Regional İnvestisiya Fondu
29.11.2025 [10:59]
Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadi tərəfdaşlığın yeni yol xəritəsini hazırlayır
Daşkənddə keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının I iclasında mühüm razılaşma əldə edilib. Tərəfdaş ölkələr iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, investisiya tərəfdaşlığı mexanizmlərinin işlənib hazırlanması barədə razılıq niyyətlərini bəyan ediblər ki, bu da müştərək sərmayə fondunun yaradılması üçün əsaslı zəminin yaradılması deməkdir. Tərəflər, həmçinin qarşılıqlı ticarətin inkişafına və sənaye inteqrasiyasının gücləndirilməsinə yönəlmiş tədbirlər proqramının hazırlanmasına dair niyyətlərini ifadə edib. İmzalanmış birgə kommünike sənədinə əsasən, yaxın müddətdə birgə tərəfdaşlığın çoxistiqamətli hədəflərini əks etdirən yol xəritəsi hazırlanacaq.
Hədəf prioritetinə əsasən, Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət dövriyyəsinin həcmini ildə 20 milyard dollara çatdırmaq, “Made in Central Asia” brendi altında birgə istehsal meydanları yaratmaq, beynəlxalq maliyyə qurumları və iri investorların birgə təmsil olunduğu sənaye-infrastruktur portfeli formalaşdırmaq niyyətindədir.
Qazaxıstan, Özbəkistan və Qırğızıstanla imzalanmış sazişlər
Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli investisiya proqramları çərçivəsində qarşılıqlı sərmayə qoyuluşları son illərdə artmaqdadır və bu prosesdə investisiya şirkətlərinin rolu xüsusi əhəmiyyət kəsb edir. Belə ki, respublikamız Qırğızıstan, Özbəkistan və Qazaxıstanla müştərək investisiya fondları təsis edib. 2023-cü ildə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatırmağı təşviq edir. Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərir və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verməkdədir.
2024-cü ildə fəaliyyətə başlayan “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti” isə ölkələr arasında sərmayələrin qarşılıqlı təşviqinə nail olmaqdır. Fondun maliyyə portfeli hər iki ölkənin resurs imkanları hesabına formalaşır və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin maliyyələşməni təmin edəcək. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır. Fondun əsas prioritetlərinə birgə müəssisə statusunda istehsal, emal, ixracyönümlü sahələri qurmaq, idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalını təşviq etmək, müştərək istehsal zənciri qurulmasına töhfə verməkdir.
2025-ci ilin oktyabrında Qazaxıstanın “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalanıb. Həmçinin, “Samruk Kazına” ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu” sənədinə imza atılıb. Bu hüquqi-iqtisadi baza əsasında hazırda Azərbaycan-Qazaxıstan birgə investisiya fondunun yaradılması yekunlaşma mərhələsindədir.
TDT-nin maliyyə strategiyasına uyğun addımlar
Göründüyü kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri investisiya tərəfdaşlığının əsaslarını yaradaraq ümumi iqtisadi hədəflərə nail olmaq üçün birgə sərmayə institutu formalaşdırmaqla, regional təşkilat səviyyəsində addımlar atmaqda qərarlıdır. Bu regional əməkdaşlıq modeli Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialı praktiki olaraq səfərbər etməklə, qarşılıqlı ticari-iqtisadi dövriyyələri də yüksəldəcək. Eləcə də investisiyaların artırılması və pul kütləsinin genişləndirilməsi üçün imkanları bir araya gətirəcək.
Bu model həm də türk dövlətlərinin vahid investisiya platformasının yaradılması strategiyasına əsaslanır. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən 2 il əvvəl qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etmək məqsədilə Türk İnvestisiya Fondu yaradılıb. Ötən il noyabrın 1-dən fəaliyyətə başlayan fondun nizamnamə kapitalı 500 milyon dollar təşkil edir. Fond ilk layihələrin icrasına start verib və yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Özəl biznes üçün geniş maliyyə institutu
Yeni sərmayə xətləri həm dövlət, həm də özəl sektoru nəzərdə tutur. Xüsusilə də, fondun maliyyə vizyonu daha çox yeni iqtisadiyyat quruculuğu prioritetlərinə əsaslanır ki, burada bərpaolunan enerji, rəqəmsal kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılması mühüm yer tutur. Bundan başqa, fondun investisiya fəaliyyəti beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlığı təmin etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək, mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək, rəqəmsal iqtisadiyyatı təşviq etmək və digər prioritetlərə fokuslanıb.
Bu məqsədlərə çatmaq üçün fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırlaraq 1 milyard dolları ötəcəyi istisna olunmur. Gələcəkdə TİF-nun nəhəng bir maliyyə institutu kimi türk dövlətlərinin Mərkəzi Banklarının aktiv maliyyələşməyə cəlb edilməsi, müxtəlif layihələrdə donorluq etməsi, ələlxüsus da səhm və müxtəlif investisiya alətlərinin emissiyasında rol almasında da rolunun artacağı istisna deyil. Eyni zamanda, investisiya fondlarının da bu prosesə qoşulması mümkündür.
Beləliklə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yaradılması planlaşdırılan regional investisiya fondu ümumilikdə, türk dövlətlərinin vahid iqtisadi hədəf strategiyalarının tələblərindən irəli gələn çağırışlardan biridir. Qurumun fəaliyyəti sayəsində tərəflər arasında iqtisadi əməkdaşlığın səviyyəsi daha da yüksələcək ki, bu da strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

