Qars-İğdır-Naxçıvan dəmir yolu Azərbaycanın geoiqtisadi mövqeyini möhkəmləndirəcək
15.11.2025 [09:38]
Türkiyənin şərqində Orta Dəhlizin mühüm halqasına çevriləcək Qars-İğdır-Dilucu dəmir yolu layihəsi üzrə işlər sürətlə davam etdirilir. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, 223,6 kilometrlik ikixətli dəmir yolu layihəsinin iki böyük tikinti sahəsində - İğdır vilayətinin Suveren və Qarsdakı Diqord rayonlarında işlər nəzərdə tutulan qrafik üzrə aparılmaqdadır. Layihədə iştirak edən işçi və mühəndislərin sayı 500-ə çatıb, tikintinin pik nöqtəsində isə bu rəqəm 1500-ə qədər artırlacaq. Hazırda Araz çayı üzərindəki dəmir yolu körpüsünün “Kalyon” və “Cengiz inşaat” şirkətlərinin birgə səyləri ilə inşa edilməsi planı üzrə layihələndirmə də sürətlə həyata keçirilir.
Bakı-Tbilisi-Qarsın davamı
Qeyd edək ki, Bakı-Tbilisi-Qars polad magistralının davamı kimi nəzərdə tutulan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin təşəbbüskarı Prezident İlham Əliyevdir. Onun təklifini müsbət dəyərləndirən qardaş ölkə bu ideyanın gerçəkləşməsi üçün 2020-ci ildə “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalayıb. Həmçinin, 2021-ci ildə imzalanmış “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin də əsas bəndlərindən biri nəqliyyat-logistika imkanlarının daha da artırılmasıdır ki, sənəddə tranzitlərin şaxələndirilməsi ilə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, o cümlədən, Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınaraq bu bölgənin mühəndis-kommunikasiya xətlərinin vahid nəqliyyat sistemlərində əlaqəndirilməsi nəzərdə tutulub.
2023-cü il sentyabrın 25-də Naxçıvanda Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nun imzalanmasından sonra isə həmin layihənin reallaşdırılması istiqamətində əsaslı hüquqi bünövrə qoyulub, tərəflər qısa müddətdə dəmir yolunun tikintisinə yönəlmiş texniki hazırlıqları və texniki-iqtisadi əsaslandırma işlərini yekunlaşdıraraq işə başlayıb.
Qars-İğdır-Naxçıvan layihəsi Orta Dəhlizə inteqrasiya olunacaq
Uzunluğu 224 kilometr, 5 stansiyadan ibarət olacaq Qars-İğdır-Naxçıvan dəmir yolu layihə çərçivəsində 638 metrdən ibarət 10 körpü, 5 tunel, 18 kilometrlik 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid və 20 yerüstü keçid inşa ediləcək. Qarsdan Naxçıvan sərhədinə qədər yol boyunca Diqora, Tuzluc, İğdır, Aralık və Dilucu stansiyalarının açılması nəzərdə tutulub. Dəmir yolunun fasiləsiz elektrik təchizatı məqsədilə 6 böyük transformator məntəqəsi yerləşdiriləcək. Layihənin 5 il müddətində, təxminən 2029-cu ildə başa çatdırılması nəzərdə tutulsa da, iki qardaş ölkə işləri sürətləndirərək bu nəhəng kommunikasiya xəttini daha tez istifadəyə verməyə çalışır. Dəmir yolu ildə 5,5 milyon sərnişin və 15 milyon ton yükün daşınması nəzərdə tutulur. Dəmir yolunda hərəkət edəcək qatarların sürəti saatda 150-160 km gözlənilir.
Layihənin iqtisadi-siyasi əhəmiyyəti
Azərbaycanın tarixi qələbəsindən sonra regionda yaranmış yeni reallıqlar Avrasiya bölgəsində siyasi və iqtisadi mənzərəni tamamilə müsbət istiqamətə dəyişmək fürsətləri yaradıb. Avtomobil və dəmir yollarının tikintisi, yeni dəhlizlərin yaradılması və iki böyük qitə arasında tranzit rolunu oynamaq regionun bütün dövlətləri üçün faydalıdır. Bu baxımdan regionda baş verən sürətli nəqliyyat-logistika dəyişiklikləri, Orta Dəhlizin intensiv hərəkətliliyinin artması, eləcə də Zəngəzur dəhlizinin gerçəkləşməsi istiqamətində qətiyyətli səylərin irəliləməsi fonunda Azərbaycan və Türkiyə Qars-İğdır-Naxçıvan yolunu daha tezləşdirmək istiqamətində zəruri addımlar atmaqdadır.
Hər iki ölkə öz ərazisindən keçən Şərq-Qərb-Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək və ən müasir nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirməyi hədəf seçib. Bu baxımdan Orta Dəhlizin ən mühüm nəqliyyat axınlarından biri kimi strateji əhəmiyyətini artıran Bakı-Tbilisi-Qars yolunun genişləndirilməsi sayəsində Qars-İğdır-Naxçıvan dəmir yolunun yaradılması daha da aktuallıq kəsb edir. Bu dəmiryolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə Naxçıvan daxil olmaqla, Azərbaycan üzərindən daşınan yüklərin həcmini artıracaq.
Beləliklə, Qars-İğdır-Naxçıvan Orta Dəhlizə daxil olan digər trans-nəqliyyat layihələrinin də vacib qovşağı olmaqla təkcə Türkiyə və Naxçıvanı, Azərbaycanın bölgələrini birləşdirməyəcək, daha qlobal əhəmiyyətli tranzit kimi Avropa ilə Asiyanın ticarət körpüsünün bir hissəsini təşkil edəcək. Dəmir yolu Naxçıvandakı iş adamları üçün geniş imkanlar açır ki, istehsal olunan məhsullar daha geniş bazarlara çıxarılacaq. Nəticədə, Azərbaycanın və Naxçıvanın beynəlxalq yükdaşımalardan əldə olunan gəlirlərinin həcmi əhəmiyyətli dərəcədə artacaq.
Dəmir yolu, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar formalaşdıracaq, onlar arasında iqtisadi-siyasi, ticari təmasların yüksəlməsi və vahid nəqliyyat ailəsinin üzvləri kimi beynəlxalq yük daşınmalarında fəal rolunun artmasına töhfə verəcək. Həmçinin, Qars-İğdır-Naxçıvan xətti Azərbaycanın beynəlxalq geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə də imkanlar yaradacaq. Bu baxımdan layihə iqtisadi faydası ilə yanaşı, ölkəmizin siyasi-beynəlxalq nüfuzunun da artması üçün uzaqgörən strateji qərarın nəticəsi hesab edilə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19

