Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 190 min manat sığorta ödənişi edilib
07.07.2025 [22:34]
Bu ilin ilk 6 ayında Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanlarını sığortalamış fermer və təsərrüfatlara baş vermiş zərərlər üzrə 190 min manat sığorta ödənişi həyata keçirib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, aqrar sığorta mexanizmi kənd təsərrüfatı heyvanlarını çoxsaylı risklərdən, o cümlədən yoluxucu xəstəlik, yem, ot və kimyəvi maddələrdən zəhərlənmə, ilan-həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, təbii fəlakətlər, eləcə də üçüncü şəxslərin hərəkətindən sığortalayır.
Bu ilin ilk 6 ayında Aqrar Sığorta Fondu tərəfindən Azərbaycanın 14 rayonunda sığortalanmış heyvandarlıq təsərrüfatlarında baş vermiş hadisələr üzrə ödənişlər həyata keçirilib. Heyvanların tələf olmasına görə, ən çox sığorta ödənişi edilən rayonlar arasında Göygöl, Samux, Qəbələ, İsmayıllı, Şamaxı və Ucar var.
Heyvandarlıq sığortası ödənişlərinin böyük hissəsi yoluxucu xəstəliklər və zəhərlənmə halları üzrə həyata keçirilib. Sığortalı təsərrüfatlarda heyvanların tələf olması üzrə ödənişlər fasiləsiz davam edir.
Aqrar sığorta mexanizmində nəzərdə tutulan 50 faiz dövlət dəstəyi hesabına fermerlər kənd təsərrüfatı heyvanlarını olduqca sərfəli şərtlərlə, sığorta haqqının yarısını ödəməklə sığortalaya bilərlər.
Nəticədə, 300 manatlıq qoyun və keçinin sığortalanması cəmi 7 manat, 1 000 manatlıq iribuynuzlu mal-qaranın sığortalanması isə 24,5 manatdan başlayır. Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək, xırdabuynuzlu heyvanlar isə 5 yaşınadək sığortalanır.
Aqrar sığorta qaydalarına əsasən, heyvanların sığortalanması üçün onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmalıdır.
Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

