Qızıl niyə ucuzlaşır?
29.11.2025 [10:33]
Son həftə ərzində qlobal bazarlarda səhm və virtual pul alətləri, eləcə də qiymətli metalların dəyərlərində qiymət dalğalanmaları yenidən davam etdi. Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da baş verən makroiqtisadi risklər fonunda birjalarda risklər qalmaqla bazardakı gərginliklərin hələ uzun müddət davam edəcəyini şərtləndirir. Analitiklərin təhlillərində qeyd olunur ki, ABŞ-da işsizlik səviyyəsinin artması və əmək bazarında güclü qeyri-müəyyənliyin müşahidə edilməsi faiz siyasəti ilə bağlı spekulyasiyaları aktivləşdirir ki, bu da maliyyə alətlərində mənfi tendensiyalara yol açır. İlk növbədə, bazarlarda dollar indeksində müəyyən bərpa müşahidə olunsa da, risklər hələ tam aradan qalxmayıb. Ancaq ötən aya baxanda ABŞ valyutasında dəyər indeksinin möhkəmlənməsi müşayiət olunur.
Baş verən fraqmentasiyalar qızılın dəyəri ilə bağlı volatilliyi də azaltmayıb və qeyri-müəyyənliklər davam etməkdədir. Noyabrın əvvəllərindən qızılın birja qiymətləri 4200-4100 dollar səviyyəsində dövr etsə də, birjalarda son 2 gündə qızılın bir troya unsiyasının qiyməti 4080 dollara düşüb. Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4070,8 dollar təşkil edib, gümüş isə 0,24 dollar azalaraq 53,37 dollara bərabər olub. Bu, 2025-ci ilin oktyabrında 1 unsiyası 4400-ə satılan metalın cəmi bir ayda 350 dollara yaxın ucuzlaşması deməkdir. Bir sözlə, tarixi maksimum dəyər əldə edən bu aktiv bir ayda 10 faiz ucuzlaşıb.
ABŞ hökumətinin siyasəti bazara təsir edir
Əlvan metalın ucuzlaşmasının səbəbi bir neçə faktorla səciyyələndirilir. Ekspertlər bildirir ki, qızılın yüksəlişi yalnız əlverişli makroiqtisadi şəraitdən qaynaqlanmır, əsas səbəb artan qeyri-müəyyənlikdir. Bazardakı müxtəlif situasiyalar və aktivlərdəki dəyər boşluqları qızılı cəlbedici aləti və “təhlükəsiz liman”, eyni zamanda portfelin diversifikasiyası üçün dəyərli alətə çevirir. Eyni zamanda, Donald Trampın investisiya bazarına müdaxilələri də bu proseslərdə az rol oynamır. Trampın maliyyə siyasəti ucuz dollar, bahalı qızıl və rəqəmsal valyuta investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır.
Bu baxımdan qızılın qiymət artımını təmin edən amillərdən biri kimi ABŞ administrasiyasının maliyyə-monetar və ticarət siyasəti uzun aylar ərzində yüksək qiymət indeksini qoruyub saxlayıb. Hazırda isə ABŞ hökumətinin fəaliyyətindəki dəyişikliklər, siyasi gərginliklər, ABŞ-Çin ticarət mübahisələrinin bərpası, monetar proseslər əks istiqamətə səmt alıb və bu vəziyyət investorları qızıl almağa təşviq etdiyi kimi, bazardan çəkilməsini də labüdləşdirir.
İnvestorlar qızıla əvvəlki kimi çox yatırım etmir
Son bir ay ərzində Amerikanın maliyyə siyasəti, monetar qərarları, bazar riskləri, inflyasiya rəqəmləri ilə bağlı narahatlıq doğuran hallar bazarda təsiredici rol oynamaqdadır. Təkcə son bir həftədə ABŞ Mərkəzi Bankının (FES) monetar siyasəti ilə bağlı tərəddüdlü açıqlamaları və faizlərin aşağı salınması ehtimallarının azalması barədə siqnallar qızıl üçün yeni təzyiq yaradıb. Qızıl riskdən qorunma aləti və qiyməti dollarla ifadə olunduğu üçün bu valyutanın dəyərinin dəyişməsinə həssas reaksiya verir. Dolların alıcılıq qabiliyyətinin və bazar indeksinin güclənməsi qızıl üçün mənfi amil olmaqla sarı metala yatırımlara xərclərin dəyərini artırıb. Qızıl dividend verən istiqrazların gəlirliliyi ilə də bağlıdır. Qızıl dividend vermədiyi halda və digər aktivlər daha əlverişli olduqda investorlar xərcləri həmin istiqamətə yönəldir və qızılın dəyəri düşür. Bu baxımdan beynəlxalq alıcıların qızıl yatırımlarına xərcləri artdığından alış imkanları da çətinləşməkdədir və qızıl bazarında əvvəlki sərmayə axınının tərs istiqamətə yönələn rejimə keçməsi müşayiət olunmaqdadır.
Qızıl bazarında psixoloji faktor da müəyyən təsiredici rol oynayır. Bu səbəbdən bu qiymətli metalın qiymətinin FES-in faiz endirimləri ehtimallarının olmayacağına dair bazar icmasında yaranmış psixoloji qorxu və ehtiyatlılıq amili ilə bağlı bir müddət ucuz satılacağı istisna deyil. Analitiklər hesab edirlər ki, qızıl 3900 dollar səviyyəsinədək düşəcək. Qlobal iqtisadi indikatorlardakı mənfi göstəricilərin və ABŞ Federal Ehtiyat Sisteminin siyasəti dəyərli metalın gələcək qiymətinə ciddi təsir edəcək.
2026-cı ilin proqnozu qeyri-müəyyənlikdən xəbər verir
Qızılın qlobal bazar qiymətləri ilə bağlı proqnozlarda da dəyişikliklər meydan çıxmaqdadır. Bir neçə ay bu metalın dəyər indeksini 4500-5000 civarında proqnozlaşdıran institut və agentliklər indi aşağı qiymət əmsalı fərz edir. Britaniyanın ən böyük bankı “HSBC” ilin ortalarında orta proqnozu artıraraq 2026-cı ildə qızılın unsiya qiymətinin 5000 dollar olacağını ehtimal etsə də, bu rəqəmi azaltmağa məcbur olub. “Bitwise Asset Management” şirkətinin baş investisiya direktoru Metyu Hoqan hesab edir ki, qızıl uzun dövr ərzində 4000 dollar civarında satış ediləcək. “SPI Asset Management” şirkətinin analitiki Stiven İnnesin sözlərinə görə isə, əlvan metalda cari ilin yekununda orta dəyər 3800-4100 dollar gözlənilir. Qızılın dəyərinin artacağı ilə bağlı mühakimə yürüdən digər ekspertlər bu qənaətdədir ki, 2026-cı ildə qiymətlərin yenidən yüksəlmə ehtimalı ən yaxşı halda 5-10 faiz olacaq. Yəni 2025-ci ilin ortalarında unsiyası 3300-3400 dollara satılan qiymətli metalın inanılmaz ecazkar yüksəlişi təkrarlanmayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

