Avropa İttifaqı xəsis büdcə paketi qəbul edib
19.11.2025 [09:32]
Birlik üzvləri büdcəni 192,8 milyard avro məbləğində təsdiqləyib
Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Aİ-nin 2026-cı il üçün büdcəsi barədə razılığa gəlib. Layihədə 2026-cı il üçün ümumi öhdəliklərin həcmi 192,8 milyard avro, ödənişlərin həcmi isə 190,1 milyard avro məbləğində müəyyən edilib. Bununla yanaşı, 2021-2027-ci illər üzrə çoxillik maliyyə çərçivəsinin xərclər tavanı daxilində 2025-ci il üçün 715,7 milyon avro ehtiyat olaraq saxlanılıb.
Qeyd edək ki, AB-nin 2026-cı il üçün ümumi büdcəsi əvvəlki büdcə paketinə nisbətən 2 milyard avro azdır. Belə ki, 2025-ci ilin büdcənin ümumi məbləği 199,44 milyard avro, ümumi ödənişlər isə 155,21 milyard avro təşkil edir. Yəni, gələn il büdcə xərcləri azaldılır. Ancaq əsas xərclər əvvəlki ildəki kimi qalır, bəzi maddələrdə artımlar olunur.
192 milyard avroluq xərc büdcəsi Aİ-nin 2021-2027-ci illər üçün nəzərdə tutulan çoxillik maliyyə çərçivəsində qəbul edilən altıncı büdcə sənədidir.
Avropa Birliyinin Çoxillik Maliyyə Çərçivəsi (ÇMÇ) üzrə ortamüddətli baxışına əsaslanan büdcə layihəsi, eyni zamanda, COVID-19 pandemiyasından sonra bərpa tədbirlərini dəstəkləyən “NextGenerationEU” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərlə tamamlanır.
Müdafiə qabiliyyətinin artırılması
Növbəti büdcə planlaşdırması Aİ prioritetlərinin icrasına, mövcud çağırışlarla mübarizəyə, rəqabət qabiliyyətinin artırılmasına, investisiyaların artımı üzrə strateji məqsədləri dəstəkləməyə, yaşıl və rəqəmsal prioritetlərin inkişaf etdirilməsinə, Avropanın müdafiə hazırlığının gücləndirilməsinə, humanitar yardımın dəstəklənməsinə və miqrasiya təzyiqlərinin qarşılanmasına yönəldiləcək. Büdcədə, həmçinin gözlənilməz ehtiyaclardan və böhranlardan irəli gələn vəziyyətlərə çevik və effektiv reaksiya vermək üçün imkanlar da nəzərə alınıb.
Növbəti ilin maliyyə sənədinin optimist ssenarilərə əsaslandığını bildirən Aİ Şurasında Danimarka Sədrliyinin maliyyə naziri və 2026-cı il büdcəsi üzrə baş məruzəçisi Nikolaj Vammenin fikrincə, yeni büdcə paketi birliyin həm böhranlara çevik şəkildə reaksiya vermək, həm də strateji istiqamətlərdə irəliləmək gücünə sahib olduğunu təsdiqləyir. Büdcə Avropaya təhlükəsizlik, rəqabət qabiliyyəti və sərhəd nəzarəti kimi əsas prioritetlərə diqqət ayırmağa imkan verəcək. Bununla yanaşı, sənəd gözlənilməz böhranlar və təcili ehtiyaclar yarandıqda sürətli və təsirli maliyyə müdaxiləsinin mümkün olmasını təmin edəcək.
Aİ öz birliyinin güclənməsinə 73 milyard avro xərcləyəcək
Təsnifat baxımdan Aİ-nin büdcəsində 22-23,4 milyard avro vahid bazar, innovasiya və rəqəmsal inkişaf, 71,7-73,2 milyard avro birlik, dayanıqlıq və dəyərlər, 56 milyard avro təbii sərvətlər və ətraf mühit, 3,8-5 milyard avro miqrasiya və sərhəd idarəçiliyi üçün nəzərdə tutulub. Birliyin təhlükəsizlik və müdafiə qabiliyyətinin saxlanılması xərcləri üçün 2,8 milyard avro planlaşdırılıb. Avropa daxilində dövlət idarəçiliyinin optimallaşdırılmasına isə 13,2 milyard avro, region ölkələri ilə qonşuluq siyasətinə, dünya təsisatları ilə inteqrasiyanın davamlılığına isə 15,6 milyard avro xərc proqnozlaşdırılır. Büdcə zərfində Aİ daxilində birliyin möhkəmləndirilməsini nəzərdə tutan strateji qərarların qəbulu ilə yanaşı, üzv dövlətlərin iqtisadi təhlükəsizliyinə və strateji inkişafına mühüm töhfə verəcək prioritetlər də əks olunub. Bu xərclər xüsusi alətlər təsnifatı üzrə qruplaşdırılıb və 5,8 milyard avronun ayrılması təsdiqlənib.
Ukrayna üçün xərclər yenə prioritet olacaq
N. Vammenin fikrincə, Aİ-nin növbəti ilin büdcə baxışlarına, regional təhlükəsizliyin möhkəmləndirilməsi çərçivəsində Ukrayna üçün əlavə ehtiyacların səfər edilməsi və miqrasiya tədbirlərinin idarə olunması, Yaxın Şərqdəki böhrana cavab vermək üçün ictimai-humanitar alətlərin tətbiqi və digər məsələlər maliyyə ehtiyacları təsnifatına daxil edilib. “Ukrayna üçün Ukrayna mexanizmi” xərc maddəsi üzrə sabit və proqnozlaşdırıla bilən maliyyələşdirmə, eləcə də təhlükəsizlik və müdafiə, sığınacaq və miqrasiya üçün gücləndirilmiş dəstək proqramlarına yönələcək vəsaitin həcmi açıqlanmasa da, Aİ-nin strateji xərc portfelində bir neçə milyard avronun nəzərə alındığı istisna deyil. Məsələn, büdcədəki miqrasiya və sərhəd idarəçiliyi üçün nəzərdə tutulmuş 5 milyard avronun, habelə xüsusi xərclərdəki 5,8 milyard avronun Ukraynaya ayrılması mümkün hesab edilə bilər.
İttifaqın borcu ÜDM-in 84 faizinə çatacaq
Aİ-nin iqtisadçılarının qənaətinə görə, birlik ölkələrinin iqtisadi potensialı büdcə xərclərini təmin etməyə imkan verəcək, ancaq büdcədə kəsirlər və borcun artması da qaçılmazdır. Avropa Komissiyasının komissarı Valdis Dombrovskis bildirib ki, əksər ölkələrdə borcun həcmi büdcədə borc xidmət xərclərini artırmış olacaq. Bunun başlıca səbəbi Aİ regionunda qlobal iqtisadiyyatda qeyri-müəyyənlik təsirləri ilə yanaşı, müdafiə xərclərinin ciddi artımının davam etməsidir. Proqnozlara görə, 2025-ci ildə Aİ-nin 11 üzv ölkəsində büdcə kəsiri ÜDM-in 3 faizni aşacaq. Həmin ölkələr sırasında Belçika, Almaniya, Fransa, Latviya, Malta, Avstriya, Slovakiya, Finlandiya, Macarıstan, Polşa və Rumıniya yer alır. İtaliyada isə büdcə kəsirinin ÜDM-in 3 faizinə qədər azalacağı fərz edilir. Ümumilikdə, Aİ-nin dövlət büdcəsi kəsirinin 2026-cı və 2027-ci illərdə 3,4 faizə yüksələcəyi gözlənilir. Aİ-nin dövlət borcu isə gələn il ÜDM-in 84, 2027-ci ildə 85 faizə qədər artacağı ehtimal olunur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25

