalq maliyyə qurumu olub. Avropa İttifaqının enerji təminatında xüsusi rol oynayan bu layihələri də maliyyələşdirməyi öz öhdəsinə götürərək “Şahdəniz” yatağının maliyyələşdirilməsinə 524,5 milyon dollar məbləğində tam şəkildə zəmanət verib. Hazırda yenə də Aİ-nin enerji təminatları üçün nəzərdə tutulan yeni marşrutların və infrastrukturların qurulmasına da tam dəstəyini gösrətrməyə hazır olduğunu bəyan edir.
Orta Dəhlizə maliyyə dəstəyi
Asiya İnkişaf Bankı dəmir yolu infrastrukturunun müasirləşdirilməsində aparıcı donor kimi yer alaraq Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına 150 milyon dollar kredit ayırıb, dəmir yolu sektorunun maliyyə davamlılığının artırılması üzrə həyata keçirilən islahatların dəstəklənməsi məqsədilə 2017-ci ildə bank tərəfindən “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində krediti təmin edib.
Azərbaycanın dəmir yolu sektorunda dekorbanizasiya ilə bağlı təşəbbüslərə qoşulan Asiya Bankı “Gələcək üçün dayanıqlı nəqliyyat” proqramı üzrə ölkəmizlə əməkdaşlığa dair memorandum imzalayıb. Sənəd nəqliyyat sisteminin ekoloji tələbatlara uyğunlaşdırılması, dəmir yolunun enerji səmərəliliyinin artırılması, və “yaşıl nəqliyyat” sahələrində yeni baxışları əks etdirir. Bu anlaşmaya əsasən, AİB “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda infrastrukturların rəqəmsallaşdırılması və “yaşıl tranzit” prinsiplərinin tətbiqində ölkəmizə zəruri maliyyə dəstəyini göstərəcək.
“Yaşıl nəqliyyat” sektoruna sərmayələr
Azərbaycan hökuməti ilə AİB-in qarşıdakı illərdə əməkdaşlıq gündəliyində “yaşıl enerji” proqramı əsas yer tutur və 2025-2029-cu illər ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq əsasən bərpaolunan enerji ve “yaşıl nəqliyyat” sahələrini əhatə edəcəkdir. Bu istiqamətdə bank tərəfindən regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında ölkəmizə dəstək veriləcəkdir. Əməkdaşlıq çərçivəsində özəl sektorun iştirakçıları ilə birgə 2024-2025-ci illər ərzində yeni bərpa olunan enerji layihələrinin birgə maliyyələşdirilməsi də nəzərdə tutulur. AİB-in, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların tikilməsinə sərmayə qoyması gündəlikdə durur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

