Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi 2025”də təmsil olunub
16.09.2025 [22:51]
Mərakeş Krallığının Rabat şəhərində “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” keçirilir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsziliyi Dövlət Xidmətindən AZƏRTAC-a bildirlib ki, “Dayanıqlı İqtisadi İnkişaf üçün Rəqəmsal Suverenlik” mövzusuna həsr edilən tədbir Regional Rabitə Birliyi (RCC) tərəfindən təşkil edilir, Mərakeşdə İnformasiya Sistemlərinin Təhlükəsizliyi Baş İdarəsinin (DGSSI) tərəfdaşlığı, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), OIC-CERT və FIRST təşkilatları ilə əməkdaşlıq çərçivəsində, sentyabr 15–19-u tarixlərində həyata keçirilir.
Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın gücləndirilməsi, kritik infrastrukturun mühafizəsi və rəqəmsal suverenlik prinsipləri əsasında davamlı iqtisadi inkişafın təmin olunmasıdır.
Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətininin baş idarə rəisinin müavini və OİC-CERT İdarə heyətinin üzvü Tural Məmmədov “İƏT məkanında kritik infrastruktur kibertəhlükəsizliyinin əməkdaşlıq yolu ilə gücləndirilməsi” mövzusunda panel müzakirəsində çıxış edib. O, ölkəmizin kritik informasiya infrastrukturlarının qorunması istiqamətində görülən işlər, dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafı, risk qiymətləndirilməsi, həyata keçirilən auditlər və kibertəhlükələrin qarşısının alınmasında əldə edilmiş qabaqcıl təcrübələrdən ətraflı məlumat verib. T.Məmmədov NATO-nun dəstəyi və Rumıniya İCU tərəfdaşlığı ilə həyata keçirilən “Kiber Poligon” layihəsindən bəhs edərək, informasiya təhlükəsizliyinin təmin olunmasında beynəlxalq əməkdaşlığın rolunu vurğulayıb.
Qeyd olunub ki, tədbir çərçivəsində müxtəlif ölkələrin kibertəhlükəsizlik mərkəzləri ilə ikitərəfli görüşlər təşkil edilib, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək planlar müzakirə edilib.
Görüşlər zamanı XRİTDX-nin təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçiriləcək “CIDC-2025” tədbiri barədə ətraflı məlumat verilib. Azərbaycanın sahə üzrə təcrübəsini öyrənmək istəyən bir sıra ölkələrin tədbir çərçivəsində keçiriləcək “Ağıllı Şəhərlərdə Kibermüharibə” yarışında öz komandaları ilə iştirakı razılaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

