10 milyard dollardan çox investisiya layihələri
25.09.2025 [09:35]
Beynəlxalq İnvestisiya Forumu Azərbaycanının cəlbedici investisiya dövləti olduğunu təsdiqlədi
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji və maliyyə sektoru üçün yeni mühüm sazişlər imzalanıb. Azərbaycanın milli neft korporasiyası - SOCAR-la “Italiana Petroli S.p.A” şirkətinin məxsus olduğu “MIP S.p.A” şirkəti arasında imzalanmış müqavilə yeni enerji əməkdaşlığı üçün əhəmiyyətli sənəddir. Müqaviləyə əsasən, SOCAR-ın İtaliyada böyük bir enerji infrastrukturunda iri sərmayəçi kimi təmsilçiliyi təmin ediləcək və Avropanın mərkəzi nöqtələrindən birində yanacaq emal bazası formalaşacaq. Bununla da Azərbaycanın qlobal enerji bazarındakı mövqeyi güclənəcək.
SOCAR-ın İtaliya neft holdinqi ilə səmərəli əlaqələr qurması Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində uğurlu tərəfdaşlığına verilən etimadın və inamın nümunəsi hesab edilə bilər. Saziş Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun möhkəmlənməsinə, Avropa bazarına birbaşa çıxış imkanlarının artmasına, dəyər zəncirinin genişlənməsinə və logistika üstünlüklərinin güclənməsinə mühüm töhfələr verəcək. Bu əməkdaşlıq enerji sektorunun müxtəlif istiqamətlərində yeni kəşflərin və texnoloji həllərin ərsəyə gəlməsinə, o cümlədən neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji layihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqinə də yeni stimullar verəcək.
İtaliyada Azərbaycanın nəhəng enerji infrastrukturu yaradılır
“Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti bildirib ki, uzun tarixi olan bu şirkət kimi son illərdə uğurlu fəaliyyət göstərməklə İtaliyada ilk neft şirkəti qurub, fəaliyyətini genişləndirməklə son illərdə həm pərakəndə satış, həm emal, həm də logistika sahəsində böyük təcrübə qazanıb. Bu baxımdan SOCAR-la əməkdaşlıq İtaliyaya yeni investisiyalar, müasir yanaşma və dəyərli təcrübə gətirə bilər. Bu, eyni zamanda, SOCAR-ın timsalında Azərbaycanın Aralıq dənizi regionunda qaz, xam neft və neft məhsullarının istehsalı və tədarükü ilə yanaşı, birbaşa Avropa yanacaq infrstrukturu sistemində fəal yer almasını təmin edəcək.
Forumda SOCAR digər qlobal investorlarla da analşamalar əldə edib ki, bu da Azərbaycan milli neft şirkətinin dünya investisiya alyansında nüfuzunun və səhmdar kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Qeyd edək ki, 2 ay əvvəl “Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini “BAA3” (sabit) dərəcəsinə yüksəldib. Agentlik SOCAR-ın sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılmasını əsaslı faktorlar kimi nəzərə alaraq reytinqin yüksəldilməsinə qərar verib. Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib. Reytinq, həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. “Moody’s”in sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir.
Alternativ enerji sektoru üçün mühüm layihə
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “EelElectric” MMC ilə elektrik mühəndisliyi və energetika sahəsində ixtisaslaşmış İsveç-İsveçrə transmilli korporasiyası “ABB Group”un Türkiyə nümayəndəliyi arasında Modul Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb. Bu saziş bərpaolunan enerji quruculuğunda önəmli layihələrdən biri kimi mühüm əhəmiyyət kəsb edir və Azərbaycanda ağıllı texnologiyaların tətbiqi imkanlarını və qabaqcıl investorların təcrübəsinin ölkəyə gətirilməsini təmin edəcək. Yüksək sənayelər parklarında tanınmış investor kimi tanınan “EelElectric” MMC Azərbaycanda bir neçə layihədə iştirak payına da malikdir. Belə ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Eel Electric” elektrik avadanlıqlarının istehsalı ilə məşğuldur. MMC elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalına görə, regional liderlərdən biridir. Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqinə üstünlük verən şirkət güc panelləri və idarəetmə panelləri, kondensator qurğuları və elektromobillərin şarj cihazları istehsal edir. Bu baxımdan “EelElectric” MMC ilə “ABB Group”un Türkiyə nümayəndəliyi arasında imzalanan saziş alternativ enerji sahəsində yeni güc infrastrukturu formalaşdıracaq.
“Daşkəsən Dəmir Filiz” sənayesinə 700 milyon dollar yeni sərmayə
Digər mühüm saziş yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı üçün birgə müəssisənin yaradılmasını nəzərdə tutur. “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund OEIC Limited” investisiya şirkəti arasında imzalanmış sazişə əsasən ölkəmizə təqribən 700 milyon dollar dəyərində xarici investisiya yatırılacaq. “Fonte GreenMet Investments Fund OEIC” şirkətinin baş direktoru Erjan Musin bildirib ki, bu invesütisiya qərarı xarici investisiya layihələri arasında xüsusi strateji yer tutacaq və investisiya portfelimizin mühüm tərkib hissəsinə çevriləcək. Birgə əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, həmçinin elmi-texniki biliklərin mübadiləsi, müasir texnologiyaların tətbiqi və birgə innovativ istehsalın təşkili baxımından da geniş imkanlar açır. Layihənin həyata keçirilməsi Azərbaycanın yüksəkkeyfiyyətli metallurgiya məhsulları istehsalçısına çevrilməsinə, bununla da bütün Qafqaz regionunun sənaye xəritəsində yeni mərhələnin başlanmasına şərait yaradacaq.
Ümumilikdə, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 10 milyard dollardan çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard dollardan çoxdur.
İmzalanan sənədlər və əldə edilən razılaşmalar Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Böyükmiqyaslı sərmayələr Azərbaycanın investisiya cəlbediciliyini bir daha təsdiqləməklə yanaşı, innovasiya və texnologiya transferini sürətləndirir, dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda yeni imkanlar açır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32

