Mərkəzi Bankda “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib
06.10.2025 [23:31]
Azərbaycan Mərkəzi Bankında (AMB) “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın sədri, alt işçi qrupun rəhbəri Taleh Kazımov görüşdə çıxış edərək makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə strateji tədbirlərin müəyyənləşdirilməsi, onların aralıq və yekun hədəflərinin formalaşdırılması, müvafiq tədbirlərin əsaslandırılması və tələb olunan maliyyə ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı görülən işləri müsbət qiymətləndirib.
Ümumilikdə, o, beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin ölkədə makroiqtisadi dayanıqlığın gücləndirilməsi, maliyyə sabitliyinin daha da artırılması, həmçinin maliyyə sektorunun inkişaf etdirilərək iqtisadi artımda rolunun gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Görüş zamanı işçi qrupunda makroiqtisadi sabitlik və maliyyə sektorunun inkişafı ilə bağlı bəzi tədbirlərin dəqiqləşdirilməsi üzrə müzakirələr aparılıb və bu tədbirlər üzrə müzakirələrin işçi qaydasında aparılması tövsiyə olunub.
Sonda Taleh Kazımov çıxış edərək işçi qrupunun üzvlərinə təklif olunan tədbirlər üzrə müzakirələri yekunlaşdıraraq onların əsaslandırmalarını hazırlamağı və tələb olunan zəruri maliyyə vəsaitini müəyyən etməyi tapşırıb.
Taleh Kazımov bildirib ki, növbəti həftələrdə işçi qrupunun təklif etdiyi tədbirlər icraçı statusunda olan digər qurumlara da rəy üçün göndəriləcək. O, həmçinin işçi qrupunun işlərinin cari ayın sonuna qədər yekunlaşdırılaraq təqdim olunmasının hədəfləndiyini qeyd edib.
Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupu Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

